adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
14 Aprel 2019 16:46
17756
İDMAN
A- A+

Hamilton 1000-ci Qran-Prinin qalibi oldu

Çinin Şanxay şəhərində keçirilən "Formula 1" üzrə 1000-ci Qran-Pri "Mersedes” komandasının qələbəsi ilə başa çatıb.

Adalet.az xəbər verir ki, komandanın pilotları – britaniyalı Luis Hamilton və finlandiyalı Valtteri Bottaş finiş xəttinə müvafiq olaraq birinci və ikinci çatıblar. Üçüncü yeri "Ferrari”nin almaniyalı pilotu Sebastian Fettel tutub.

Qeyd edək ki, cari mövsümün üçüncü Qran-Prisində Luis Hamilton 56 dövrəni 1 saat 32 dəqiqə 6,350 saniyəyə qət edib. Onun komanda yoldaşı Valtteri Bottaş finiş xəttinə liderdən 6,552 saniyə gec çatıb. Sebastian Fettel isə liderə 13,744 saniyə fərqlə uduzub.