adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
13 Aprel 2019 15:23
20606
KRİMİNAL
A- A+

Astara sakinindən silah götürülüb

Astara sakinindən silah götürülüb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Məscidməhəllə kənd sakini, əvvəllər məhkum olunmuş R.Həsənovdan müvafiq sənədləri olmayan, lüləsi və qundağı kəsilmiş "İJ-16” markalı tüfəng və 1 ədəd bıçaq götürülüb.

Faktla bağlı araşdırma aparılır.