adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Aprel 2019 10:07
6166
MƏMLƏKƏT
A- A+

Qusarda 28 yaşlı gənc itkin düşüb

Qusarda 28 yaşlı gənc itkin düşüb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin (DİN) Quba regional qrupundan Adalet.az-a verilən məlumata görə, Qusar rayonunun İmamqulukənd kənd sakini, 28 yaşlı Vilyeddin Əlixlalov 2019-cu ilin mart ayının 2-də səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Vilyeddin Əlixlalov əlamətləri belədir: Boyu 175 sm., qara saçlı, orta bədən quruluşludur. Evdən çıxan zaman əynində qara rəngli gödəkcə, göy rəngli cins şalvar, qara rəngli papaq və qara rəngli ayaqqabı olub.
Vilyeddin Əlixlalov ruhi xəstəlikdən əziyyət çəkir və nitqində qüsur var.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və (055)265-55-51 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.