adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
14 Aprel 2019 16:29
17094
DÜNYA
A- A+

BMT-nin xüsusi elçisi Dəməşqə getdi

BMT-nin baş katibinin Suriya üzrə xüsusi elçisi Geyr Pedersen Dəməşqə iki günlük səfərə gedib.

Trend-in verdiyi məlumata görə, G.Pedersen özünün Suriya böhranının siyasi həllinin axtarışı üzrə missiyası çərçivəsində bu ölkənin bir sıra rəsmi şəxsləri ilə görüşmək niyyətindədir.

Bildirilir ki, G.Pedersen Suriyanın baş nazirinin müavini və xarici işlər naziri Valid Müallem ilə görüşəcək.

Qeyd edilir ki, xüsusi elçi Dəməşqə ötən gün Beyrutdan gəlib.