Əbülfət MƏDƏTOĞLU: SÖZ DEYƏN DƏ VAR, “QUŞLAYAN” DA

ƏBÜLFƏT MƏDƏTOĞLU
44008 | 2019-04-14 11:15

Biz Yerüzünə "Ol”la gələndə kim olacağımızı, bizi hansı qədərin gözlədiyini təbii ki,bilmirik. Hətta Ramiz Rövşən demiş, hətta analar bizi aldadıb dünyaya gətirəndədə onlara bəxş etdiyimiz övlad sevincini bəzən acıya, göz yaşına çeviririk... Bəzənözümüz gəlişimizə etiraz edərək asi də oluruq. Hətta intihar edənlər dəolur. Amma heç kim düşünmür ki, bütünbunlar elə bizim qədərimizdi. Biz məhz bu dediklərimin şahidi olmaq, onu həyatakeçirmək üçün doğulmuşuq. Bizə məhz buna görə, "Ol” əmri gəlibdi...

Bəli,biz olduq... fərqlənənlərimiz də, fərdlərimiz də, fədiliyin içində əriyənlərimizdə, bütövlükdə kütlə olanlarımız da. Həyatımız boyu bu qayəni, məqsədi önə çəkdik.İstəyimiz bundan ibarət oldu ki, hamıdan yaxşı yaşayaq, hamıdan üstün olaq vəhamıya meydan oxuyaq. Mən bilirəm ki, özüm qarışıq heç kim nədəsə, hardasa budünyada son sırada yer tutmaq istəməyib. Ona görə də dartışmışıq, vuruşmuşuq. Həttabəzən bir-birimizə qarşı silah da qaldırmışıq. Lakin bütün bunlar alınyazımızdan, qədərimizdən uzağa getməyibdi...

Bax, eləbu günlərdə ciyərparam Atillanın 1 yaşı tamam oldu. Bu münasibətlə məni və bubalaca kişini təbrik edənlər çox oldu. Sağ olsunlar! Amma mən bir şeyi düşünə-düşünəqaldım:

- Görəsən,bu kişini də, yəni Atillanı da bizim yaşadığımız, bizim çəkdiyimiz qədər gözləyir?Yoxsa, onun taleyi adına uyğun yazılıbdı?

Bilirsiniz,bu sual mənə niyə rahatlıq vermədi və elə indi də vermir. Ona görə ki,(inanclara və oxuduqlarıma görə - Ə.M.) adlar qədərin, taleyin müəyyənolunmasında öz təsirini göstərir. Yəni adlar taleləri hardasa tamamlayır. Çoxistərdim ki, bütün övladların və dünyaya gələcək körpələrin adları faydalı, dəyərli,önəmli talelərlə üst-üstə düşsün. Bax, onda yəqin siz də mənimlə razılaşarsınızki, dünya yaşamalı dünya olar. İndi isə işıq gələn yerə barmaq dürtməklədünyanı qaranlığa çəkənlər hər şeyi urvatdan salıb, elə sözü də!..

Hər dəfəovqat yazıma köklənəndə birmənalı şəkildə qərar verirəm ki, ağrılardan,sızıltılardan yazmıyacam, oxucunun ovqatına soğan doğramayacam. Amma sözümütuta bilmirəm. Ona görə ki, ətrafda hər gün qan qaraldan, ürək bulandıran, həttaadamı yaşamaqdan iyrəndirən nələrsə olur. Və bu nələri görməmək üçün gərəkadamlıqdan çıxasan, özünü hansısa bir dördayaqlının yerində təsəvvür eləyəsən.Belə olanda da həmin adamın adının qarşısında bir "E” hərfi də yazılır. İndiyazıq o adamın da halına, "E” hərfinin də...

Bütünbunlar özümə bəraət üçün söylədiyim fikirlər deyil. Ümumiyyətlə, bəraiti də,bağışlama haqqını da kimlər necə verir özləri bilərlər. Amma mənim inancıma görə,Yer üzündə bəraət mümkün deyil. Çünki kimisə qarşısında təmizə çıxmaq bütövlükdəcəmiyyətin, ən vacibi isə Allahın önündə bəraət qazanmaq sayıla bilməz. Bax, bumənada mən hər bir istəyimdə, hər bir arzumda Tanrıdan ürəyimə görə pay verməsinidiləmişəm. Şükürlər olsun ki, o da məni ümidsiz qoymayıb. Bu dünyanın sevgisiniuca tutan, dəyərini bilən ürəyimə bir QADINın sevgisini göndərib. Bax, buna görədə ürəyimdən də razıyam, Allahımdan da. Və:


Bir giləyaşam, qopsam

Yanağındiksinəcək...

Didənbulanacaqdı –

Dodağınisinəcək...


Sıxmakipriklərini

O giləyə ömür ver...

Hələ ogilə üçün –

Qucaq açmayıbdıyer!


Didəndədaşımaqdan

Usanmısanbəlkə sən?!

O yaştutiyə deyil –

Nə dəki, sən bəlgəsən!..


Qəlbinədinclik verən

Hər nədisəözün seç...

Gilənikimdi görən –

Düşünənolmayıb heç...


... Birgilə yaşam, qopsam

Yanağındiksinəcək...

Didən bulanacaqdı–

Dodağınisinəcək...

***

Özümü səbrəkökləmək istəyirəm. Tez-tez açılıb bağlanan qapının səsini bilgisayarınklavyatura səsinin içərisində batırmağa çalışıram. Amma neyləyim ki, gücümçatmır. Çünki qapıya rahatlıq verməyən dədincəlmir, klavyaturada barmaqlarını rəqsetdirən də. Deməli, bu da təklənməyin bir qaydası, bir formasıdı. Mən də həyatımboyu təklənə-təklənə dünyayla dil tapmağa çalışmışam. Doğrudu, bəzən nəinkidil, heç yapışmağa saman çöpü də tapılmayıbdı. Buna baxmayaraq, boğulduğumsudan çıxacağıma ümidimi itirməmişəm. Bilmişəm ki, Tanrıdan üzülməyən kəndiri bəndənə qədər baltalasa da, bir sapı belə qırılmayacaq, kəsilməyəcək... Və buinamın, inancın arxasında dayanan ürəyimə belə məqamlarda həm heyrət etmişəm, həmdə təşəkkür. Ağlıma da ki, öz növbəsində. Siz bunu özünütərif saymayın. Bir dəki, mənim də özümü tərifləməyə az-çox yəqin ki, haqqım çatır. Axı indi zaman dəyişib.Özün-özünü tərifləməsən, təqdim etməsən səninlə eyni otaqda oturub eyni işi görənadam da səni tərifləməyəcək. Dillənib irad bildirmək istəyəndə deyəcək ki, sənözümüzünküsən. Bax, uzun illərdi ki, "SƏNÖZÜMÜZÜNKÜSƏN” deyimi bir şal kimi dolanıb boynuma. Məni isidir, ammadanışmır ki, danışmır... Danışıb heç nə demir. Bu yerdə özümə təsəlli üçündeyirəm ki, əşi, demir heç deməsin! Və...

Deməli,sözün, insanın və bütövlükdə sözün məkanındakı insanın, eləcə də insanın məkanındakısözün dəyəri o vaxt diqqəti çəkir ki, o haqqına deyilmiş olsun. Eşidən də,oxuyan da, dinləyən də həmin sözü anlayışla qarşılasın, onunla razılaşsın. Mən bu fikri xüsusi olaraq ona görəqabardıram ki, özümlə, ürəyimlə bağlı yazdığım sözlərim də, pıçıltılarım da eləözümə qalır, sənin diqqətini çəkmir. Bu da sonda yenə misralara çevrilir. Omisralara ki, onlar sənə ünvanlanır:


Varlığımıunudub

Üzürsənürəyimi...

Şişləyibmanqal üstə -

Düzürsənürəyimi...


Axıtdınson yağışla

Soyuq,ögey baxışla...

Yanıldımsa,bağışla –

Süzürsənürəyimi...


Qaldım dərdinyadında

TapındığımQadınla...

Dodağındaadımla –

Üzürsənürəyimi...


Düşünməkixəyalsan

Sənruhuma əyalsan!

Yaşadarsanbil saysan –

Üzür, sənürəyimi!..

***

Sözümünbir "mustafası” da var, onu deməyə məcburam. Elə düşünməyin ki, "deyilən sözyadigardı” prinsipindən çıxış edirəm. Mən kiməm ki, yadigar söz söyləyim. Osözü nəhənglər, müdriklər, mənsəb sahibləri və bir də pul üstündə oturanlar deyər.Bütün bunlar isə mənə hələki yuxu kimi gəlir. Ona görə "hələki”ni xüsusivurğulayıram ki, dünyanın işini bilmək olmaz. Bir də gördüm ki, oturduğum yerinaltından və yaxud üstündən pul ələndi, neft fontan vurdu. Yəni hər şey Allahınixtiyarındadı. Əgər belə bir şey olarsa, indidən təsəvvür edin ki, mənim dilimdənçıxan, kağıza köçən bütün sözlərim yadigar olacaq. Axı çiynimə bəxtəvərlik quşuqonur!.. Burda yadınıza yəqin ki, toyuqla darı məsələsi də düşər. Olsun! Kimdiyuxuya qadağa qoyan? Onsuz da həyatın qadağaları yetərincədi. Elə bu qadağalaragörə də bəzən səsimi də, sözümü də, pıçıltılarımı da içimdə dəfn eləmişəm. Ammaona sevinmişəm ki, həmin o pıçıltıları da Allahım eşidib. Onun işığını isə səninqəlbinə salıb. Sən bunu bəlkə də ya adi saymısan, ya da hiss etməmisən. Amma mənimdilimdən eşidəndə qəlbimdəkiylə üst-üstə düşməyinə təəccüblənmisən. Elə bilmisənki, könlünü oxuyuram. Əslində isə səsimi ünvanına çatdıran o müqəddəs varlığaminnətdar olmalıyıq – sən də, mən də! İndi isə həmin o minnətdarlıq əlamətlərindənbiri olan duyğularımın ifadəsini təkrar sənə çatdırıram. Bax gör, ürəyimdəkiyləüst-üstə düşəcəkmi?


Sənin varlığındadı

Mənimyaşam payım da...

Məkandarlığındadı –

Çatmayansəs payım da...


Pəncərəyəyaxın dur

Səsimdöyür şüşəni...

Ovutçöldə gecəni –

Əldən, dildəndüşəni...


Sən ilıqtəbəssümü -

Səp səsiminüstünə...

Dönməsinpəncərəndə -

Səsin həsrətbüstünə...


Varlığındakıməni

Baxışlatəqdim edim...

Dayandığınnöqtənin –

Başınadönüm gedim...


***

Və nəhayət...Bütün sözlərin və fikirlərin xoş gələcəyinə zəmanət verə bilmərəm. Çünki indiazad düşüncənin meydanıdı. Hamı söz də deyə bilər, "quşlaya” da bilər. Əsasodur ki, quşlayanda da qartaldan, şahindən bəhs edəsən. Heç olmasa onlarayaraşan nəyisə ortaya qoyasan. Təəssüf ki, indi dəyər vermə ölçüsü tamam dəyişib.Ona görə də hər kəsi öz baxış bucağında nəyi necə gördüyünə soyuqqanlılıqlayanaşaraq demək istəyirəm ki, mən öz sözümü dedim, öz fikirlərimi yazdım. Siz dəöz sözünüzü, öz fikirlərinizi özünüz istədiyiniz kimi deyin, yazın. Sadəcə, eləsöz dilə gətirin ki, onu oxuaynda, dinləyəndə "quşlayıbdı” deməsinlər. Və...

Sözümünbu məqamında ağlımdam gəlib keçən bir istəyi də ifadə etmək niyyətindəyəm. BunuAllahıma etdiyim dua kimi də, yalvarış kimi də qəbul edə bilərsiniz. Təbii ki,seçim haqqı sizindi. Mən yalnız bir söz sahibi kimi ipucu verdim. Burdan beləsiniözünüz müəyyənləşdirin... O ki, qaldı ağlından gəlib keçənə...


Qarşındadayanan mən –

YurdsuzAllah bəndəsi...

Dərdləriminsırası –

Silsilədihəndəsi...


Hansısabir formada

Danışdırsandinəcəm...

Mən heçsəni yormadan –

Öz içiməenəcəm...


Ümidtükdən də nazik

İnamTanrıya qədər...

Etsədə əzik-əzik–

Yaşadırməni kədər...


Yazıb"ol”um, "öl”ümdə

Allahımınbir əli...

Busevginin yolu da –

İrəlidi,irəli!..


Hə, baxbu da ətrafımdakı doğmaların, dostların, xüsusilə dizaynerimiz Şamxal müəlliminvə bilgisayar ulduzumuz Gülər xanımın mənə etdiyi basqıların altında yazdığımbir yazı. Yaxşı ki, nəhəng sənətkar Faiq Qismətoğlu aradabir dadıma yetişirdi.Yoxsa, bu yazının taleyi elə öz taleyimə dönəcəkdi...


TƏQVİM / ARXİV