warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir kadın kuaförü apk indir iptv server hacklink satın al likit Adalet.az | Ukrayna Azərbaycanlıları Radası yaradıldı - Diaspor təşkilatları birləşdi Adalet.az | Ukrayna Azərbaycanlıları Radası yaradıldı - Diaspor təşkilatları birləşdi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Ukrayna Azərbaycanlıları Radası yaradıldı - Diaspor təşkilatları birləşdi

1830    |   2019-04-15 11:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Aprelin 14-də Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Radasının (UAR) təsis qurultayı keçirilib.

Adalet.az Azərtac-a istinadən xəbər verir ki, qurultaydan öncə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov və qurultay iştirakçıları ümumilli lider Heydər Əliyev adına Parkda Ulu Öndərin heykəlini ziyarət edib, önünə çiçəklər düzüblər.

Ukrayna və Azərbaycanın dövlət himnlərinin səslənməsi ilə açıq elan olunan qurultayda 200 nümayəndədən 178 nəfəri iştirak etdiyi üçün tədbir baş tutmuş elan edilib. Təsis qurultayında Ukrayna Ali Radasının deputatları, Mədəniyyət Nazirliyinin məsul şəxsləri və Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və ölkənin ictimai-siyasi xadimləri iştirak ediblər.

Diaspor təşkilatlarının birliyindən söz açan F.Muradov bildirib ki, ümumilikdə, bir çox ölkələrdə, sözügedən birliyə nail olunub. Artıq, soydaşlarımızın təşəbbüsü ilə Almaniya, Fransa, İsveçrə, Finlandiya, Hollandiya, Belçika və ABŞ-da həmvətnlərimiz koordinasiya şuralarında birləşiblər: "Bu ölkələrdə yaşayan soydaşlarımız birgə fəaliyyət göstərirlər, birgə layihələr həyata keçirirlər. Bunlar Azərbaycan diasporu tarixində bir ilk oldu. O, Ukrayna Azərbaycanlıları Radasının da bir çox uğurlara imza atacağına əminliyini ifadə edib”.

Ukrayna Ali Radasının deputatı Borislav Beryoza ölkəsinin çoxmillətli dövlət kimi tanındığından söz açaraq burada bütün millətlərə əlverişli şəraitin yaradılmasını qeyd edib.

Sonra səsvermə nəticəsində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin UAR-ın həmsədrləri seçiliblər. UAR-ın baş katibi isə Seyid Qədiməliyev təyin olunub. Eyni zamanda, 3 əsas təşkilatdan 5 nəfər İdarə Heyətinə üzv seçilib.

Sonda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.



İmza:

Ərdoğan Binəli Yıldırıma yeni vəzifə verəcək - AÇIQLAMA

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik

Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır

Oqtay Əsədov MDB-nin Parlamentlərarası Assambleyasının iclasında iştirak edib

Azərbaycan, Türkiyə və Türkmənistan enerji məsələlərini müzakirə edəcəklər

Moskva danışıqlarından nə gözləyək?

AXH parçalanma təhlükəsi ilə üz-üzə... - SORĞU

Rəsmi Bakı Ermənistana çağırış etdi

Siyavuş Novruzov: "Ermənistan kimi müqavilə əsasında yaranan dövlətlər..."

İsveç parlamentinin Azərbaycan əsilli deputatına vəzifə verildi

Diasporla İş üzrə Dövlət Komitəsində Xarici İşlər nazirinin müavini ilə görüş keçirilib

SON XƏBƏRLƏR
2019-04-20
2019-04-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Elnur Zeynalovun Qarabağ şikəstəsini bəyəndizmi?

Hə (88.89%)
Yox (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Kərim Kərimli adını çəkmək istəmədiyimiz, eldən ayıbdır, bir dostuna zəng edir:


Xəbərin var,  Paris kilsəsi yanır?

– Harda? 

–Lökbatanda...

– Lökbatanda niyə Paris kilsəsi deyirlər bu mağmınlar?

– Nə bilim addı da... qoyublar... Əsas odur ki, indi yanır...

– Pajarnı gəlməyib görən?

– Niyə gəlməyib? O qədər gəlib ki...

– Lökbatanda kilsə hansı tərəfdəydi?

-- Ə, şəhərə gedən də yolun sağında

 

-- Ə, ora Sədərəkdi, indi adın dəyişib Paris kilsəsi qoyublar ki, fransızların xoşu gəlsin?!

 

- Sənin orda dükanın var? 


- Yox!


- Onda yanır cəhənnəmə yansın, heç mənim də yoxdur.







digər lətifələr
ARXİV
FACEBOOK