adalet.az header logo
  • Bakı 20°C
15 Aprel 2019 14:33
19966
SİYASƏT
A- A+

Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşü bitdi - YENİLƏNİB

Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov, Zöhrab Mnatsakanyan və Sergey Lavrov arasında üçtərəfli görüş başa çatıb.

**
13:08

Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov, Zöhrab Mnatsakanyan və Sergey Lavrov arasında üçtərəfli görüş başlayıb.

ONA-nın məlumatına görə, hər üç nazir görüşmək üçün Rusiya XİN-in "Qəbullar Evi"nə gəlib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri müzakirə olunacaq.

Həmçinin martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüşün yekunlarına dair qapalı məsləhətləşmələr də aparılacaq.

Daha sonra nazirlərə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Endryu Şofer də qatılacaq.