adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
15 Aprel 2019 12:18
17769
MARAQLI
A- A+

Sarımsağın faydaları

Min bir dərdə dərman sarımsağın ən qiymətli qidalardan olduğunu bilirik.

Adalet.az bu tərəvəzin faydalarını izah edir və sarımsağı qəbul etməməsi lazım olan kəslərə xəbərdarlıq edir..

Selenium baxımından zəngin olan sarımsaq, sağlamlıq üçün faydalı olan bir qidadır. Tərkibi manqan, B 6, C, B 1 vitaminləri, kalsium, fosfor və mislə zəngindir.

Sarımsaq, xolesterolu və təzyiqi salır, ürək və qan damarlarının sağlamlığını qoruyur, infarkt riskini azaldır, tərkibində olan ‘‘allogenlər''sayesinde qanın laxtalanmasını önləyir.

Anti bakteriyal xüsusiyyəti sayəsində bakteriya və virusların səbəb olduğu xəstəliklərin yaxşılaşma müddətini sürətləndirər.
Kolon və mədə xərçəngi başda olmaq üzrə bir çox xərçəng növündən qoruyur.

Sarımsaq, orqanizmdə dəmirin sorulmasını da artırir.
Mədə qazına yaxşı gələn bu qızıl qida həzmi də asanlaşdırır. Antioksidan xüsusiyyətə malikdir.

Bahar aylarında ortaya çıxan soyuqdəymədən qorunmaq, ya da xilas olmaq üçün də sarımsaq olduqca təsirli bir qidadır.
İmmunitet sisteminizi gücləndirir və bədən müqavimətini artırır.
Soyuqladığınızda sarımsaq yeyərək sağalma müddətinizi tezləşdirə bilərsiniz.

Kimlərə qəbul etmək olmaz?

Tək sarımsağın qanı durulducu təsiri olması səbəbiylə aybaşı dövründəki qadınlar, əməliyyat keçirəcək kəslər bu qidanı qəbul etməməlidirlər.

Ayrıca təzyiqi normalda aşağı olan kəslər də bu qidadan uzaq dayanmalıdırlar. Çünki qan təzyiqi onsuz da aşağısa sarımsaq bunu daha da salaraq onları halsız buraxa bilər və hətta huşunu itirmələrinə belə səbəb ola bilər.