Torpaq, ya torpaq sahəsi?

İRADƏ TUNCAY
62552 | 2019-04-16 08:47

Bizbu böyük dünyada balaca bir toplumuq. Özümüzü kənar təsirlərdən qorumasaq,topsuz-tüfəngsiz əriyib gedəcəyik, yox olacağıq. Nəsillər arasındakı rabitəniitirsək, mənlik-şəxsiyyət hissini itirsəközümüzü itirəsiyik. Kütləvi şəkildəmütrüfləşirik, qəsəbələrdə böyük bir vətənsiz nəsil yetişir - vecimizə deyil.Söz olub heç nə, vecimizə deyil. Saymadığımız nələr var daha. Millət sənətkarayox, nazirə əyilir, torpağı yox,torpaq sahəsini sevir. Millətin boy-buxunlu, əzələli-güclüoğulları vətəni qorumalıykən müğənnilərə qorumalıq yapır. Bu gün bunlarıanlayıb hər hüceyrəmizdən keçirməsək, sabah heç bir soyqırım-filan olmadansoyumuz qırılacaq.

Nə yediyimiz, içdiyimiz barədə mətbuatda oxuyanda ürəyimiz sıxılır. Belə çıxırki, hər birimiz dükan-bazara gedəndə özümüzlə bir ekspert aparmalıyıq, onunla məsləhətləşməliyik.Bunu alaq, ya almayaq? Bunu yeyək, ya yeməyək? İndi müxtəlif yollarla ölkəyə gətirilənvə bizim üstümüzdə təcrübədən keçirilən dərmanların bizə nə divan tutduğu isəyaxın onilliklərdə bilinəcək, gen, DNT dəyişmələri gedəndə. Onda harayımız haraçatacaq? Bəlkə heç xaricə gedib çata bilməyəcəyik, burda yardım almaq məcburiyyətindəqalacağıq.


Yaşadığım qəsəbə Sovetzamanında salınmış fəhlə qəsəbəsi olub. Hökumət burda məktəb də tikib, uşaqbağçası da, xəstəxana da, təcili yardım stansiyası da. Xəstəxana başqa yerlərənisbətən daha səliqəli, təmiz bir yer idi. Dara düşəndə tez özümüzüçatdırırdıq, iynələrimizi vuran da var idi. İllər öncə xəstəxananın tibb personalınə qədər haray salsa da, hər yerə müraciət eləsələr də çarə olmadı. Qüdrətli bir nazirlik oranı onların əlindən aldı və...Sonunda zərbə qəsəbənin camaatına dəydi. Təcili yardım stansiyasını da eyniüsulla bağladılar. Yaxşı, məntiq hardadı - əhalisi köçüb Bakıda yaşayan bir əyalətşəhərində, bir rayonda böyük diaqnostika mərkəzləri tikib ağzına qıfıl asmaq nədi,işlək durumda olan xəstəxanaları bağlamaq nədi? Səhiyyə nazirimiz bunubilmirmi? Ya o, heç vaxt xəstələnmir, ya da xəstələnəndə Aydan gəlmiş həkimlərmüalicə edirlər onu.

***

İndidə bu uşağın ölümü…

***
Bu ölkəyə vikinqlər ilk dəfə 800-cüillərdə gəliblər, deməli, onlar Avropanın digər dövlətləri ilə müqayisədə gənc sayılabilərlər. Norveç konunqu Harald ölkəni birləşdirəndə çoxları qaçıb buadaya sığınıb.Gənc dövlətolsalar da Avropada ilk parlament də burda yaradılıb – Altinq adlanır.Bizim dilə tərcümə etsək –Milli Məclis demək olar.İlk iclasları Tinqvedlir deyilən vadidə keçirilib. İndi həmin vadi UNESCO-nun qorumasındadır.

Ölkədünyanın ən az əhalisi olan yerlərindəndir.Hamı bir-birini tanıyır, hətta boşanan cütlüklər də münasibətlərinipozmurlar. Çünki ümumi dostlar, tanışlardıətrafları.

Familiyalarıda bizdəki kimi – oğlu, qızı yazılır.

Hamı tanış olduğuna görə evlər qıfıllanmır, maşınaçarları elə üstündə qalır. Hətta uşaqları da arabalarında kafenin, dükanınqarşısında yiyəsiz qoyub rahatlıqla gedəbilirlər. Pijamada gedirlər yaxınlıqdakıdükanlara özü də.

Fınxırıbburun silməyi orqanizmə ziyanlı sayırlar, ona görə də hamı burnun çəkir. Tüpürməyi isə əksinə, ayıb hesab etmirlər. Hətta qadınlar daküçədə hayxırıb tüpürürlər.Buz ölkəsi adlansa da çox soyuq sayılmaz – + 6 dərəcədən aşağı enmir temperatur. Amma qışda qaranlıq olur burda. Dekabrın 21-dəsaat 10:30 da gün çıxır ,16:30 -da isə batır.Günəş işığının yoxluğu Qütb parıltısıilə kompensasiya olunur. Xəstəliklərin qarşısın almaq üçün isə balıq yağı içirlər. ( Uşaqlığım yadıma düşdü, zornan boğazımıza tökürdülər . Bizdə həmişə günəş olsa da).

Bu ölkədə sosialşəbəkələri sevirlər. Demək olar ki,hərkəsin FB-da profili var.Əgəryoxdusa da könüllü olaraq özlərihaqqında bütün məlumatları xüsusi saytda yerləşdirirlər.

Trollaravə elflərə inanırlar burda. Troll təkcə sosialşəbəkədə olmur ki, meşə əfsanələrindədə varlar.


Əhalimehribanlığı ilə seçilir digər avropalılardan .Və sizə xoş münasibətini bildirmək üçün mütləq toxunurlarəlləriylə.

Sarısaçlı qadınlar çoxluqdadı. Saçlarını tündrəngə boyayıb fərqlənmək istəyirlər. İspanlar və italyanlar bu ölkəyə gəlməyi sevirlər. Məhz qadınlara görə. Rahat qadınlardı – easy going deyirlər. Tolerantdılar – müntəzəmolaraq gey-paradlar keçirilir. Biseksualların faizi də yüksəkdi.

Ən sevilən,populyar peşələr – musiqiçi, rəssam, ya dadizaynerdi. Hər ofisiant həm dəyaradıcı sahədə uğur qazanmaq arzusundadı. Hər kəs özü məşğul olur evinindizaynı ilə də, təmiratı ilə də.

BurdaEurovision mahnı müsabiqəsini çox sevirlər.Translyasiya vaxtı ölkə diqqətlə izləyirolub-keçənləri.

Keçənmin il ərzində xalqın dili demək olar ki dəyişməyib. İngilis dilindən yoxa çıxmış hərflər də qalıb, üstəlik əhali vikinqlərdən qalma qədim saqaları orijinaldanoxuyub anlaya bilir. Ümumiyyətlə isə bu ölkədə mütaliə etməyi də sevirlər.Deyilənlərə görə, dünyanın ən çox oxuyan xalqıdılar...

Miqrasiyaazdı – harasa oxumağa gedənlər də mütləq geri qayıdır...

Tunduraya bənzər landşaftı varölkənin. Meşə yoxdu. Amma dünyanın ekoloji təmiz bölgələrindən biridi . Yəqinyanacağın az işlədilməsi iləbağlıdı.Polislərin isə silahı dayoxdu. Yəqin cinayət olmur...

Müntəzəm ordu yoxdu, ölkə büdcəsindən cəmi 0,1 faiz vəsait xərclənir sahil boyu ölkəyə nəzarət edən dəstələrə. Ənsülhsevər ölkə kimi qəbul olunur.

VƏ... 2008-ciildən sonra bu ölkədə McDonalds restoranlarşəbəkəsi yoxdur !!! İndi bu qədər sayıb-sadaladıqlarımdansonra soruşsanız ki, haradı bu Allahın lütfü ölkə ? Deyim də... İslandiyadı, İslandiya...VƏ təsəvvür edin 21-ci əsrin başlanğıcında, Avropanın ortasında bu ölkədəinqilab olur. Amma kimsənin xəbəriolmur. Sərf eləmir axı bu nümunəni kiməsə göstərmək. Hadisələr isə üçkreditor bankın çökməsi iləbaşlayır. İslandiya BVF-yə müraciət edənilk inkişaf etmiş Avropa dövləti olur. Reykyavikdə qarışıqlıq başlayır. Vergilər azaldılır, təqaüdlərartırılır, krediti olanlara vaxt verirlərfilan... Bunun üçün də yenə borca girməklazım olur. Amma prezident veto qoyur buqanuna. Hər şeyi öz axarına buraxmaq qərarı alırlar. Çökən çökür – xalqyeni borca düşməyi qəbul eləmir. Deyirlər kasıb yaşayarıq, amma yeni boyunduruğa girmək istəmirik (xalqa bax da).Referendum yeni borclanmanın əleyhinəçıxır.

Əslindədünyanın aparıcı demokratiya daşıyıcıları olan mətbuatı bu barədə susdu.Görən, niyə KİV insanlara bu barədə məlumat vermədi ? Çünki burdaFAKT – güclərin yox, sadə insanların qələbəsi idi . Əlahəzrətfakt...

Əhali qalxır vəoyuncaq rejimi devirir. Qansız vəzorakılıq olmadan . Yeni Konstitusiya hazırlanır. Əhaliyə sırınmış pul tələsi sındırılır.

2008-ciildə İslandiyanın əsas bankı milliləşdirilir. Ölkənin valyutası krondevalvasiyaya uğrayır – avroya nisbətdə 85%. Ölkə bankrotdu. Əhali narazılığınıbildirmək üçün parlamentin qarşısına toplaşır və başnazir hökumətlə birgə istefaya getməyə məcbur olur. Yeni seçkilər keçirilir. Ancaq vəziyyətgərgindi – yeni parlament də ölkəninBritaniya və Hollandiyaya 15 il müddətində3,5 milyard avro borcunun ödənilməsibarədə qanun qəbul edib. Xalqetirazları davam edir – referendumtələb edirlər. 2010-cu ildə prezident bu qanunublok edir. Referendum keçirilir və borc məsələsi ləğv edilir. Bu arada krizisdə günahkar sayılan yüksək çinli məmurlar vəbankirlər həbs olunur. Hətta İnterpol işəqarışır.

Yeniassambleya çağırılır – 522 namizədin içindən heç bir siyasimənsubiyyəti olmayan 25 vətəndaş seçilir (həmin vətəndaşları ölkənin digər 30 vətəndaşı dəstəkləməsi şərti ilə). Nəzərə alsaqki, İslandiya əhalisi 350 mindi cəmi-cümlətanı,o zaman bu 25 vətəndaşın seçilməsiproblemli olar hər halda. İnternetdə online konstitusiya yazılır. Hətta vətəndaşlar da iştirak edir bu prosesdə. Fikirlərini, təkliflərini yazırlar.İslandiyanı sanksiyalarla hədələyir böyük dövlətlər – insanlar bunu sakit qəbul edir. Nə edəcəksiz bizə – deyirlər? 2 mil zonadan uzaqda balıqtutmaq olmaz? Sahilə yaxın yerlərdədə balıqçoxdu. Həm də bizə balıq tutmağı qadağan eləsəz, Avropada qiymətlər qalxacaq, onlar danarazılıq edəcək.

Turizmgüclənir bu krizisdən sonra... Və ölkəyəəsaslı kömək edir.

İslandiyaiqtisadçıları deyir ki, əslində onların balaca ölkəsi belə durumda olan bütünyerlər üçün nümunədi.Yəni krizisdən belə çıxmaqolarmış. Olarmış təbii.... İstək olsun gərək, oyun göstərmək yox...

Ammabizim mətbuat bu ölkə haqqında gülüncinformasiya buraxdı gündəmə o vaxt. Guya ora gedən kişilərə pul verəcəklərmiş...

Hə, mətbuatdemişkən, dünya mətbuatı bu hadisələrbarədə susmuşdu axı... Öz yazdıqlarınızıqoruyun...

***
Mənəvi böhran iqtisadi böhrandan daha qorxuludu... Məktəb pəncərələrinə vurulacaq barmaqlıqlarkimi...

***
İndi də bu uşağın ölümü...

P.S Biz 10 milyonuq...


TƏQVİM / ARXİV