adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
15 Aprel 2019 14:06
20045
GÜNDƏM
A- A+

DAY DENƏN VERMİRƏM DƏ!

Uzaq keçmişdə belə bir anekdot vardı. Elçibəy, Rəsul Quliyev, İlyas İsmayılov, Pənah Hüseyn təyyarədə uçurlar. Birdən təyyarə xarab olur, pilot gəlir ki, təyyarə partlayacaq cəmi üçcə paraşüt var, özünüz bölüşün. Qərara gəlirlər ki, prezident bölsün. Elçibəy bildirir ki, hərənizə bir sual verəcəm, kim tapsa paraşütü ona verəcəm.

Birinci İlyas İsmayılova hüquqdan çox çətin bir sual verir. İlyas müəllim dərhal cavabını deyir.

Sonra Rəsul Quliyevə neftlə, kimyayla bağlı çox çətin bir sual verir. Rəsul Quliyev də dərhal cavablandırır.

Baxır Pənah bəyə və istəyir ki, paraşütü ona versin. Deyir:

- Bəy, Gürcüstanın paytaxtı haradı?

Pənah Hüseyn:

- Day denən vermirəm də.

İndi qardaş Türkiyədə bələdiyyə seçkilərində İstanbul Böyükşəhər bələdiyyə başqanı seçilən Əkrəm İmamoğlunun vəsiqəsini vermirlər. On beş gündü yenidən səsləri sayırlar. Sayırlar, sayırlar, bitirirlər, görürlər yenə Əkrəm bəy qalibdi, deyirlər, yox, qayıdaq başdan sayaq. Yenə də sayırlar, sayırlar, yenə görürlər xeyiri yoxdu.

Bu gündən yenidən seymağa başlayıblar . Hesablamaya görə, iyirmi beş günə sayım gedəcək.

İstanbul camaatı da qalıb ortada başqansız.

Ay qardaşlar, birdəfəlik deyin vermirik, o da getsin özünə bir iş tapsın dana.