adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Aprel 2019 12:44
9858
HADİSƏ
A- A+

Xaçmazda yanğın: 5 mindən çox cücə tələf olub

Xaçmaz rayonunda quşçuluq fermasında yanğın olub.

Adalet.az xəbər verir ki, hadisə rayonun Cığatay kəndində qeydə alınıb. Yanğın zamanı 5 mindən çox cücə tələf olub.

Hadisə nəticəsində fermanın təxminən 200 kvadratmetr hissəsi yanıb. Əraziyə cəlb olunan FHN əməkdaşları yanğının qarşısını alıblar.