warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir kadın kuaförü apk indir iptv server hacklink satın al likit Adalet.az | Azərbaycanda quşlar arasında iti yoluxucu xəstəlik qeydə alınmayıb Adalet.az | Azərbaycanda quşlar arasında iti yoluxucu xəstəlik qeydə alınmayıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Azərbaycanda quşlar arasında iti yoluxucu xəstəlik qeydə alınmayıb

1399    |   2019-04-13 17:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu günlərdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına görə, İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətində yüksək patogenli "quş qripi” xəstəliyinin H5N8 tipinin qeydə alındığı bildirilib. Bununla əlaqədar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti qonşu ölkə ilə həmsərhəd rayonların baytarlıq idarələrinə ayrı-ayrı şəxsi və quşçuluq təsərrüfatlarında saxlanılan ev və sənaye quşlarından müayinə üçün nümunələrin götürülməsinə və baytarlıq baxışının keçirilməsinə dair göstəriş verib.

Dövlət Xidmətindən bildirilib ki, verilən göstərişə uyğun olaraq baytarlıq mütəxəssisləri tərəfindən Astara, Lerik, Masallı, Biləsuvar, Yardımlı, Lənkəran və İmişli rayonlarının İran İslam Respublikası ilə sərhəd kəndlərində saxlanılan təsərrüfatlardan 263 baş ev quşunun qan nümunəsi götürülüb. Quşlardan götürülən qan nümunələri Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilməsi üçün göndərilib.

Baytarlıq baxışı keçirilən ərazilərin təsərrüfatlarında isə xəstə və xəstəlikdən tələf olan ev quşlarına təsadüf edilməyib, eləcə də təsərrüfatlarda saxlanılan quşlar arasında hər hansı iti yoluxucu xəstəlik qeydə alınmayıb.

Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, artıq laboratoriyada "quş qripi”nə görə götürülən nümunələrin müayinəsi başa çatıb və onların heç birində "quş qripi” xəstəliyinin törədicisi aşkar edilməyib.

Dövlət Baytarlıq Xidməti aparılan müayinələrin nəticələrinə və keçirilən baytarlıq baxışlarına əsasən bildirir ki, hazırda "quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirləri davam etdirir.




İmza:
SON XƏBƏRLƏR
2019-04-20
2019-04-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Elnur Zeynalovun Qarabağ şikəstəsini bəyəndizmi?

Hə (88.89%)
Yox (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Kərim Kərimli adını çəkmək istəmədiyimiz, eldən ayıbdır, bir dostuna zəng edir:


Xəbərin var,  Paris kilsəsi yanır?

– Harda? 

–Lökbatanda...

– Lökbatanda niyə Paris kilsəsi deyirlər bu mağmınlar?

– Nə bilim addı da... qoyublar... Əsas odur ki, indi yanır...

– Pajarnı gəlməyib görən?

– Niyə gəlməyib? O qədər gəlib ki...

– Lökbatanda kilsə hansı tərəfdəydi?

-- Ə, şəhərə gedən də yolun sağında

 

-- Ə, ora Sədərəkdi, indi adın dəyişib Paris kilsəsi qoyublar ki, fransızların xoşu gəlsin?!

 

- Sənin orda dükanın var? 


- Yox!


- Onda yanır cəhənnəmə yansın, heç mənim də yoxdur.







digər lətifələr
ARXİV
FACEBOOK