adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
13 Aprel 2019 12:27
11008
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: BİGANƏLİK AĞISI...

Yandırmaq istəmədin
Söndü içimdəki nur...
Ruhumun kəfəninə -
Döndü içimdəki nur...

Çəkiləndə tül pərdə
Gül sən düşdüyüm dərdə...
Adın gələn hər yerdə -
Göldü! - içimdəki nur...

Bu eşq sağalmaz bəla
Şam yandır , ya od qala...
Baxıb , düşdüyüm hala -
Güldü içimdəki nur!

Qəm çevrilir yaşmağa
Onu yarıb - aşmağa
Güc qalmayıb daşmağa -
Öldü, içimdəki nur!