warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir kadın kuaförü apk indir iptv server hacklink satın al likit Adalet.az | “AYRILIQ DA,ÖLÜM DƏ, NƏ OLAR, OLMAYAYDI…” - BAHAR BƏRDƏLİ yazır Adalet.az | “AYRILIQ DA,ÖLÜM DƏ, NƏ OLAR, OLMAYAYDI…” - BAHAR BƏRDƏLİ yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

“AYRILIQ DA,ÖLÜM DƏ, NƏ OLAR, OLMAYAYDI…” - BAHAR BƏRDƏLİ yazır

1746    |   2019-04-15 15:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Iyirmi il bundan əvvəl yazılıb bu xatirə.

O zaman qəzetlərdə və kitabda çap olunub.

Bu gün onu yenidən oxucuların diqqətinə

çatdırmaq istədim.Təkcə ona görə yox ki,qarşıdan

ustad şair Rəsul Rzanın doğum günü gəlir.Həm də

ona görə ki, maraqlıdı bu günün ədəbiyyat

müəllimləri dərslərini necə qururlar? Ədəbiyyatın

yaradıcılarını yeni nəslə necə təqdim edirlər?


Ruhunuz şad olsun, Rəsul Rza,

Nigar xanım, Aliyə müəllimə…

1974-cü il idi.Mən orta məktəbin sonuncu sinfində oxuyurdum.Ədəbiyyat dərslərində artıq son dövrü- Sovet ədəbiyyatını öyrənirdik.Bu ədəbiyyatı yaradan yazıçı-şairlərimizin hələ çoxu yaşayırdı və yazırdı.Onları şəxsən görən ədəbiyyat müəlliməmiz Aliyə xanım dərsləri elə maraqlı,canlı keçirdi ki,sanki biz hər hansı şair-yazıçı haqqında kino-filmə baxırdıq.

Bu dərslər içərisində bütün təfərrüatı ilə ən çox yadımda qalanı "Rəsul Rzanın həyat və yaradıcılığı” olub.Müəllimə əvvəlcə onun həyatı haqqında danışdı.Anadan olduğu Göyçayı,onun çinarlarını həvəslə,ilhamla təsvir etdi.Bu "Çinarlı şəhər” bizə bəlkə ona görə yaxın və dogma idi ki,Bərdədə və orta məktəbində oxuduğumuz Şirvanlı kəndində belə əzəmətli çinarlar çox idi.Yol boyu əkilmiş bu çinarların kölgəsi özündən də böyük,əzəmətli,əsrarəngiz idi.Kənd Bərdə-Ağdam-Şuşa yolunun üstündə salınıb.Deyilənə görə məşhur yazıçılarımızdan Ə.Haqverdiyev və N.Vəzirov burdan Ağdama,Şuşaya keçəndə bu çinarların altında-onun kölgəsində mütləq əyləşib çay içərmişlər.(Çox təssüf ki, indi o cinarlar öz ömürlərini bir insan ömrü kimi yaşayıb bu kənddən köçüblər.)

Sonra Aliyə müəllimə Bakını təsvir,tərənnüm etdi.Paytaxtın coşğun,qaynar həyatını şairlərin həyatı ilə müqayisə etdi.Daha sonra Gəncənin,Göygölün təkrarolunmaz gözəlliklərindən söz açdı.Və Nigar xanımı bu gözəlliyin fövqündə vəsf etdi.Ən maraqlı hadisə bu iki gəncin Bakıda tanış olmaları və az sonra tanışlığın ailə həyatı qurulmasına gətirib çıxartması idi.

"Kino-filmin” kuliminasiya nöqtəsi bu ailədə bir oğlanın dünyaya gəlməsi və ona ad qoyulması mərasimidi! ( Lap "Dədə Qorqud” filmində ad qoyma səhnəsi kimi). Nigar xanımla Rəsul müəllim uşağa yaxşı ad qoymaq üçün çox fikirləşirlər.Nəhayət belə bir adı Nigar xanım " kəşf” edir! Bəli-bəli, sözün əsl mənasında, kəşf edir.Yəni Anan Nigar, Atan Rəsul –sözlərinin baş hərflərini götüb ANAR adını yaradır! Ad Rəsul müəllimin də çox xoşuna gəlir. Beləliklə, oğlanın adı Anar qalır.

Sonralar bu ad çox populyar oldu.O illərdə,yəni 70-80-ci illərdə doğulan oğlan uşaqlarının əksəriyyətinə bu adı qoymuşdular.Adin geniş yayılmasına Aliyə müəllimə belə münasibət bildirmişdi: hər oxuyan Molla Pənah olmadığı kimi, hər doğulan da Anar ola bilməz.Çünki bu ad xüsusidir!

Lakin müsahibələrinin birində onun adının mənasını soruşan jurnalistə Anar müəllim belə cavab vermişdi:"Bu söz anmaq mənasındadı”.Əlbəttə, Anarın bu cür açıqlaması Nigar,Rəsul Rza pərəstişkarlarını təəccübləndirsə də,fikir öz qüvvəsində qalırdı.Adın bu cür qoyulması təkcə bizim ədəbiyyat müəllimimizin ideyası deyildi.Bütün ədəbiyyat müəllimləri adın mənasını bu cür izah etmişlər.Belə olmasaydı başqa-başqa jurnalistlər tez-tez Anarın adının mənasını soruşmazdılar.Doğurdan, çox maraqlıdı ki,görəsən hardan,necə doğmuşdu adın bu cür izahı? Bəlkə hər iki şairə hörmətdən,məhəbbətdən yaranmışdı,qaynaqlanmışdı?!

Növbəti dərsdə söhbət Rəsul Rzanın yaradıcılığından gedirdi.Aliyə müəllimə onun şeirlərini elə söyləyirdi ki,sanki şairin bir anlıq düşüncələrinin rəsmini çəkirdi:

Sığınmışıq qəlbimə:

Ümid,

Şübhə,

Kədər və mən….

Xeyli keçib gecədən…

Demək,şair hardasa bir yağışlı,küləkli,zülmət gecəyə düşüb.Səhərin açılmasını həsrətlə gözləyir.Kimsə yoxdu,yalnız qəlbinə sığınmış ümid,şübhə,kədərdi, bir də özü… Səhər nə vaxt gələcək! Günəş nə vaxt güləcək,ilahi!Elə bil özüm düşmüşdüm bir qaranlıq, zülmət gecədə keçilməz cəngəlliyə! Geri qayıtmağa yol tapmırdım.Ancaq inanırdım ki, kimsə gəlib məni bu dardan qurtaracaq! Bəlkə də bu şerin təsiri, əks-sədası idi ki, sonralar mən əlimə qələm alıb şeir yazanda bu misraları da yazacaqdım:

Yalqız otaq,

Yalqız ürək,

Bir də mən…

Gözlərimdə həsrətin övladı

bir qara bulud nəm…

Onu yağdıracaq bir dəli sevinc istəyirəm!

İldırımtək gələ,

Toqquşub o buludla,

Şaqqıldayıb yağa!

Açıla gözlərim

Təmiz səmatək gülə!

Eh, birləşib kədərlə qəm,

Tutub təkliyin əlindən

Sıxırlar buludu,

Bulud olub su,

Axır yanağım boyu…

Rəsul Rzanın "Qızıl gül olmayaydı…” poeması və Aliyə müəllimənin bu əsərə çəkdiyi "kino-xronika” isə daha dəhşətli idi. Poema indi dərsliklərə salınıb.Lakin o vaxt yalnız adı çəkilirdi. "Lenin” kimi əzəmətlə səslənən poemanın kölgəsində qalmışdı.Bəlkə də 37-dən bəhs etdiyi üçün o qədər işıqlandırılmırdı.Baxmayaraq "təqsirkarlara” bəraət verilmişdi!

Əsər ona görə əziz və həm də nisgilli,dəhşətli idi ki,çılğın,nakam şairimiz Müşfiqdən və onun Dilbərindən danışırdı.

Yenə bir qaranlaq gecədə-artıq ümidin də,inamın da doğranıb şübhə,kədərlə dəfn ediləndən sonra şairin qapısı döyülür:

-Görəsən kimdir gələn!?

- Mən!

Açdım qapını.

Baxdım,baxdım…

Yox,tanımadım…

….Başında bir nimdaş şal,

Saçları ağ –

İllərlə bağlı sandıqda qalıb,

Şəfəqini itirmiş

Adicə gümüş kimi…

Gözləri cüt qara ulduz-

Quyuya düşmüş kimi…

Kim idi gələn? Müşfiqin ilham pərisi! Həmişə yenilməz görkəmi,şux gözəlliyi ilə şairin ağlını başından alan,Xəzərin cilvəli sularında,qumlu sahillərində tərənnüm etdiyi Dilbər! İndi isə aşiqinin ölümündən sonra nimdaş paltarda,gözləri quyuya düşmüş kimi görünən, beli bükülmüş,kökündən qoparılıb atılmlş,bird aha pardaqlanmayacaq qızılgül! Kaş bu qızılgül nə olaydı,nə də belə əzabla solaydı!

…Tikanlı gecələr,

Xəfəli günlər…

Bir yandan sevinc,nəğmə,

Bir yandan hıçqırıqlar…

Sürgünlər…

Bu otuz yeddinci ilin mənzərəsidi! Bu dəhşətli mənzərəni biz yalnız bu əsərdən öyrənmişik.Çünki Azərbaycan tarixi belə aydın,dəqiq, belə səmimi təsvir olunmurdu.Hələ də 37-dən danışmaq çətin idi.O günlərin üstündən sükutla keçilirdi.Qəbristanlığın yanından sükutla keçilən kimi…

Və biz düşünürdük görəsən, Müşfiq kimi odlu-alovlu bir şairi,şeirdən,nəğmədən yoğrulmuş,ğözlərində günəş parlayan bu növcavanı məhv edənlər insan idimi?!

***


Aliyə müəllimə "Lenin” poemasını bizə belə xarakterizə etmişdi:”-Əsər çox lirik səpkidə yazılmış bir epopeyadır.Onun arxasında tarixi şəxsiyyət durur.Sosializm cəmiyyətinin yaradıcılarından biri və onun ilk qurucusu olan insan.Fərqi yoxdu bu insanın qurduğu düvlətdən kimlər necə istifadə etdi.Əsas o idi ki, Marksın,Engelsin yalnız təsvir etdiyi bir cəmiyyətin varlığını Lenin həyata keçirib subut eləyə bilmişdi.Bu cəmiyyət özündən əvvəlkilərdən köklü surətdə fərqlənirdi.Nə bol kasıbı vardı, nə də çox varlısı.Hamı bərabər işləyib, bərabər yaşamalı idi.Bu Leninin böyük arzusu,baş planı idi.Bu arzuya cilid-cilid kitablar həsr etmişdi. Rəsul Rza isə poemasında bu yaradıcı insanın obrazını yaratmışdı.Onu istənilən səviyyədə,yetərincə təsvir,tərənnüm edə bilmişdi.Dəxli yoxdu Leninin arzuları həyata keçdi,ya yox.Məgər hər arzu-xəyal həyata keçirmi? Əsər isə əsərdir!Bütün işığı,ümidi,günəşi,zərrin şəfəqlərilə birgə! Hələ on ikinci əsrdə Böyük Nizami dühasının yaratdığı cənnət-dövlət kimi,onun qurucusu kimi!”

***

Aliyə müəlimə R.Rza ilə yanaşı Nigar xanımın yaradıcılığından da danışırdı.Yadımda deyil o vaxt Nigar yaradıcılığı dərsliyə salınmışdı ya yox.Ancaq N.Rəfibəyli həm Rəsul Rza obrazının açılmasında,daha çox işıqlanmasında şəfəq rolunu oynayırdı,necə deyərlər,aysberqin görünməyən tərəfinə işıq salırdı.Həm də öz lirik "mən”ilə meydana çıxırdı.

"-Müharibə illərində R.Rza da öz qələmini süngiyə çevirmişdi.Onun döyüşə,cəbhəyə getməyini Nigar xanım belə vəsf edir:

Get sevgilim,uğur olsun,

Sən mərd vuruş,sən mərd dayan!

Qoru təmiz eşqimizə

Gülümsəyən al səhəri!

Ilk gəncliyin şən çağında

Çiçək açan bu yerləri,

Qoru, əziz xatirələr dolu olan

Bu torpağı!

...Sən zəfərlə ana yurda

Döndüyün vaxt,o gün səhər

Mən qarşına çıxacağam

Qucağımda al çiçəklər!!!

"Heç bir şairi döyüşə gedəndə onu özündən başqa kimsə qələmə almayıb,R.Rzadan başqa.Çünki onun şairə Nigarı vardı. Lap Koroğlunun Nigarı kimi!”- Aliyə müəllimənin sözləridi...

1980-ci il idi.Mən Bərdə rayon Qullar kənd 8-illik məktəbində tədris işləri üzrə direktor müavini işləyirdim.Məktəbdə birinci böyük işim Ədəbiyyat kabineti yaratmaq oldu.Əyani vəsait bol idi.Bütün klassiklərimizdən tutmuş bu günə kimi yaşayıb yaradan yazıçı-şairlərimizin portretləri də həmçinin.Divar boyu "Orta əsr-intibah dövrü”, "XİX əsr ədəbiyyatçılarımız” rubrikaları idi. "XX əsrin ədəbiyyatını yaradanlar” bir cərgədə düzülmüşdü və R.Rza,N.Rəfibəylinin portretlərilə başlayırdı.Bundan sonra Müşfiq,S.Vurğun və s. gəlirdi.Portretlər çox canlı,yaraşıqlı çıxmışdı.Üzləri şüşə ilə örtülmüşdü.Pəncərəsi bağçaya baxan bu kabinet-otağın işıqları həmişə yanırdı.Kabineti həm mən,həm də ədəbiyyat müəlliməsi Ruhangiz Səfərova çox ehtiyatla,diqqətlə qoruyurduq.Bəzi dəcəl şagirdləri olan siniflərin burda dərs keçməsinə qısqancılıqla yanaşırdıq.Şagirdlərin özləri də bunu yaxşı bilirdi.Onlar da otağın təmiz,səliqəli qalmasına çalışırdılar.

Bir gün tənəffüsdə müəllimlər otağına gələn iki qız məni kabinetə çağırdı.Hər ikisinin heyrətdən gözləri böyümüşdü.Mən tez kabinete qacdım,şəkilləri yoxladım. Hamısı sağ-salamat yerində idi.Otağın küncündə Səxavət adlı oğlan ağlayırdı.Beşinci sinifdə oxuyan,çox dəcəl,şıltaq şagird idi.Səs-küyə müəllimlərin əksəriyyəti də kabinetə yığışdı.Növbətçi qızlar hadisəni fövqaladə bir iş kimi danışırdılar:

- Otağa girdik ki,Səxavət ayağının altına stol qoyub,çıxıb yuxarı Nigar

Rəfibəylinin yanağından öpür!

Hamı çönüb Nigar xanımın şəklinə baxdı.Şəkildən çox bədii sənət əsəri idi bu.Aşağıda

Günəşdən gənclik istədim,

İnsanlardan məhəbbət...-

misraları iri hərflərlə yazılmlşdı.Şairə öz dünyasında bir xoş təbəssümlə gülümsəyirdi.Mənə elə gəldi ki, Cokonda təbəssümü bunun yanında sönükdür,yalandı.Bütün portiretlərdən öz şirinliyi ilə seçilib fərqlənən bu rəsm elə bil bir az da gözəlləşmiş,füsünkar olmuşdu.Əl-ayağı,üstü, başı toz-torpaq içində olan kənd uşağının diqqətinə bax! Uşaq gözümdə dəyişmişdi. Kimsənin hələ bir söz demədiyinə baxmayaraq o, qorxusundanmı,xəcalətindənmi (qızlar bu məsələni müəllimlərə deyiblərsə, yəqin ki, bütün şagirdlərə də çatdıracaqlar!) hələ də ağlayırdı.Şagirdə deməyə söz tapmırdıq. Gülməkdən özümüzü güclə saxlamışdıq.Lakin bununla belə onu tənbeh etmək lazım idi ki, bir də belə iş tutmasın,çünki rəsmin şüşəsi düşüb sına bilərdi.

İlk danışan Təyyar müəllim oldu:

-Bala, qorxmursan Nigarın yanında dağ kimi dayanmış Rəsul Rzadan? Ordan düşər, səni qulaqlarından divara asar!

Nigar xanımdan fərqli olaraq R.Rzanın şəkli çox ciddi, bir az da sanki acıqlı təsir bağışlayırdı.

-Yaxşı,Təyyar müəllim,bir də belə iş tutmaz.Adam anasının özünü də öpər,şəklini də.Amma bu cür toz-torpaqlı üst-başla yox.Gündəlik dərsə hazırlıqsız gəlməklə yox.Nigar xanım səliqəli,yaxşı oxuyan şagirdləri çox sevir.

O gündən dəcəl Səxavət xeyli dəyişmişdi.Dərslərə hazır gəlirdi.Xüsusilə ədəbiyyat dərsinə. Həm də çox səliqəli geyinirdi.

Bu sətrləri yazdıqca fikirləşirdim ki,görəsən indi də ədəbiyyat dərsləri belə maraqlı keçirmi? Sonra da öz-özümə düşündüm: nə qədər ki,Aliyə müəllimlərin yetirmələri var,yaşayır nəinki ədəbiyyat,lap riyaziyyat dərsləri də ədəbiyyatın təbliğinə, insan qəlbinin təmizliyinə,paklığına xidmət edəcək! Təki ölkəmiz müstəqil olsun və biz bu müstəqilliyi qoruyub saxlaya bilək!

Bakı, 2000-ci il




İmza:
SON XƏBƏRLƏR
2019-04-20
2019-04-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Elnur Zeynalovun Qarabağ şikəstəsini bəyəndizmi?

Hə (88.89%)
Yox (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Kərim Kərimli adını çəkmək istəmədiyimiz, eldən ayıbdır, bir dostuna zəng edir:


Xəbərin var,  Paris kilsəsi yanır?

– Harda? 

–Lökbatanda...

– Lökbatanda niyə Paris kilsəsi deyirlər bu mağmınlar?

– Nə bilim addı da... qoyublar... Əsas odur ki, indi yanır...

– Pajarnı gəlməyib görən?

– Niyə gəlməyib? O qədər gəlib ki...

– Lökbatanda kilsə hansı tərəfdəydi?

-- Ə, şəhərə gedən də yolun sağında

 

-- Ə, ora Sədərəkdi, indi adın dəyişib Paris kilsəsi qoyublar ki, fransızların xoşu gəlsin?!

 

- Sənin orda dükanın var? 


- Yox!


- Onda yanır cəhənnəmə yansın, heç mənim də yoxdur.







digər lətifələr
ARXİV
FACEBOOK