bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri Adalet.az | Deputatlar “Məmmədyarov - Mnatsakanyan görüşü”nün davam etdirilməsini İSTƏMƏDİLƏR Adalet.az | Deputatlar “Məmmədyarov - Mnatsakanyan görüşü”nün davam etdirilməsini İSTƏMƏDİLƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Deputatlar “Məmmədyarov - Mnatsakanyan görüşü”nün davam etdirilməsini İSTƏMƏDİLƏR

4426    |   2019-04-15 11:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı növbəti dəfə görüşəcəklər.

Hər iki ölkənin xarici işlər nazirlərinin görüşündən gözləntilər nədir?

Bu görüşdə Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı nələr əldə oluna bilər?


Modern.azsaytı nazirlərin görüşünün şərh edilməsi üçün Milli Məclisin deputatlarına müraciət edib.


Rasim Musabəyov xarici işlər nazirlərinin görüşündən heç nə gözlənilmədiyini bildirib:

"Düşünürəm ki, ortalıqda hansısa sənəd var. O sənəd hələlik təklif şəklindədir. Sənəddə bir çox məqamlar tərəflər üçün fərqli görünür. Mövqeləri yaxınlaşdırmaq, hansısa orta məqamları tapmaq üçün xarici işlər nazirləri arasında danışıqlar gedir. Hansısa məqamda Azərbaycan tərəfi, hansında isə Ermənistan tərəfi güzəştə gedir. Bugünkü Moskva görüşündə Rusiya xarici işlər naziri Lavrov da iştirak edir. Xarici işlər nazirləri elan etsələr ki, "nəyisə əldə etmişik”, yenə heç nə gözləməyə dəyməz”.


Aqil Abbas xarici işlər nazirlərinin yox, müdafiə nazirlərinin görüşünü vacib sayıb:

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü 370-ci olar, yoxsa 375-ci?!. Düşünürəm ki, cavabım aydın oldu. Hesab edirəm ki, Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin görüşü lazım deyil. Ermənistan müdafiə naziri ilə Azərbaycanın müdafiə naziri səngərdə görüşməlidir. Bununla da məsələ həll olunar”.

Deputat Elman Məmmədovdüşünür ki, Ermənistan tərəfi danışıqlar yolu ilə torpaqlarımızdan çıxmaq fikrində deyil:

"Budəfəki görüşdə Dağlıq Qarabağla bağlı müzakirələr olacaq. Ancaq Ermənistan tərəfinin sərsəm bəyanatları, radikal mövqeləri, işğalçılıq siyasətindən əl çəkmədiklərini nümayiş etdirmələri onu deməyə əsas verir ki, bunlar belə danışıqlarla torpaqlarımızdan çıxmaq fikrində deyillər. Əlavə olaraq müxtəlif səviyyələrdə bəyanatlar da verirlər ki, sülh naminə torpaq qaytarmaq məsələsi olmayacaq. Həmçinin, həmsədr dövlətlər, müxtəlif səviyyəli beynəlxalq qurumların qeyri-səmimi mövqeyi erməniləri arxayın salır. Düşünürəm ki, biz daha da güclü olmalıyıq. Bu məsələdə kiməsə ümid etmək, hansısa qərara, qətnaməyə arxayın olmaq olmaz. Düşünürəm ki, son sözü Azərbaycan əsgəri deyəcək”.



İmza:

“Prezidentin yanında işini bilən insanlar çalışmalıdır” - Eldar İbrahimov

Çingiz Qənizadə: “Əli Nağıyev Eldar Mahmudov kimi OBXSS işçisi deyil”

Azərbaycanın Birinci vitse-prezidenti BMT-nin xüsusi mükafatına layiq görülüb

ƏLİ MƏSİMLİ DEYİR Kİ…

İSTANBULDA BƏLƏDİYYƏ SEÇKİLƏRİNDƏ QAZANAN NƏ MİLLƏT İTTİFAQIDI, NƏ DƏ ...

HƏYATIMDA ƏN ÇOX XOŞUMA GƏLƏN ŞƏKİL

ƏKRƏM İMAMOĞLUDAN KÜSMIŞIX

“Gürcüstanla Rusiya arasında gərginlik Azərbaycan müsbət heç nə vəd etmir” - Deputat

Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib

XİN başçılarının görüşü: Təzə bir şey yoxdur

Əli Əhmədov Nazirlər Kabinetində iclas keçirdi

İqbal Ağazadə: “Mənasız, əhəmiyyətsiz bir görüşdür”

SON XƏBƏRLƏR
2019-06-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK