adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Aprel 2019 14:07
7415
MƏMLƏKƏT
A- A+

İntiharlar faciədən çox, statistikaya çevrilməkdədi

Ölkədə intihar adiləşib. Stalinin məşhur sözü var: «Bir nəfərin ölümü faciə, çox adamın ölümü statistikadı». İndi intiharlar faciəlikdən çıxıb statistikaya çevrilib. Elə ayın 14-də ölkənin müxtəlif regionlarında və Bakıda 4 intihar hadisəsi baş verib. Hələ biri də 14 yaşında qız uşağıdı, bulvarda özünü dənizə atıb, xoşbəxtlikdən FHN-in əməkdaşları onu xilas edə biliblər. Vəziyyəti ağırdı, xəstəxanadadı.

O adamları intihara təhrik edən səbəblər var. 18 yaşında üç ayın gəlini özünü elə-belə asmayıb ki?

Və hər intihar hadisəsini oxuyandan sonra verilən məlumatda bildirilir ki, cinayət işi açılıb, araşdırmalar aparılır.

Dəfələrlə yazmışıq və yenə yazırıq, indiyədək kimsə buna görə cinayət məsuliyyətinə cəlb olunmayıb.

Amma deyəsən, bu dəfə Elinanın intiharı ilə bağlı Möhtərəm Prezident işə qarışdığına görə məsələ ciddiləşib.

İntiharların qarşısının alınmasının bir yolu da təhrikçilərin cəzalandırılmasıdı.

Mehriban Cəfərova