adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Aprel 2019 14:46
12968
SİYASƏT
A- A+

Ermənipərəst Fransanın "soyqırım" oyunları... - SORĞU

Xəbər verdiyimiz kimi Fransa Prezidenti Emmanuel Makron aprelin 24-ünü qondarma "erməni soyqırımı qurbanlarının” xatirəsi günü elan edib. Xatırladaq ki, Fransa 2001-ci ildə qondarma "erməni soyqırımı”nı rəsmi olaraq tanıyıb.

Adalet.az məsələylə bağlı politoloqlardan, partiya sədrlərindən münasibət öyrənib. Cavabları təqdim edirik.




QAT sədri Akif Nağı: "Təəssüf edirik ki, Fransa hələ də ermənilərin oyunlarında iştirak edir. Fransa aydındı ki, həmişə ermənilərin tərəfində olub. Orda erməni lobbisinin də olması sirr deyil. Fransa öz maraqlarına uyğun hərəkət edir , Ermənistan da oz maraqlarından çıxış edir. Biz də dövlət və millət olaraq öz maraqlarımızı üstün tutub Fransa ilə münasibətlərimizə yenidən baxmalıyıq , ilk olaraq bu ermənipərəst ölkənin Minsk qrupu həmsədrliyindən uzaqlaşdırılmasına nail olmalıyıq. Necə ki, Ermənistan 1997- ci ildə razı olmadı ki, Türkiyə həmsədr olsun.




AĞ Partiya sədri Tural Abbaslı: "Əslində Fransa artıq uzun müddətdir ki, qondarma erməni soyqırımı məsələsini tanıyıb. Sadəcə olaraq artıq Fransada bunun rəsmi anım gününü də elan ediblər. Bu qondarma soyqırım məsələsi illərdir ki, Avropa tərəfindən Türkiyəyə qarşı təzyiq faktoru kimi istifadə olunur. Nəinki təzyiq faktoru zamanla bu məsələdən şantaj metodu kimi də istifadə edilib. Ancaq, Avropanın da , dünyanın da unutduğu və ya görmək istəmədiyi bir həqiqət var ki, Türkiyə əvvəlki zəif və asılı Türkiyə deyil. Türkiyə artıq nəinki regionda hətta dünya siyasi arenasında söz sahibi bir dövlətdir və ona belə bəsit, əsassız, gülünc vasitələrlə təzyiq etmək zamanı keçib. Odur ki, mən bu məsələyə çox önəm verməyin tərəfdarı deyiləm. Həmçinin də eyni xamanda Türkiyəni belə provakasion addımlara adekvat cavab verməyə səsləyərdim. Çünki, belə olmadıqda bəzi dövlətlər özlərini dünyanın ağası hesab edir və öz maraqlarını hət cür ədalətdən, obyektivlikdən üstün tutur. Türkiyə də Fransanın Əlcəzaridə, Ruandada, Tunis və sair ölkələrdə real olaraq etdiyi soyqırımı tanısın və onların anım günlərini təqvimə salsın. Bəzən belə ölkələrə özlərinin çox da keçmişdə olmayan qanlı tarixlərini xatırlatmaq faydalıdır.



Politoloq Nəzakət Məmmədova: "Makronun bu addımı əlbəttə qınanılasıdır bir mənalı surətdə. Səbəbləri ondan ibarətdir ki, ermənilərin Fransada, o cümlədən Avropda mövqeyləri güclüdür. Bildiyimizə görə Makron böhran dövrünü adlatdı, qarşıda da onu asan dövr gözləmir. Fransanın, seçilərin dəstəyinə ehtiyacı var. Fransada 250 min erməni yaşayır. Təbii ki, onların da səsi həll edici ola bilər. Məsələ gəlib dayanır Avropada gəlib keçirilən seçiklərə.”