adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

NİYƏ BİZƏ GƏLMİRSƏN?!.

VƏSİLƏ USUBOVA
40429 | 2013-04-27 00:43

Birzamanlar çox dəbdə olan bir mahnı vardı bu adda. Bir az umu-küsü, bir az ərk,bir az da qınaqdan yoğrulmuşdu. Sevildiyinə əmin olan bir insanın inamı, buinamdan doğan bəxtəvərliyi süzülürdü hər sözündən, sətrindəng "Küçəmizdənkeçirsən, niyə bizə gəlmirsən?! Məni yaddan soruşursan, niyə bizəgəlmirsən?!"

Doğrudanda, yolun bu qədər yaxınkən, qapımızı döyməkçin istənilən qədər bəhanən varkən,niyə qədəmlərini bizim mənzilə basmayasan?! Onsuz da, hamı bilir, istədiyinyerə getməkçin bu küçədən keçməyin o qədər də vacib deyil. Yolunu buradansalmağının səbəbi qonum-qonşunun balaca uşağına da bəllidi. Ağlın qoymur ki,ayaqların ürəyinin çəkdiyi yerə aparsın səni. Gözlərinin baxmaq istədiyi tərəfəbaşın dönmür. Kimi aldadırsan? Özünü, yoxsa, özgələri? Özündən başqa heç kəsi!Guya saymazyana, arxayın-arxayın yerişinlə kimisə aldatdığınımı sanırsan?Zavallıg Daha demirsən ki, qadınlı-kişili bu adamların çoxu sənin indi getdiyinyolları çoxdan geri qayıdıblar. Bu səbəbdən də səni anlayışla qarşılayırlar, nəqədər ciddi görkəm alsan da, tövrlərini ciddiyə almırlar. Xəfif, mənalıtəbəssümlə gözaltı süzürlər. Hələ desən, cavanlığını həsrətlə xatırlayıbgizlicə köks ötürənlər də var. Bu sevgiyə inananlar da, sonunu düşünmədən qibtəedənlər də tapılar aralarında. "Sevginin sonu qovuşmamaqdır" deyibkədərlənənlər də yox deyilg

Sənsə bu anbütün varlığınla bir mənzilin küçəyə açılan pəncərəsinə zillənmisən. Pərdəninnecə ehtiyatla aralandığını, meh vururmuş kimi titrədiyini də duyursan. Bütünruhunla, cərəyana qoşulmuş kimi gizildəyən vücudunla duyursan. Oğrunbaxışlardan istilənən kürəyin səni çox soyuqlardan qoruyacaq...

Amma dönübbaxmırsan...

Hələyadlardan soruşmağın... Bunu nədən edirsən, bir özünə bəllidi... Bilirsən ki,gəlib çatdıracaqlar. Sirrini özün açsan, nə olar ?! Tərs cavab alsan, boynundanatmaq asan olsun deyəmi?!

Əsldiplomatiyadı... Sevgi diplomatiyası...

***

Bu mahnınıxoş bir ovqat yaratmaqçın yada saldım. Xatırladıqca özüm də zövq aldım, gözönünə gətirdiklərimi sizlərlə bölüşdürmək istədim... Qəlbə ağırlıq gətirmir,kədər vermir... Hələ çoxlarının evində telefon olmadığı dövrlərin mahnısıdı.Həsrəti, intizarı yox eləməyin ən yaxşı yoluydu; gündə bir bəhanəynən ürəyininçəkib apardığı yollardan keyimiş ayaqlarınla xəyal kimi keçib getmək...

Kim nədeyir-desin, nə düşünür-düşünsün...

İndi dəbelə olaydı, keşkə...

Mobiltelefonların, skaypların ucuzlaşdırdığı, dadını qaçırdığı söhbətlərin,görüşlərin romantikası heçə enib. Bir zamanlar kosmosla, kosmonavtlarla belədanışardılar. İndi... onsuz da, hərəmiz bir planetdə yaşayırmış kimi ayrılmış,soyumuşuq bir-birimizdən... Üz-üzə, göz-gözə otursaq da, o qədər yadıq, uzağıqki... Qəlblərimizin qaranlığına gömülən dərdlərimizdən, istəklərimizdən xəbərtutmağı da çoxdan tərgitmişik...

Bir günmobil telefonlar da doyurmayacaq bizi. O da az görünəcək, uzaq gələcək bizə.Tamarzı ruhumuzu kompüter görüntüləri bir az da acgöz edəcək. Sevgidən doğanhəsrətin, xiffətin qənimidi, ona görə. Əlçatmaz şeylər azaldıqca, yaxınlıqlarda müşkülə dönür. Daha çox yaxınlaşmaqçın daha qolay yollar, üsullararayacağıq. Yenə əksinə olacaq. Bir az da artıq uzaqlaşacaq, yadlaşacağıq.Səbəbi...

Səbəbi nəzamanda, nə məkanda, nə də robotlaşan, dəmirləşən dünyamızdadı. Səbəbi öziçimizdə-tamahımızda, acgözlüyümüzdə, görməmişliyimizdə, bir-birimizin cibinəgirməyimizdədi... Hamısını da bilə-bilə edirik. "Aya qədər getdik, qonşuyagetməyə vaxt tapmırıq" deyən də özümüzük. Dədəsi-babası atla, arabayla ənuzaq kənddəki ən uzaq qohumunu görməyə gedənlərin nəvəsi bu gün iki addım atıbqonşusuna baş çəkmək istəmir. Oğurladıqlarını kimsənin görməsini istəməməsidisəbəbi... Elə buradan başlayıb, burada da qurtarmaq olardı. Ancaq...

Ancaqürəyim boşalmayıb hələ...

Hamımızınhəsrətini çəkdiyimiz bir İnsan var... Günün günorta çağında əlində şam adamaxtaran hansı filosof idi?! Bəs, çəlləkdə yaşayan?! Çoxumuz adlarını əzbərbilirik onların. Amma nə olsun?! Qabımıza nə qoyuruq ki...

Doğrudanmı,bu dünyada çox az şey dəyişib?!.

Könüllərimizi,fikirlərimizi, əməllərimizi nə kirlədir bunca? Mənliyimiz yolunu azmışistəklərimizə nə vaxt hökm edəcək? İçimizdəki İnsan nə zaman dirilib bütünpisliklərə "Dur!" deyəcək?!

***

Canımızsıxılanda, səbrimiz daralanda "durum, bir qonşuya baş çəkim" demişikzaman-zaman. Yanılmamışıq. Qonşunun qapısını açanda, ya o, qapımızdan girəndəüstümüzə gün doğub sanki. Dərdlərimizi unutmuşuq, unuda bilməsək də bölüşmüşük,ağrı-acıların əhdini kəsmişik, tək olmadığımıza inanmışıq...

İşimiziasanlaşdıran, yaxınlığımızı artıran cihazlar kəşf olunduqca, qəlbimin rahatlığıpozulur. Düşünürəm: hərəkətsizliyin, tənhalığın bir nədəni də artdı, demək...

P.S.Görəsən, elliklə Aya köçsək necə, onda da qonşuya getməyəcəyik?!.

VəsiləUSUBOVA

[email protected]

TƏQVİM / ARXİV