adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Görən kimdir müqəssir?

ETİBAR CƏBRAYILOĞLU
94953 | 2013-04-27 00:42

Dövlət GəncTamaşaçılar Teatrının səhnəsində məşq gedir. Rejissorun tapşırıqlarını yerinəyetirən aktyorları deyəsən axı mən başqa teatrda görmüşəm.

Əməkdarartist Çingiz Əhmədov, aktyorlar Ələkbər Əliyev, Hüseyn və Gültac Əlili DövlətMusiqili Teatrının aparıcı aktyorlarındadırlar. Bəs Dövlət Gənc TamaşaçılarTeatrında niyə məşq edirlər?

Komediyaolmayacaq! Komediya olacaq!

Yazınıngirişindəki qarmaqarışıqlıq sizi çaşdırmasın. Dövlət Gənc Tamaşaçılar Teatrıqonaqpərvərlik və həmrəylik göstərərək həmin gün səhnəni Dövlət MusiqiliTeatrının kollektivinə güzəştə getmişdi.

Yenəqarmaqarışıq alındı? Məncə hər şey düzdü. Qonaq teatrın adı da. Təmir vəyenidənqurma işləri ilə bağlı tamaşaçılarını bir müddət başqa məkanlarda qəbuledən ən qocaman sənət ocaqlarımızdan biri təkcə binanın görkəmində deyil,adında da dəyişiklik aparıb. Kollektiv bundan sonra Dövlət Musiqili Teatrı kimitanınacaq. "Komediya" sözünün "ixtisara" düşməyində qorxuluheç nə yoxdu. Teatrın rəhbərliyi belə hesab edir ki, ad dəyişikliyi yaradıcıkollektivin qarşısında daha geniş imkanlar açacaq. Komediya isə bu teatrınsəhnəsində həmişə oynanılıb və yenə də oynanılacaq.

Yeni əsərinməşqi də bunu sübut edir.

Əbdürrəhimbəyin qəhrəmanları və...

Qayıdaqməşqə. Yuxarıda qeyd etdiyim səbəbdən Dövlət Musiqili Teatrının kollektivihəmkarlarının köməyindən yararlanır. Bugünkü məşq də Dövlət Gənc TamaşaçılarTeatrının səhnəsinə təyin olunub.

Məşqitamaşanın quruluşçu rejissoru İradə Gözəlova aparır. İradə xanımın göstərişiilə Əbdürrəhim bəyin qəhrəmanları səhnəyə çıxır. Yeni tamaşanın müəllifinigeniş tanıtmağa ehtiyac yoxdu. Təbii ki, söhbət Azərbaycan ədəbiyyatınınnəhənglərindən sayılan Əbdürrəhim bəy Haqverdiyevdən gedir. Kollektiv bu ölməzklassikin "Kimdir müqəssir?" əsərinə müraciət edib.

Əməkdarartist Çingiz Əhmədov (Ağa) artıq neçənci dəfə səhnəyə qalxır, bir azdan yerinidublyoru Ələkbər Əliyevə verir. İndi də növbə Hüseyn (Mahmud) və Gültac (Bahar)cütlüyünə çatır. Tamaşanın gedişində onlar Adəm və Həvva da olurlar. Rəqqaslarsəhnənin arxasında quruluşçu rejissorun verəcəyi komandanı gözləyirlər. İradəGözəlova səhnədə baş verənləri diqqətlə izləyir. Deyəsən quruluşçu rejissorunarahat edən məqamlar var.

Tamaşanınquruluşçu rəssamı Nabat Səmədova da qayğılı görünür. Tanınmış teatrrəssamlarımızdan olan Nabat xanım kollektivin çətin bir işin altına çiyinverdiyini deyir: "Çox çətin bir işə başlamışıq. Tamaşadakı hər bir obrazüçün bir neçə paltar tikilib. Çalışmışıq ki, səhnədəki tərtibat əsərinideyasını tam açmağa kömək etsin. Maraqlı tamaşa alınmalıdı. Tamamlanası çox işvar, hələ ki, çalışırıq..."

Bu maraqlılayihənin rəhbəri, Dövlət Musiqili Teatrının direktoru əməkdar incəsənət xadimiƏliqismət Lalayev arxa cərgədə oturub baş verənləri müşahidə edir. Direktortəmkinli görünür, müdaxilə etməyə tələsmir.

Quruluşçurejissor növbəti səhnənin məşqinə başlamaq istəyir. Lakin məlum olur ki, geyimsexində çalışan xanımlar çarıqları səhnəyə gətirməyi unudublar. Rejissorassistenti Elməddin Dadaşov şux zarafatları, hərəkətlərilə məşq prosesindəkigərginliyi

bir andacaaradan qaldırır.

Bir azdanElməddin Dadaşov özü də səhnəyə çıxır. O, bu tamaşada rejissor assistentiolmaqla yanaşı, həm də Şeytan rolunu oynayır. Necə deyərlər, bu meydan, buŞeytan. İndi çıx öz bacarığını göstər.

Adəm-Həvva

dövründən

günümüzədək...

Şeytanın(Elməddin Dadaşov) səhnədə çıxardığı həngamədən ətraflı yazmağa ehtiyac yoxdu.Onsuz da teatrın yeni yaradıcılıq işinə baxmağa gələn tamaşaçılar hər şeyigörüb özləri qiymət verəcəklər.

Məşqdə elanedilən qısa fasilədən yararlanıb tamaşanın quruluşçu rejissoru İradə Gözəlovailə söhbətləşməyin məqamıdı.

Söhbətləşməzdənöncə vurğulanmalı bir məqam var. Həmin vurğulanmalı məqam da elə İradə xanımlabağlıdı. İradə Gözəlova gənc olmasına baxmayaraq artıq yetərincə tanınmışrejissorlarımızdandı. Mədəniyyət və İncəsənət Universitetində görkəmli rejissorVaqif İbrahimoğludan dərs alan İradə xanım "YUĞ" Dövlət Teatrı dadaxil olmaqla bir neçə sənət ocağında maraqlı tamaşalar hazırlayıb. Onun GəncəDövlət Teatrında quruluş verdiyi "Evlənmə" (Qoqol) və "Qəribəoğlan" (İlyas Əfəndiyev) tamaşalar böyük maraqla qarşılanıb. Gənc vəistedadlı rejissor bu arada Çexov adına Moskva Akademik Bədaye Teatrınınməktəb-studiyasında təcrübə keçib və Meyerxold adına Mərkəzdə magistraturanı dabitirməyə nail olub.

"Kimdirmüqəssir?" İradə Gözəlovanın Dövlət Musiqili Teatrında ilk işi olacaq.Əslində, o, başqa bir əsərlə debüt etmək fikrində imiş. Görən kimdirmüqəssir? Quruluşçu rejissorun özünüdinləyək: "Sözün doğrusu, mən teatrın direktoru Əliqismət Lalayevlə görüşəbaşqa təkliflə gəlmişdim. Şekspirin "Şıltaq qızın yumşalması" pyesinəquruluş vermək istəyirdim. Lakin Əliqismət müəllim "Kimdir müqəssir?"əsərini təklif etdi və öz arqumentlərini söylədi. Mən də razılaşdım və özümə dəmaraqlı gəldi. Çünki Əbdürrəhim bəyin yaradıcılığı ilə tanış idim. Həm də özümübu janrda sınamaq imkanı qazandım".

Tamaşanınquruluşçu rejissoru kimi İradə xanımın cəmiyyətə verəcəyi mesajlar var:"Adəm və Həvva, yəni kişi-qadın münasibətləri dünya yaranandan bəriinsanları düşündürən mövzudu. Hər iki tərəf özünü haqlı sayır. Min illərdi ki,bu məsələ çarx kimi dövran edir və bu çərçivədən çıxmaq mümkün deyil. Allahtəbiətin qanunlarını müəyyən edib. İnsan bu qanunları dəyişmək gücündə deyil.Bəs bu qanunu dəyişmək üçün insan nə etməlidi? Tamaşada bu qanunu dəyişməkxahişi ilə Allaha müraciət olunur. Çünki bayaq dediyim kimi insan özü buməsələni həll etmək səlahiyyətində deyil. Həm də tamaşaçılara demək istəyirikki, insanlar mehriban həyat sürməklə xoşbəxtliyi, cənnəti elə bu dünyada daqazana bilərlər".

Quruluşçurejissor maraqlı bir tamaşa təqdim edəcəyi fikrindədi: "Əsər özü həcmcəkiçik olsa da mürəkkəb və maraqlı bir tamaşa hazırlamağı qarşımıza məqsədqoymuşuq. Teatrın yaradıcı və texniki heyəti işə məsuliyyətlə yanaşır. Birlikdəistəyimizə çatacağıq".

Tamaşadaəməkdar artist Natiq Şirinovun rəhbərlik etdiyi "Ritm" qrupununrepertuarından istifadə olunacaq. Quruluşçu rəssamı Nabat Səmədovadı. Xalqartisti Təranə Muradova öz tələbəsi Qalina Semyonova ilə tamaşa üçün maraqlırəqslər qurublar. Layihənin bədii rəhbəri əməkdar incəsənət xadimi,sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdi.

Tamaşanınpremyerası mayın ilk günlərində olacaq. Kimin müqəssir olduğu da həmin vaxtbilinəcək.

Etibar CƏBRAYILOĞLU

TƏQVİM / ARXİV