adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
12 Aprel 2019 16:32
7768
MƏMLƏKƏT
A- A+

ETSN: Vətəndaşlara 70 mindən çox ağac tingi paylanılıb

"Bu yaz özün bir təbiət yarat" devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara 70 mindən çox ağac tingi paylanılıb.

Bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, ağac tinglərinin paylanması ölkəmizdə yaşıllıqların sayının artırılması, süni meşələrin salınması üçün yaxşı stimuldur:

"İlk dəfə ağac paylama aksiyası ötən ilin payızında təşkil olundu, ictimaiyyət bu aksiyanı böyük maraqla dəstəklədi və fəal iştirakları ilə ağac əkilməsinin təşviqi istiqamətində Nazirlik tərəfindən başladılan yeni bir formanı təqdir etmiş oldu. Bunu nəzərə alaraq aksiyanı yenidən davam etdirməyi qərara aldıq. Sevindirici haldır ki, ölkəmizdə ağacəkmə tədbirləri artıq geniş vüsət alıb və kütləviləşib.

Qeyd edək ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Nazirlik əhalinin sosial rifahına töhfə verən meyvə bağlarının salınmasını prioritet hesab edərək regionlarda əsasən meyvə ağaclarının əkilməsini və paylanmasını təşkil etdi ki, bu da nəticə olaraq meyvə ağaclarının sayının artmasına, ölkədə meyvə bolluğunun yaranmasına gətirib çıxaracaq".