adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 Aprel 2019 16:42
6039
HADİSƏ
A- A+

Quba-Xınalıq yolunda uçqun - Hərəkət dayandı

Bu saatlarda Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən iri qaya parçaları yolun hərəkət hissəsini bağlayıb.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Adalet.az-a verilən məlumata görə, dərhal hadisə yerinə AAYDA-nin əməkdaşları və xüsusi texnika cəlb edilib.

Lakin dağ yamacından qaya parçalarının aşağıya doğru hərəkət etməsi davam etdiyi üçün əraziyə yaxınlaşmaq mümkün olmur.

Sözügedən ərazidə sürüşmə sabitləşən kimi yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi işlərinə başlanılacaq.