adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
14 Aprel 2019 16:54
14669
SİYASƏT
A- A+

İraqla əməkdaşlıq istəyirik

Suriya Prezidenti Bəşər Əsəd Dəməşqdə İraqın Milli Təhlükəsizlik üzrə müşaviri Falih əl-Fəyyadı qəbul edib.

Adalet.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının mətbuat xidməti informasiya yayıb.

"Beynəlxalq və regional səviyyədə baş verən hadisələr Suriya və İraqdan öz müstəqilliyini qorumaq məsələsində irəli getməyi tələb edir”, - Əsəd bildirib.

Əsəd həmçinin təhdidlərin ölçüsündən asılı olmayaraq regionun taleyini bölgə əhalisinin həll edəcəyini qeyd edib.