warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir kadın kuaförü apk indir iptv server hacklink satın al likit Adalet.az | KİM ÇEN IR SOSİALİZM QURA BİLMİR Adalet.az | KİM ÇEN IR SOSİALİZM QURA BİLMİR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

KİM ÇEN IR SOSİALİZM QURA BİLMİR

5238    |   2019-04-14 12:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adalet.az xarici mətbuata istinadən bildirir ki, Koreya Xalq Demokratik Respublikasının başçısı Kim Çen Ir hakim Əmək partiyası Mərkəzi Komitəsinin son plenumunda ölkədə yaranmış son durum haqqında geniş məruzə ilə çıxış edib. O, Amerikanınvə beynəlxalq imperializmin ünvanına ittihamlarla dolu məruzəsində deyib ki, ABŞ prezidenti Donald Trampla ikinci görüşü faktiki olaraq fiaskoya uğradığına görə nə ABŞ özü ölkəyə yönəlik sanksiyaları ləğv edəcək, nə də Çinə imkan verəcək. Odur ki, bundan sonra biz yalnız öz gücümüzə arxalanmalı, bütün daxili resursları səfərbərliyə alaraq sosialist iqtisadiyyatını daha da inkişaf etdirməliyik. "Ölkəmizə qənim kəsilmiş, onu diz çökdürmək istəyən qüvvələri yalnız bu yolla yerində oturda bilərik.”- deyə "dahi rəhbər” bildirib.

Məlumdur ki, həmin görüşdə Şimali Koreyada nüvə silahının ləğvi barədə tərəflər arasında heç bir anlaşma olmadığına görə dövlət başçıları görüşdən sonra nəzərdə tutulan nahar süfrəsində iştirak etməyi belə "unudaraq” hərəsi bir tərəfə üz tutub getmişdi.

Kim Çen Ir plenumdakı çıxışında daha sonra bildirib ki, məhz xarici düşmənlərin mənfur əməlləri sayəsində ölkəmiz hazırkı mərhələdə sosializm quruculuğu yolunda çox böyük çətinliklərlə üzləşib. Xalqımız bu çətinliyin dəf etmək üçün yüksək mütəşəkkillik, cəfakeşlik nümunəsi göstərməli, hətta öz canından keçməyə belə hazır olmalıdır. Çünki böyük məqsədlər böyük qurbanlar tələb edir.

KimÇen Irın plenumdakı məruzəsi ölkə parlamenrinin – Ali Xalq Məclisinin bu gün keçirilən sessiyasında da müzakirə ediləcək. Xatırladaq ki, Şimali Koreya parlamenti beş illiyə seçilir. Hər dairədən tək bir namizəd irəli sürülür və onların hamısı istinasız olaraq 100 faiz səs toplayır. Parlamentin iclası ildə bir dəfə bir gün keçirilir. Son seçkilər isə bu ilin mart ayında keçirilib. Bu seçkilərin bir özəlliyi ondan ibarət olub ki, KXDR- in mövcudluğu ərzində onun başçısı ilk dəfə parlamentin deputatı seçilməyib. Analitiklər bunu yeni şəraitdə sosialist vətənini toparlamaq və yağı düşməni yerində oturtmaq üçün Kim Çen Ira hansısa yeni bir möhtəşəm titul və ya vəzifə veriləcəyi ilə əlaqələndirir.

P.S. Necə də tanış ritorikadır.



İmza:
SON XƏBƏRLƏR
2019-04-24


VİDEO