adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
12 Aprel 2019 16:42
5151
HADİSƏ
A- A+

Təhsil idarəsi kəllə-beyin travması alan şagirdlə bağlı MƏLUMAT YAYDI

Bakı Şəhər Təhsil İdarəsi 321 nömrəli məktəbdə baş vermiş hadisə ilə bağlı məlumat yayıb.

Qurumdan verilən məlumatda bildirilir ki,aprelin 12-si saat təxminən 11:30 radələrində məktəbin VII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) riyaziyyat dərsində özünü pis hiss edib və yıxılıb. Şagirdin halı pisləşdiyi üçün başı yerə dəyib.

Məlumatda bildirilir i, şagirdin sinif rəhbəri onun doğma xalasıdır. Hadisə olan kimi dərhal valideynə də məlumat verilib.

Məktəbə təcili-tibbi yardım çağırılıb. Şagirdin atası da uşaqla xəstəxanaya gedib. Məktəb rəhbərliyi tərəfindən valideyn ilə əlaqə saxlanılıb, şagirdin halının yaxşı olduğu bildirilib.

BŞTİ-dən bildirilib ki, şagirdin güclü baş ağrıları olduğu üçün valideyn dəfələrlə bununla bağlı həkimə müraciət edib.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək.