Komitə sədri: "Bu il 520 kq narkotik vasitə dövriyyədən çıxarılıb"
Azərbaycanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə aparılır.
Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda çıxışı zaman deyib.
S.Mehdiyev bildirib ki, Azərbaycanın bütün dövlət gömrük keçid məntəqələrində müasir avadanlıqlar quraşdırılıb və daşınan yüklər millimetrinə qədər yoxlanılır: "Görülən ciddi tədbirlər nəticəsində 2019-cu ilin ilk 3 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 dəstə aşkar edilib və 520 kq narkotik vasitə dövriyyədən çıxarılıb. Dövlət Gömrük Komitəsi bütün mümkün vasitələrdən istifadə etməklə ölkənin digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət göstərir".
Digər Xəbərlər
19 Aprel 2024 19:37
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb - FOTOLAR
19 Aprel 2024 17:22Vilayət Eyvazov Kollegiya iclası keçirdi - FOTOLAR
19 Aprel 2024 11:19İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06