warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir kadın kuaförü apk indir iptv server hacklink satın al likit Adalet.az | Göz yaşları quruyanda - Azad Müzəffərli yazır Adalet.az | Göz yaşları quruyanda - Azad Müzəffərli yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Göz yaşları quruyanda - Azad Müzəffərli yazır

1778    |   2019-04-15 15:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(hekayə)

Qan su yerinə axırdı. Erməni vəhşəti ərşə bülənd olmuşdu. Bu dəfə növbə xocalılara çatmışdı. Dığalar day-dayları şimal ayısı ilə birgə kimsəyə aman vermirdilər. Nə uşağına,nə ahılına, nə qadınına, nə də xəstəsinə fərq qoymadan türklərə olmazın divan tutmaqdaydılar.

Azərbaycanlıların soyqırımı ilə bağlı beynəlxalq tədbirə toplaşanlar göz yaşlarına bələnmişdilər. Ekrandan izlədiklərinə kimsə biganə qala bilmirdi, o cümlədən, əcnəbilər də. Yalnız tək-tük kişilər güc-bəla göz yaşlarını içinə axıdırdı. Nəzərlərini ekrandan ayırmayan bircəcik qadınsa, sanki, buz heykəldi. Bayaqdan gözlərindən bircə gilə də olsun yaş gəlməmişdi. Oğrun-oğrun ona diqqət kəsilənlər çaş-baş qalmışdılar. Bəzilərinin səbri tükənməkdəydi. Əsəblərinə yiyə dura bilməyən kəslərdən biri tədbir başa çatar-çatmaz qaranəfəsə özünü təşkilatçılara yetirdi.

-Bu qadının milliyyəti nədi, bunu haradan tapıb tədbirə dəvət eləmisiniz... Bu boyda zıppıltının qabağında bircəcik tükü belə tərpənmədi ?!

Tədbirin təşkilatçıları "günahlandırılan” şəxs duyuq düşməsin deyə anındaca kəmhövsələ kişini yanlayıb kənara çəkdilər. Qulaqlarına pıçıldananlardan həmən kəs yerin yarılmasını dilədi.

-Bəsdir, küfr eləmə... Nişan verdiyin qadın şəhid anasıdır, hər iki oğul övladı Vətən uğrunda canından keçib...

Ruh da cövlan edərmiş

(hekayə)

P.S:Bu hekayə olmuş hadisə əsasında qələmə alınıb.

Şadlıq sarayında bir ruh cövlan edirdi. Bunu ta toyun əvvəlindən axırınacan bircə şəxs sezdi, qardaşının oğulu. Onun adını da məhz həmin əmisi qoymuşdu. Övladlarından yaşca böyük olan qardaşı oğulunu əmisi sağlığında doğma balalarından da çox sevərdi. Onun da əmisinə istəyi tükənməzdi.

Toyun səbəbkarının sinni qırxı da ötmüşdü. Bütün bacı-qardaşları çoxdandır ailə qursalar da, o, subaylığın daşını atmaq fikrindən uzaq düşmüşdü. Beləcə valideynləri, o cümlədən, balalarından ötrü Tanrının istənilən sınağına hazır olan atası da ipə-sapa yatmayan övladının toyunu görmədən bu dünyadan köçmüşdü. Ötən müddətdə qəbir evində də oğuluna dularını əskiltməmişdi. Nəhayət, bu ümdə arzusu çin olmuşdu. Şadlıq sarayı boyunca xoşbəxtlik carcısı təkin süzməkdəydi.

Toy axarına düşən anda ruh hədsiz sevincini bölüşmək üçün sevimli qardaşı oğuluna sarı yönəldi, arxa tərəfdən onun boynuna sarıldı. Həmən kəs də anındaca əmisinin hənirtisini duydu, kürəyini qarsıdan istini ətrafdakılara büruzə verməməyə çalışdı. Fəhmi ilə anlayırdı ki, buna kimsəni inandırmaq mümkün olmayacaq. Ən yaxşı halda onu kefli sanacaqdılar.

-Nəsə birtəhərsən, özünü yaxşı hiss eləmirsən deyəsən, beş-on dəqiqliyə təmiz havaya çıx, hər şey qaydasına düşəcək...

-Yox, heç bir problem yoxdur. Narahat olmayın, sadəcə bir qədər çox duyğulandım, axı, mən də hamınız kimi bu büsatı illərdi səbirsizliklə gözləyirdim...

-Başa düşürük, amma sən kişisən, çalış, özünü toxtaq tut...

-Çalışıram...

Elə bil, əmisi bu kəlmələrə bənd imiş, bir silkindi ki, gəl görəsən... Onun şadlığından şahə qalxan sinəsi qardaşı oğlunu da dağ kimi yerindən oynatdı. Bayaqdan iç dünyasını çalxalayan duyğularına çətinliklə sinə gərən əmioğludan bir kükrəmə qopdu ki, gəl görəsən. Sanki, bulağın gözü açıldı, onun göz yaşları selə döndü. Az qala toy yaddan çıxa, hamılıqla ha əlləşsələr də, onu ovundura bilmədilər ki, bilmədilər. Azacıq özünə gələn təkin, əmisinin olmazın şadlığından tit-tir əsən sinəsi kürəyini "döyəclədikcə”, o da istər-istəməz doğmasının sevinc yaşlarına şərik olurdu.

Beləcə məclisə aş verilənədək əmi-bala ürəklərini birgə boşaltdılar. Bir də toy başa çatmaqdaykən əmisinin ruhu bir daha ona bərk-bərk sarılandan sonra şadlıq mağarı boyunca qıyya vuraraq qeybə çəkildi. Elə bil, himə bəndmiş, anındaca onun da göz yaşları xırp kəsildi. Təkcə onu anlasınlar deyə deyil, həm də atalarının sevincinin yerə-göyə sığmadığından hali olsunlar deyə bayaqdan bəri baş verənləri əmisi oğullarının bəzisinə söyləsə də, aydınca sezdi ki, ona axıra qədər inan tapılmadı. Əksəriyyət büruzə verməsə də, bunu ya onun kefliliyinə, ya da həddən ziyadə kövrək olmasına bağladı. Neyləmək olardı, reallıq beləydi. Ona ömürlük qalan isə əmisinin aşıb-daşan sevincindən ona düşən əvəzsiz pay oldu.




İmza:
SON XƏBƏRLƏR
2019-04-20
2019-04-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Elnur Zeynalovun Qarabağ şikəstəsini bəyəndizmi?

Hə (88.89%)
Yox (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Kərim Kərimli adını çəkmək istəmədiyimiz, eldən ayıbdır, bir dostuna zəng edir:


Xəbərin var,  Paris kilsəsi yanır?

– Harda? 

–Lökbatanda...

– Lökbatanda niyə Paris kilsəsi deyirlər bu mağmınlar?

– Nə bilim addı da... qoyublar... Əsas odur ki, indi yanır...

– Pajarnı gəlməyib görən?

– Niyə gəlməyib? O qədər gəlib ki...

– Lökbatanda kilsə hansı tərəfdəydi?

-- Ə, şəhərə gedən də yolun sağında

 

-- Ə, ora Sədərəkdi, indi adın dəyişib Paris kilsəsi qoyublar ki, fransızların xoşu gəlsin?!

 

- Sənin orda dükanın var? 


- Yox!


- Onda yanır cəhənnəmə yansın, heç mənim də yoxdur.







digər lətifələr
ARXİV
FACEBOOK