warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir kadın kuaförü apk indir iptv server hacklink satın al likit Adalet.az | Əbülfət Mədətoğludan yeni şeir: GƏL, OVUN MƏNDƏ... Adalet.az | Əbülfət Mədətoğludan yeni şeir: GƏL, OVUN MƏNDƏ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Əbülfət Mədətoğludan yeni şeir: GƏL, OVUN MƏNDƏ...

( "... və HAMIYA" silsiləsindən)

1883    |   2019-04-15 11:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır






























Elə bil qazılıb quyu gözümdə
Qaynayır dünyanın suyu gözümdə!
Gözümün sahibi , uyu gözümdə -
Bəlkə mürgüləyəm , bir hovur mən də...

Başına qalıbdı ruhum bu anlar
Ömrümə daş atır vədəsiz banlar!
Səni duyduğum tək sənı , kim anlar?! -
Bir xəlbir qəm götür, sən sovur məndə!

Göyərər əkdiyin - yağıntı varsa
Ruhundan ruhuma çıxıntı varsa...
Nə qədər canında sıxıntı varsa -
Toplayıb sinəmə - sən qovur məndə!

... Özünü çiçək tək topa bilməsən
Özünü , lap tutsan topa , bilməsən
Özündə özünü tapa bilməsən -
Özündən çıxıb gəl , sən ovun məndə!..




İmza:
SON XƏBƏRLƏR
2019-04-20
2019-04-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Elnur Zeynalovun Qarabağ şikəstəsini bəyəndizmi?

Hə (88.89%)
Yox (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Kərim Kərimli adını çəkmək istəmədiyimiz, eldən ayıbdır, bir dostuna zəng edir:


Xəbərin var,  Paris kilsəsi yanır?

– Harda? 

–Lökbatanda...

– Lökbatanda niyə Paris kilsəsi deyirlər bu mağmınlar?

– Nə bilim addı da... qoyublar... Əsas odur ki, indi yanır...

– Pajarnı gəlməyib görən?

– Niyə gəlməyib? O qədər gəlib ki...

– Lökbatanda kilsə hansı tərəfdəydi?

-- Ə, şəhərə gedən də yolun sağında

 

-- Ə, ora Sədərəkdi, indi adın dəyişib Paris kilsəsi qoyublar ki, fransızların xoşu gəlsin?!

 

- Sənin orda dükanın var? 


- Yox!


- Onda yanır cəhənnəmə yansın, heç mənim də yoxdur.







digər lətifələr
ARXİV
FACEBOOK