adalet.az header logo
  • Bakı 18°C
14 Aprel 2019 14:59
5342
HADİSƏ
A- A+

FHN Xaçmazdakı yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Xaçmaz rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.

Adalet.az FHN-ə istinadən xəbər verir ki, Cığatay kəndində ümumi sahəsi 500 m² olan fermanın tavanı 100 m² sahədə yanıb. Fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.