POEZİYA - 2011-2012

VAQİF YUSİFLİ
74937 | 2013-04-27 00:41

Ağasəfanın"Göydələndən baxan uşaq" və "Bir dəqiqəlik sükut"poemalarında onun şairlik təbiətinin başqa bir xüsusiyyəti də diqqəti cəlbedir. Bu da onun ictimai mövqeyidir, şair rastlaşdığı, üz-üzə gəldiyi, müşahidəetdiyi həyat hadisələrinə, neqativ hallaramünasibətini bildirir, bəzən ironiya ilə, bəzən lap açıq şəkildə tənqidəkeçir.

"Birdəqiqəlik sükut" ("Azərbaycan", 2012, №1) poeması 20 Yanvarolayı ilə bağlı düşüncələri əks etdirir. Bu mövzuda onlarla poema, yüzlərləşeir yazılıb və əksəriyyəti də kədərli əhval-ruhiyyə ilə diqqəti cəlb edir.Təbii ki, bu kədər hissi bundan sonra yazılacaq şeirlərdə, poemalarda da özəksini tapacaq, çünki nə yazırsan-yaz, 20 Yanvar şəhid qanı ilə, analarınfəryadı ilə yoğrulub. Ancaq illər keçdikcə, bu hadisəyə yeni baxış bucaqlarıformalaşır. Ağasəfanın poemasında "bir dəqiqəlik sükut" bir çoxmətləblərə baş vurmağa kömək edir. Bu "bir dəqiqəlik sükut"da məzarbaşında lal olan Şəhid anasını görürük, Vətənə arxa, gələcəyə ümid şəhid balasıilə görüşürük. Belə bir etiraf səslənir ki: "Mən şəhid olan deyiləm. Mənqorxağın birisiyəm. Mənim burda yerim yox, Mənim burda üzüm yox. Mən qorxağınbiriyəm, Göz yaşıma inanma, Vətən, sən məni unut". Əlbəttə, bu məqamda bizmüəlliflə razılaşmırıq, Şəhidlər Xiyabanında qorxaqlıq barədə etiraf nəyə xidmətedir? Burada ruhi ucalıqdan söz açmaq lazım idi, ruhun sönməsindən yox. Axı, buetirafdan sonra müəllifin "siyasət meydanında Quyruq bulayan kişi"yəsərt ittihamları gəlir. Özü də haqlı ittihamları. Qorxaqlığını etiraf edən kəsbu sayaq ittihamlar söyləyə bilərdimi?

Sualıma cavab ver:

Varlı kimdir, kasıb kim?

Vətəni qoruyan kim?

Barınan, yarıyan kim?

Sən düşmən qabağında

Hansı dağı yıxmısan?

Hansı üzlə fırlanıb

O kürsüyə çıxmısan?

Sənə son sualım bu:

Kiminkidir bu torpaq.

Azərbaycan-Ana yurd?

Niyə cavab vermirsən,

Ay ac qurd

Yalavac qurd?

V

Yenə dəV.Q.Belinskiyə üz tuturam. O, A.S.Puşkinin yaradıcılığından söz açanməqalələrinin birində yazırdı: "Puşkin poeziyasına xas olan və onu keçmişədəbi məktəblərə məxsus şairlərdən fərqləndirən başlıca məziyyətlərdən biriodur ki, Puşkinin əsərləri tamdır, bitkindir, kamil və səlisdir. Puşkininəsərlərində heç bir zaman artıq və ya çatışmayan bir şey olmur, hər şey özhəddində, dərəcəsində və yerində olur, şeirin axırı əvvəli ilə həmahəng gəlirvə onun şeirini oxuyarkən hiss edirsən ki, nə ondan atılası, nə də onaartırılası bir şey yoxdur".

XIX əsrdəsöylənməsinə baxmayaraq V.Q.Belinskinin bu fikirləri sanki bu gün üçün deyilib.Yəni "kamil şeir necə olur?" sualına cavab axtarsaq, elə bu fikirdənyapışmalı olarıq.

Səngəlmədin, yerinə

Qarakağızın gəldi.

Əlçə boydakağızın

Ömründənuzun gəldi.

Sən yoxdun,yoxluğunda

Soyuqvardı, qar vardı.

Aldığım qanpuluqdan

Qazancumanlar vardıg

Sənsiz nəçəkdiyimi

Barı birkərə bilsən.

Aşılmazyollar aşıb,

Yuxuma girəbilsən.

Yaşınyetmiş birində

İlin-gününbu vaxtı

Yuxuma dagəlmirsən

Yolun çoxmuuzaqdı?!

Sənsizgedim həyatla

Necə, yolabilmədim.

Övladımoldu, amma

Ata olabilmədim.

Günəşləgörüşmədi,

Günümgecəydi, ata.

Heç üstümədüşmədi,

Kölgənnecəydi, ata?

"Kölgənnecəydi, ata" - bu şeirin müəllifi Məmməd İsmayıldır. Poeziyada atasızlıqkədərini ifadə edən onlarla, bəlkə də yüzlərlə şeirlər yazılıb. Poemalar daqələmə alınıb. Amma Məmməd İsmayılın bu şeiri bütün komponentləri ilə əslpoeziya nümunəsidir. Şeirdəki tamlığı, bitkinliyi, kamilliyi və səlisliyi bizfikir və onun poetik ifadəsinin vəhdətində, şeirin ayrı-ayrı bəndlərindədiqqəti cəlb edən bədii təsvir vasitələrinin təzəliyində, metaforik ifadətərzinin şeirin ruhuna çökməsində görürük. Hiss olunur ki, bu şeir illər uzunuatasızlıq bəlasını taleyində yaşadan bir insanın tərcümeyi-halının birparçasıdır.

Ümumiyyətlə,kamil şeir anlayışı bir qədər nisbidir və mənim Məmməd İsmayılın şeirləriiçərisindən seçdiyim bu nümunə olsun ki, həm Məmməd İsmayıla, həm də onunheyranlarına görə kamil şeir kimi seçilməsin. Amma söhbət 2011-2012-ci illərinpoeziya nümunələrindən gedir və biz bu şeiri Məmmədin dillər əzbəri olan neçəşeirinin sırasına qata bilərik.

Bəli, kamilşeir anlayışı nisbidir və məsələyə bu baxımdan yanaşdıqda hər bir şairinyaradıcılığında belə nümunələr tapmaq olar.

Mən biroxucu və tənqidçi kimi Vaqif Bəhmənlinin şeirlərini çox xoşlayıram və onunyetmişinci illərin "Azərbaycan" jurnalındakı ilk şeirlərindən bu günəqədər bütün yaradıcılığını izləmişəm. Açığını deyim ki, son beş ildə o, çoxməhsuldar işləyir, şeirləri həm qəzet vəjurnallarda dərc edilir, həm də kitab halında çap olunur. Bu məhsuldarlığınziyanı da olur, görürsən ki, hisslərin, duyğuların hələ poetik hisslər,duyğular kimi cilalanmadığı nümunələr də diqqəti cəlb edir. Yaxud, görürsən ki,müəyyən bir fikir səliqəli, rahat şəkildə şeirdə ifadə olunur, amma bir şeyçatışmır - Vaqif Bəhmənlinin ən gözəl şeirlərinə xas olan fikrin poetikifadəsi.

Vaqifin "Heyrət", "Belə","Quyu", "Xoşbəxt yalquzaq", "Cinli adam","Kişinin göz yaşı", "Sağlığında cəza verin insanlara"şeirlərini son iki ildə yazdığı ən yaxşı poeziya nümunələri hesab edirəm. Buşeirlərdə yaşının bu çağında da axtarışdan yorulmayan bir qələm əhlinin poetikuğurları ilə qarşılaşırsan. Misal üçün, götürək "Xoşbəxt yalquzaq"şeirini. Burada lirika ilə epik xətt vəhdətdədir: şeirdə şairin bağsəyahətindən söz açılır: "Yaşıl yarpaq içində nar qızarır köz kimi,qumluqda qarağatın kilkəsi saçaq-saçaq. Uca boylu evkalipt naz eləyir qız kimi,deyir: Boyun çatırsa, gəl, belimi quc, qoçaq!" Sonra isə belə bir etiraf:"Beş addım o tərəfə, beş addım bu tərəfə... Xoşbəxtliyin özüymüş deməxırda bir bucaq. Məni yetirdin, Allah, gör nə boyda şərəfə - Nə nazir varburada, nə arvad var, nə uşaq". Çox səmimi bir etirafdır. Bu etirafa görəşairi-lirik qəhrəmanı qınamaq olmaz. O öz tənhalığına, "xoşbəxtliyin özüolan" "xırda bir bucağa" qovuşub. Burada yalquzaq səadəti birbucaq xoşbəxtliyin rəmzinə çevrilir.

Vaqifin"Kişi ağlayanda Allah ağlayır" silsiləsindən "Kişinin gözyaşı" şeiri isə artıq daşlaşmış bir inanca ("Ağlamaq arvadişidi") tamam əks bir mövqeni ifadəedir. Bu şeirdə fikir təzəliyi var. Şair ailə-məişət söz-söhbətini o çərçivədənçıxarır, bəşəriləşdirir.

Həvvadancehizdi Adəmə günah

Kişidəqabırğa, cinah ağrıyır.

Arvadağlayanda sevinir Allah,

Kişiağlayanda Allah ağlayır.

Vaqif şeirmədəniyyətinə, necə deyərlər, poetik texnologiyaya yaxşıca yiyələnən birşairdir. Qoşma da yazır, gəraylı da, hecanın müxtəlif ölçülərində sınayırqələmini. Xüsusilə, qoşmada müasir poetik təfəkkürün ifadəsi ilə qarşılaşırsan.Bu qoşmalar XXI əsrin şeir mədəniyyətini özündə əks etdirir qənaətinə gəlirsən.Budur, bir nümunə:

Ömür ki odaldı, əriyir şam-şam-

yağı-yalavacapaylanır cam-cam,

Fələyin qolundasəhəngdi adam-

sonda qopurqulpu, lüləyi belə...

Qafil okəsdi ki, çörəkdən qaçır,

Eşqin yeridardı, ürəkdən qaçır...

Mehdə hünərhanı?-

Küləkdənqaçır,

Şəlləməbelinə küləyi beləəə...

Ürəyi atverdi..Allah, min, dedi-

Çapırsan...

Görmürsəntər içindədi?-

Allahınverdiyi yaman gündədi;

Adam əldənsalmaz ürəyi belə!

Sözün şövqüdəyəsə qızıl qanayar,

Kəlməniləldən çək, qızıldan ayır!

Mürəkkəbayrı şey, qızıl qan ayrı-

Qandı şaxsaxlayan lələyi belə...

Can onasadağa, baş ona peşkəş,

Xas aşiqqul olmaz ötərgi eşqə!

Kimsəyə dilvermə Tanrıdan başqa,

Buraxmaevinə mələyi belə!

VI

Söhbət ki,qoşmadan, gəraylıdan gedir, bu xüsusda bəzi mülahizələrimizi də nəzərəçarpdırmaq istərdik.

Vaxtiləbelə bir fikir formalaşmışdı ki, qoşma və gəraylı kimi şeir növləri özününintibah dövrünü XVII-XIX əsrlərdə yaşamışdır, ən gözəl və klassik nümunələri dəelə həmin əsrlərdə yaranmışdır. Əlbəttə, bu yanlış fikir idi. Qəzəl və digərklassik şeir şəkillərindən fərqli olaraq qoşma və gəraylının inkişafı üçünhəmişə münbit zəmin olmuşdur. Bunu təkcə ayrı-ayrı poetik şəxsiyyətlərinadlarıyla bağlamaq doğru olmazdı. Xalqın milli mentalitetiylə bağlı bir sıraamillərin də burada mühüm rolu olmuşdur, etnik-mədəni amillər xalqın təkcəadət-ənənə, təsərrüfat həyatında deyil, söz sənətində də öz fəal, aparıcırolunu saxlamaqdadır. Ayrı-ayrı poetik şəxsiyyətlər isə sadəcə olaraq, buradahəmin missiyanı uğurla yerinə yetirmişlər. Məsələn, Hüseyn Arifi digərşairlərlə müqayisə etsək deyə bilərik ki, onun poeziyada xidməti xalq şeiriənənələrini qorumaq, saxlamaq, hifz etmək, həm də bu ənənələri yeni biçimdəinkişaf etdirmək olmuşdur. Lakin xalq şeiri üslubunda qələm çalan, qoşmaya,gəraylıya yeni poetik nəfəs bəxş edən, bu qədim formalara XX əsrin poetiktəfəkkürü işığında yanaşan təkcə Hüseyn Arif olmamışdır. Hüseyn Ariflə yanaşıB.Vahabzadə, M.Araz, H.Kürdoğlu,M.Günər, M.Yaqub, M.İsmayıl, Z.Yaqub, R.Rövşən, həmçinin AğamalıSadiq, Akif Səməd, Məmməd İlqar,Zirəddin Qafarlı, İslam Sadıq, Əliağa Aslan, Barat Vüsal, Sabir Sarvan, MəmmədDəmirçioğlu, İbrahim İlyaslı da qoşma və gəraylının gözəl nümunələriniyaratmışlar.

Kiminüçünsə qoşma və gəraylıyla bağlı bu söhbət maraqsız görünə bilər. Deyə bilərlər ki, şeirdən sözaçanda onun hansı vəzndə və hansı formada yazılmasının məsələyə bir elə dəxliyoxdur. Amma biz deyirik ki, poeziya tarixini təkcə zamanın ədəbi-mədənigedişatı, ayrı-ayrı ədəbi şəxsiyyətlərin yaradıcılığı, onların yaratdığıəsərlər deyil, həm də janrların, formaların inkişafı da əks etdirir. Bu baxımdanyanaşdıqda qoşma və gəraylının da şeir formaları kimi inkişafını izləməkvacibdir.

(ardıolacaq)

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV