deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Adalet.az | VƏTƏN SEVGİSİ İLƏ DÖYÜNƏN ÜRƏK Adalet.az | VƏTƏN SEVGİSİ İLƏ DÖYÜNƏN ÜRƏK Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

VƏTƏN SEVGİSİ İLƏ DÖYÜNƏN ÜRƏK

8677    |   2019-04-11 16:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə bütün sahələrlə yanaşı, diaspor quruculuğunda da əsaslı dönüş baş verdi. Hər bir xarici səfəri zamanı Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb, onların problem və qayğıları ilə maraqlanan Ümummilli Lider həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafeyinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı.

Qısa müddətdən sonra diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunun, milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində diasporun potensialından faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarət idi.

Bu gün Azərbaycanı layiqincə təmsil edən bir çox diaspor təşkilatları ilə yanaşı, sadə azərbaycanlılar da var ki, onlar öz yaxşı əməlləri ilə xalqımızın başını uca edirlər. Haqqında söhbət açmaq istədiyimiz Ağamirzə Mirzəağa oğlu Nuriyev məhz belələrindəndir.

Ağamirzə 1963-cü il dekabrın 14-də Lənkəran rayonunun Xarxatan kəndində anadan olub. Uşaq yaşlarından sərbəstliyə, müstəqilliyə can atıb. Rayondakı kənd təsərrüfatı texnikumunu bitirdikdən sonra ordu sıralarında xidmət edib. Elə həmin vaxtdan da taleyini Ukraynanın Xarkov şəhəri ilə bağlayıb. Artıq o, 30 ildən çoxdur ki, burada yaşayır. 

Müxtəlif dövlət işlərində çalışan A.Nuriyevi bu gün Xarkovda böyük nüfuz sahibi kimi tanıyırlar. "Atam Mirzəağa kişi də istər Lənkəranda, istərsə də Xarkov şəhərində din xadimi kimi yaxşı hörmətə və nüfuza malik olub,-deyə Ağamirzə bildirir.- Atam dünyasını dəyişəndən sonra onun tutduğu yolu mən davam etdirməyə başlamışam. Hazırda Xarkovda fəaliyyət göstərən "İmam Hüseyn” dini –ictimai cəmiyyətin sədri və bu şəhərindəki məscidin rəhbəriyəm”.

A.Nuriyevin rəhbərlik etdiyi məscidə namaz qılmağa gələnlərin sayı günbəgün artır. Dini bayramlarda isə beş yüzə qədər insan bir yerdə ibadət edir. Göstərdiyi xeyriyyəçilik fəaliyyəti də Ağamirzəni böyük hörmət və nüfuz sahibi edib. 

A.Nuriyevlə söhbətdən onu da öyrənirik ki, Ukraynada, o cümlədən Xarkovda diaspor hərəkatı geniş vüsət alıb. Artıq burada milli birliyə nail olunub, bütün qüvvələr soydaşlarımızın bir bayraq altında birləşməsinə səfərbər edilib. Vətənə, torpağa, xalqa böyük məhəbbət bəsləyən Azərbaycanın qeyrətli və təəssübkeş oğulları dost Ukraynada xalqımızın adət-ənənələrini ləyaqətlə qoruyub saxlayır, zəngin mədəniyyətimizlə hamını heyran qoyurlar.

"Biz vaxtaşırı olaraq bir yerə yığışaraq doğma Azərbaycanla bağlı aktual məsələləri müzakirə edir, xüsusilə Qarabağ məsələsindən ətraflı söhbət açaraq erməni daşnaklarının terrorçu millət olmasından, tarix boyu azərbaycanlılara xəyanət toru hörmələrindən danışırıq, - deyə A.Nuriyev sözünə davam edir. – Belə tədbirlərdə ukraynalılar, ruslar, moldovanlar və digər millətlərin nümayəndələri də bizə qoşularaq, xalqımızın başına olmazın müsibətlər gətirmiş namərd qonşularımıza lənətlər yağdırırlar. Həmvətənlərimiz Ulu Öndərimiz Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində torpaqlarımızın tezliklə erməni işqalçılarından azad olunacağına, qaçqın və məcburi köçkünlərimizin doğma yurd yerlərinə qayıdacaqlarına möhkəm inanırlar”.

"Mən işimi əsasən dini sahədə görürəm, məsələn, istər namaz vaxtlarının, istərsə də dini mərasim və bayramların dəqiq tarixlərini yazaraq, hamının gördüyü bir yerdə lövhədən asıram, - deyə Ağamirzə Nuriyev söhbətinə davam edir.- Bizdə heç bir ayrı-seçkilik yoxdur, təriqətindən, inancından asılı olmayaraq hər kəs gəlib məsciddə namaz qılıb, ibadət edə bilir, çünki bura Allahın evidir. Bu məsciddən əlavə mən şəhərin başqa bir ərazisində 150 kv.m sahəsi olan bir mənzil alaraq, onu yüksək səviyyədə təmir etdirib, müsəlman bacı-qardaşlarımıza "İbadət Evi” kimi hədiyyə etmişəm. Orada namaz qılmaq və bəzi dini mərasimlər keçirmək üçün yaxşı şərait yaradılıb. Müsəlman bacı-qardaşlarımızın ibadət etmələri üçün lazımi şərait yaratmaq böyük savabdır”.

Ağamirzə Nuriyevin xeyriyyəçilik fəaliyyəti dəfələrlə Xarkovun mətbuat səhifələrində, Ukrayna televiziya kanallarında işıqlandırılıb. O, dəfələrlə yerli dövlət qurumlarının, ictimai təşkilatların Fəxri fərman, diplom və medalları ilə təltif olunub.Diaspor.info saytının rəhbəri, yazıçı-jurnalist Əlmaniz Ələkbərli A.Nuriyevin həyat və fəaliyyəti barədə sayca özünün beşinci - "Əsrə bərabər ömür" kitabını çap etdirib.

Xarkovda yaşayan azərbaycanlılar deyir ki, Ağamirzə müəllimin xeyriyyəçilik işlərini sadalamaqla bitmir. Belə ki, o, dəfələrlə Azərbaycandan gələn bir çox idmançılara da maddi yardım edərək, onların yarışlara qatılmalarına şərait yaradıb.

Bəli, ürəyi daim Vətən sevgisi ilə döyünən belə bir həmyerliyə görə adam qürur hissi duyur. İnanırıq ki, öz əxlaqı, tərbiyəsi və xeyriyyəçiliyi ilə bir çoxlarına nümunə olan Ağamirzə Nuriyev bundan sonra da canından artıq sevdiyi doğma Azərbaycana başucalığı gətirəcək.

Ağaddin BABAYEV,

yazıçı-jurnalist.

Lənkəran




İmza:
SON XƏBƏRLƏR
2019-07-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK