warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir kadın kuaförü apk indir iptv server hacklink satın al likit Adalet.az | “Azercell” “TİBO-2019” beynəlxalq sərgi-forumunda Adalet.az | “Azercell” “TİBO-2019” beynəlxalq sərgi-forumunda Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

“Azercell” “TİBO-2019” beynəlxalq sərgi-forumunda

2035    |   2019-04-12 10:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azercell” Azərbaycan nümayəndə heyətinin tərkibində Belarus Respublikasının Minsk şəhərində keçirilən 26-cı Telekommunikasiya, Rabitə, Təhlükəsizlik və İnformasiya Texnologiyaları üzrə ixtisaslaşdırılmış beynəlxalq"TİBO-2019” sərgi-forumuna qatılıb. Ölkəmizin dövlət qurumları və özəl şirkətlərinin 15-ə yaxın təmsilçisinin daxil olduğu nümayəndə heyətinə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə rəhbərlik edib.

16 ölkədən 100 şirkətin nümayəndəsinin qatıldığı forum MDB və Baltikyanı ölkələrin ən böyük İKT tədbirlərindən biri hesab olunur. "Azercell” nümayəndələrinin də iştirak etdiyi bu sərgi texniki və biznes imkanlarını genişləndirmək üçün yeni əməkdaşlıqlar qurmaq, ən son texnoloji trendlərin müasir cəmiyyət həyatına sirayət edilməsi mövzusunda maraqlı təcrübələrdən bəhrələnmək baxımından böyük əhəmiyyət kəsb edir.

"TİBO-2019” sərgi-forumunda ölkəmiz Milli Pavilyonla təmsil olunur. Pavilyonda ölkəmizin İKT sahəsində əldə etdiyi nailiyyətlər nümayiş etdirilir. Vurğulamaq istərdik ki, ölkəmizin təmsil olunduğu pavilyon "Ən Yaxşı Stend” kimi təltif edilib.

Rəqəmsal aləmin yeniliklərini abunəçilər üçün əlçatan etməyi hədəfləyən Azercell beynəlxalq təcrübələrdən bəhrələnərək bu istiqamətdə fəaliyyətini daha da təkmilləşdirəcək.

Daha ətraflı məlumat üçünnews@mcs.azünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi vəsərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1%-ni (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8%-ni əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir.

Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim edib.

Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.




İmza:

Azercell-in yeni E-Sim layihəsi ilə nömrələrin simpaketə bağlılığı aradan qaldırılıb

“Nar” NETTY-2019 milli internet mükafatının əsas tərəfdaşı seçildi

“Kaspersky Lab” biznes üçün qorunmanı təkmilləşdirdi

Dünyada ilk: Üç yanacaq növü ilə işləyən avtomobil satışa çıxarılır

Azercell-in sərfəli "Sadə" tarif paketi ilə danışıqlarınıza sərhəd qoymayın!

Bakcell-ə yeni rəhbər təyin olundu

Facebook növbəti dəfə çökdü

“Azercell” “TİBO-2019” beynəlxalq sərgi-forumunda

Bakcell abunəçiləri minlərlə kinoya pulsuz baxmaq imkanı əldə edib

“Azercell” tərəfindən ödənişsiz göz müayinələrinin təşkili davam edir

Azərbaycan nümayəndə heyəti HESTOUREX-2019 sərgisində

Azercell-in dəstəklədiyi startap "Seedstars World" müsabiqəsində

SON XƏBƏRLƏR
2019-04-20
2019-04-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Elnur Zeynalovun Qarabağ şikəstəsini bəyəndizmi?

Hə (88.89%)
Yox (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Kərim Kərimli adını çəkmək istəmədiyimiz, eldən ayıbdır, bir dostuna zəng edir:


Xəbərin var,  Paris kilsəsi yanır?

– Harda? 

–Lökbatanda...

– Lökbatanda niyə Paris kilsəsi deyirlər bu mağmınlar?

– Nə bilim addı da... qoyublar... Əsas odur ki, indi yanır...

– Pajarnı gəlməyib görən?

– Niyə gəlməyib? O qədər gəlib ki...

– Lökbatanda kilsə hansı tərəfdəydi?

-- Ə, şəhərə gedən də yolun sağında

 

-- Ə, ora Sədərəkdi, indi adın dəyişib Paris kilsəsi qoyublar ki, fransızların xoşu gəlsin?!

 

- Sənin orda dükanın var? 


- Yox!


- Onda yanır cəhənnəmə yansın, heç mənim də yoxdur.







digər lətifələr
ARXİV
FACEBOOK