bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri Adalet.az | İYİRMİ KİTAB BİR TƏQDİMATDA Adalet.az | İYİRMİ KİTAB BİR TƏQDİMATDA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

İYİRMİ KİTAB BİR TƏQDİMATDA

3161    |   2019-04-15 12:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Aprelin 12-də Azərbaycan Yazıçılar Birliyi və birliyin Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə AYB-nin "Natavan” klubunda tənqidçı, publisist, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru, "Qızıl kəlmə” ədəbi mükafatı laureatı Nərgiz Cabbarlının yaradıcılığına həsr olunmuş "20 kitab 1 təqdimat”da adlı tədbir keçirildi.

AYB-nin Yaradıcılıq məsəslələri üzrə katibi İlqar Fəhmi Nərgiz Cabbarlı yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdi. O, belə bir layihənin AYB-də ilk dəfə olaraq həyata keçirildiyini vurğuladı. AYB-nin katibi Rəşad Məcid, Millət vəkili, akademik Nizami Cəfərov, şairlər Əjdər ol, Vaqif Bəhmənli, tənqidçi Vaqif Yusifli, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu direktor müavini Əlizadə Əsgərli, "Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, yazıçılar Mustafa Çəmənli, Seyran Səxavət, Əlabbas, Kamran Nəzirli, Şəmil Sadiq Nərgiz Cabbarlının yaradıcılığının müxtəlif sahələri, ədədi prossesdə baş verən hadisələrə fərqli və fərdi münasibətindən söz açaraq maraqlı faktlar söylədilər. Nizami Cəfərov N.Cabbarlının tənqidçi, publisist, tərcüməçi kimi fəaliyyətində əhəmiyyətli işlər gördüyünü vurğulayaraq onun "Yeni nəsil ədəbiyyatı” üçcildliyi, tərcüməsində dərc edilmiş Çingiz Aytmatovun "Kassandra damğası” romanının uğurlu alınmış mətni haqqında söz açdı.Vaqif Bəhmənli N.Cabbarlının yazıçıya digər tənqidçilərdan daha çox yaxın olduğunu bildirərək "Axundzadə şəxsiyyəti” monoqrafiyası haqqında ətraflı danışadı və tənqidçinin "Beşik” nəşriyyatında uşaqlar üçün çoxaylı kitablar hazırladığından söz açdı. Kamran Nəzirli N.Cabbarlının müəllifdən deyil, əsasən mətndən yazdığını qeyd etdi. Yazıçı Seyran Səxavət isə təqdimatın adına diqqət yönəltdi: "Adətən, bizdə bir kitab dərc edərək ona iyirmi təqdimat keçirirlər. Amma Nərgiz Cabbarlı 20 kitab dərc edərək bir təqdimat keçirməklə, demək olar ki, hər birimizə maraqlı bir mesaj verdi. Bununla o, gördüyü işin ciddiliyini bir daha diqqətimizə çatdırdı”. "Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə isə tənqidçinin keçirdiyi təqdimat mərasiminin, əslində, bir yaradıcılıq hesabatı kimi qəbul edildiyini vurğuladı.

Sonda Nərgiz Cabbarlı çıxış edərək bu təqdimatın həqiqətən də hesabat xarakteri daşıdığını bildirdi və tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkür etdi.




İmza:
SON XƏBƏRLƏR
2019-06-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK