adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Aydın CANIYEV: “Anasının göz yaşlarına sığınaraq böyüyən qızlar!”

41993 | 2019-04-16 08:56

(Elina üçün etiraf...)

1985-ci il. Mayın 7-si. 10-cu sinifdə oxuyurdum. Paralel sinifdə paralelkənddən olan qızı sevirdim. Elə o vaxtlar da psix səviyyəsində qısqanc idim.Qıza demişdim ki, filan oğlanla oturmasın - əslində o oğlan elə qız kimi həyalıoğlan idi: allah rəhmət eləsin. Sonralar Bakıda onunla bir otaqda qaldım,tovuzlu Ənvər Abdullayevlə dostlaşdırdı məni.

Sinif nümayəndəsi olduğumdan jurnalı sinif rəhbərinə vermək adıyla icazəalıb, getdim onların sinfinə. Baxdım ki, qız oturmasını istəmədiyim həminoğlanla oturub. Sinif rəhbərim Mahir müəllim məni görsə də heç nə demədi. Tənəffüsolan kimi, oğlanı çağırdım. Əməlli bir şillə. Səs direktora çatdı. Rəhmətlik Məhərrəmmüəllim dərin getmədi, amma əməllicə qorxutdu. Amma və lakin... mənim təpəmatmışdı. Dərs bitməmiş gəldim evə. Qızgil bizim küçəmizdən keçib evlərinə -qonşu kəndə gedirdilər. Dəstəylə gələn qızı görüb evimizin həndəvərindəyaxalamaq istəyəndə atam çıxdı qabağıma - beynimin çevik işləməsinə həmişə həsədaparmışam. Atam soruşdu ki, hara belə? Dedim Həsən babaya dəyməyə gedirəm. Həsənbabam onda ömrünün son günlərini yaşayırdı və atam da babamgildən gəldiyi üçünvəziyyəti nəzərə alıb dedi ki, get. Və mən... qızların sakitcə bizimqabağımızdan keçməyiylə fürsəti əldən qaçırmış oldum, ancaq atam icazə verənkimi qızların əks istiqamətində hərəkət etməyə məcbur oldum. Atamın gözündən itənəcənaddımladım və qəfil.... bibimgilin həyətinə girdim, onların çəpərindənqonşularının həyətinə tullandım, ordan da "İstisu-Lənkəran" yolunaçıxdım. Artıq yolu yarı eləmiş, Lənkəran-Lerik yoluna çıxmış qızlara çatmağınbir yolu vardı: maşın tutmaq. Maşın nə gəzirdi o illərdə. Amma bəzən Allah dacinayət törətməyə şərait yaradır, yardımçı olur. Bu dəmdə "İstisu-Lənkəran"avtobusu gəldi!!!

Hər gün səhər tezdən bazara süd satmağa getdiyimdən avtobus sürücüləri mənitanıyırdı - dayanacaq olmasa da, əl qaldırmağıma görə saxladı. Gəlib qızlarıkeçdim. Yenə də dayanacaq olmayan yerdə avtobusu saxlatdım, düşdüm. İndiqızların dəstəsiylə üz-üzə gəlirəm. Heç kim ağlına gətirmir ki, mən neyləyəcəm,neyləyə biləcəm!

Mən qızı nəinki döydüm, hətta paltarlarını cırdım və... heç nə olmamışkimi evə gəldim.

Sinif yoldaşları və həmkəndli qızları onu dövrələyərək qalan yolu evlərinəçatdırmışdılar.

Həmin gün qardaşı... maşın almışdı. Qız hamıdan gizlətmişdi, təkcə anasıbilmişdi. Və səhər məni bazarda axtarmışdı - bildiyimdən getməmişdim.

Səhəri babam rəhmətə getdi - taleyin ironiyasına bax ki, mən babamınölümünə minnətdar idim!

Növbəti günlər - 8-9 mayda dərs olmadı.

Mən babamın yas məclisində pul yazırdım!

Direktorumuzla qızın atası yanaşı oturmuşdu. Direktor məsələni bilirdi.Və mənə... heç nə demədi!

Ayın 10-da bazara getdim. Qızın anası məni yaxaladı. Dedim ki, sevirəm!Demişdim ki, filankəslə oturmasın! Baxdı, baxdı, hətta söymədi də!

Məktəbdə isə direktor dedi ki, şikayət etsələr, qanın getdi, mən özüm sənibabanın ölümünə bağışlayıram, onun ölümü sənin qanının arasına girdi!

Şikayətetmədilər!

Mənelə həmin il jurnalistikaya qəbul olundum.

Qızsonra ayrısına ərə getdi.

Döydüyümoğlanla dost oldum.

Hərzaman o qıza və o ailəyə minnətdar oldum.

Halbuki...çox rahat həbs etdirə bilərdilər!

Həryaşın öz cəzası, öz cinayətləri var!

Elina,Sənin üçün bu etirafı ona görə etdim ki, hətta sovet dövründə oğlanlar qızlarıdöyüb, saçlarını yolub, zarafat da edib, lağa da qoyublar, amma heç biriintihar edib dünyanı lərzəyə gətirməyib.

Buintihar bu gün bütöv bir nəslin xarakterini məhv edəcək, eləcə də gələcək nəsillərin.

O oğlan(lar)dan ayrı cür də qisas almaq olardı! Mənim sevdiyimin məndənqisas aldığı kimi - şagird olanda məni sevən, mən jurnalist olanda isə mənəyox, sadə bir kəndli oğlana ərə gedən qız kimi, özü ali təhsilli olsa da!!! Oqızdan sonra mən heç bir qadını sevə bilmədim! Hamıya "sevirəm" desəmdə - saylarını itirmişəm ki, nə qədərinə "sevirəm" demişəm :( :( :(Bundan böyük cəzamı, qisasmı olur???

Və... Elina, bu gün həm də Sənə etiraf edirəm iki qız atası kimi:qızlarım üç məktəb dəyişib, hər dəfə də fikirləşirdim ki, allah məni cəzalandıracaq.Bəlkə də qızlarımı sinif yoldaşları döydülər, bəlkə "atanız siziatıb",- deyə tənə etdilər, bəlkə də "ananız boşanıb" qaxıncıetdilər, bəlkə də...

Ammaqızlarım ikisi də analarının göz yaşlarına sığınaraq böyüdülər, ikisi dəuniversitet bitirdilər, magistratura oxudular və... mənə necə, hansı əziyyətləböyüdüklərini demədilər - mənim və analarının boşananda nəzərə almadığımız məhrumiyyətlərinəzabını çəkərək! Və mənim də, analarının da, "siz bizim xilasımızsınız,yaxşı və tərbiyəli böyüməklə, mütləq də ali təhsil almaqla" istəyimizə əməletdilər!!!

Qızlarımbunu etdilər - həm atasını, həm də anasını safa çıxarmaq üçün: o zərif və cüssəsizvücudlarından milyon dəfə böyük sıxıntıların altında inləyə-inləyə, kirayələrdən,köçhaköçlərdən, yoxsulluqdan və məhrumiyyətlərdən keçərək!!!

Özhaqlarını insanlıq naminə sinif yoldaşlarına, tay-tuşlarına bağışlayaraq!Onları incidənlərin qəddarlığına həyatda özlərinin daha üstün olmaqlarınınümayiş etdirməklə!

Elina,bu intihar Azərbaycan təhsilindən, Azərbaycan müəllimlərindən qədərindən çoxböyük qisas idi!

Buintihar uşaqların və yeniyetmələrin uşaqlığını və yeniyetməliyini məhv etməyəyönəlik qisas idi!

Atanadeyə bilməzdinmi gəlsin məktəbə?

Ananadeyə bilməzdinmi gəlsin, mənə qaynanalığı nəsib olmayan o qadın kimi yaxalasınSəni incidəni?

Olardı!

Etmədin!Ən doğrusunu, ən yaxşısını qoyub, ən pisini seçdin!

İndiən yaxşı cəzanı verəcəklər hər kəsə - rahat uyu, Qızım, verəcəklər o cəzanı,amma bu həm də ən pisin təntənəsi olacaq, daha pisin meydanı yaranacaq!

Dahaqız ataları hər gün qızları məktəbdən qayıdanacan səksəkədə olacaq, canlarındanvicvicə əskilməyəcək, şəkərə tutulacaqlar stressdən, xərçəng olacaqlarboğazlarındakı qəhərdən, infarkt olacaqlar...

Nəyaman qəddar imişsən, Qızım!?

Sabahsənin üçün, namusun üçün, torpağın üçün düşmən qabağına sinəsini verəcək ouşaqları düşünmədinmi heç?

İndihərə bir söz deyəcək, Özün olsaydın, deyəcəkdin Səni Hüseyn incidib, Lalə incidib,Sevinc incidib, indi üzə çıxmayacaq, amma və lakin... ölkə üzrə Sənintay-tuşların incidiləcək!!!

Buölkə üçün 5 alan tərbiyəli uşaqlar oxuyub yaltaq olurlar, döyüşən, qəhrəmanlıqedən elə o "iki" alan "tərbiyəsiz" uşaqlardır!

İndiSəni incidən uşaqları tərbiyləndirsələr belə, xeyri olmayacaq, çünki... Sənonların Səndən üzr istəməyini, Sənin üçün vuruşacaqlarını görməyəcəksən!

Bizəyazığın gəlmədi, gəlmədi, özünə niyə zülm elədin, Qızım?

Fərqindəsənmi,Sən heç bizə şans saxlamadın ki, Sənə sübut edək ki, Səni döyən, incidən,aşağılayan insanlarla bərabər, bu ölkədə həm də Sənin üçün ölümə gedəcəkoğullar var, Sənin üçün balası qədər yanan atalar, analar, qardaşlar-bacılarvar!

Adambelə edərmi, Qızım?

Adamdüşünməzmi ki, bu ölkədə təkcə ötən il 18 min boşanma olub - bilirsənmi, Səninetdiyin 18 min ailənin uşaqlarında necə xof yaratdı?

Sənatalara-analara, müəllimlərə, məktəblərə, dövlətə etimadsızlığın ən bariz nümunəsisən,mənim Mələk Qızım...

Olmazdı!Heç olmazdı! Azərbaycanın bu günündə heç olmazdı!

Səninyoxluğun bir neçə nəfərin cəzalandırılması olacaq, amma varlığın, mübarizən vəqələbən... xalqın olacaqdı.

15yaşına qədər dünyasını dəyişənlər cənnətlikdir, - deyirlər - Cənnət Mələyi,intihar etməyinə baxmayaraq, behiştin mübarək. Amma nəzərə al ki, bu... bizi cəhənnəmoduna atmağının qarşılığıdır!


TƏQVİM / ARXİV