adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Aprel 2019 11:08
10197
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: GƏL, OVUN MƏNDƏ...






























Elə bil qazılıb quyu gözümdə
Qaynayır dünyanın suyu gözümdə!
Gözümün sahibi , uyu gözümdə -
Bəlkə mürgüləyəm , bir hovur mən də...

Başına qalıbdı ruhum bu anlar
Ömrümə daş atır vədəsiz banlar!
Səni duyduğum tək sənı , kim anlar?! -
Bir xəlbir qəm götür, sən sovur məndə!

Göyərər əkdiyin - yağıntı varsa
Ruhundan ruhuma çıxıntı varsa...
Nə qədər canında sıxıntı varsa -
Toplayıb sinəmə - sən qovur məndə!

... Özünü çiçək tək topa bilməsən
Özünü , lap tutsan topa , bilməsən
Özündə özünü tapa bilməsən -
Özündən çıxıb gəl , sən ovun məndə!..