warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir kadın kuaförü apk indir iptv server hacklink satın al likit Adalet.az | Orta ümumtəhsil məktəblərində ilahiyyat dərslərinin keçirilməməsinin yol açdığı faciələr Adalet.az | Orta ümumtəhsil məktəblərində ilahiyyat dərslərinin keçirilməməsinin yol açdığı faciələr Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Orta ümumtəhsil məktəblərində ilahiyyat dərslərinin keçirilməməsinin yol açdığı faciələr

5945    |   2019-04-11 16:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son zamanlar əks-səda doğuran məktəblinin intiharı hadisəsi bir vətəndaş, cəmiyyətin bir üzvü kimi, bir qadın və ən nəhayət bir ana kimi məni dərindən sarsıtdı. Sosial şəbəkələrdə, mediada bu barədə gedən yazılar və video görüntülər psixi tarazlığımı pozdu desəm, az olar. Hər bir informasiyanın zəncirvari reaksiyasını nəzərə alsaq bütün sosial təbəqələrdə rezonans doğuran bu hadisəyə verilən təpkilər, ziyalıların və incəsənət xadimlərinin çıxışları cəmiyyətdə qınaq adlı məfhumun hələ də yox olmadığının göstəricisi oldu. İnformasiya ilə işləyən bir mütəxəssis kimi bunun nə dərəcədə təhlükəli olduğunu anladığımdan məsələnin bir də başqa tərəfini düşünəndə daha da təlaşlanmağa və narahat olmağa başladım. Bu, həmin məktəblinin yaşıdlarının və hətta bütün məktəblilərin rahatlıqla və maneəsiz şəkildə bu hadisə barədə məlumatlara sahib olmaları idi. Halbuki, həmin hadisə başqa bir uşağı da belə hərəkətlərə sövq edə bilər və təəssüflər olsun ki, edir də. Bu hadisədə məsələnin mənəvi tərəfi, hüquqi tərəfindən daha çox narahatlıq doğurmalıdır. Çünki, hüquq mühafizə orqanlarının işinə, ədalətin öz yerini tutacağına zərrə qədər də şübhəm yoxdur. Lakin mənəvi aşınma və laxlamaların qarşısını heç bir qüvvə ala bilməyəcək. Bu təhlükəli proses sürətlə və arası kəsilmədən baş verir. Gün gündən artan mənfi halların, üstəlik əxlaqsızlıqların cəmiyyətin çox gənc təbəqəsini daha tez məhv etməsi, xarakerlərdə mənəviyyatın tərbiyəsinin məhz orta məktəblərdə təhsil vasitəsilə ötürülməsini labüd hala çevirir. XVII əsr Fransa maarifçiliyinin görkəmli nümayəndəsi, şair, publisist, tarixçi, insan hüquqları müdafiəçisi Volter demişdir: "Tanrıolmasaydı belə, onu uydurmaq lazım gələrdi.” Bu fikir dərin mətləblədən xəbər verir və insanı düşünməyə vadar edir.

Ailələr müxtəlif mədəniyyətə, tərbiyəyə və əqidəyə malik ola bilərlər. Lakin uşaqlara məktəbdə ilahiyyat dərslərinin tədrisi, problemli yeniyetmə ruhunun sakitləşəcəyi və hadisələri daha müstəqil şəkildə, şüurlu surətdə analiz edib həll edə biləcəyini güman etməyə əsas verir. Yeniyetmələrin psixoloqlara güvənsizliyi və bəzən açıla bilməmək problemi onlarda ilahi sözə və humanist ideyalara aclıq hissini yatıra və çox yaxşı təsir göstərə bilər. Bundan başqa məktəbdə din dərslərinin tədris olunması gələcəkdə radikal düşüncəli gəncliyin yetişməsinin də qarşısını alar və beləliklə, cəmiyyəti ikinci bir bəladan xilas edə bilər. Bu qətiyyən o demək deyil ki, ilahiyyat dərsləri hətta fakültativ tədris olunsa belə uşaqlarda mövhumat və xürafat yaradacaq. Xeyr! Əksinə, bu dərslər onlarda ən gözəl, ali hisslərə məhəbbət, ancaq və ancaq gözəl xüsusiyyətlər tərbiyə edəcəkdir. Hər halda intiharın qətiyyən yolverilməz bir hərəkət olması və ilahi düşüncələr vasitəsilə bütün neqativ hallardan azad olmağın mümkünlüyü barədə maarifləndirici bilgi ötürəcəyi şübhəsizdir.

Uşaq əsaslı tərbiyəni məktəbdə alır, fərddən şəxsiyyətə çevrilməyə başlayır. Məktəb müxtəlif temperament və əqidəyə malik olan valideynlərin bəlkə də haradasa buraxdığı səhvi düzəltmək və onlarda düzgün yolu seçmək kimi şüur formalaşdırır. Ona görə də müəllim həm pedaqoq və həm də psixoloq olmazdan daha əvvəl müqəddəs varlıq olmalı, hər halda bunun üçün çalışmalıdır. İlk növbədə bilik və savaddan daha çox ilahiyyatın tələb etdiyi xüsusiyyətləri özündə tərbiyə edib onu yetişən gəncliyə ötürməlidir. 70 il ateist ideologiyası ilə tərbiyə alan, daha sonra da düz əməlli dini biliklərə yiyələnə bilməyən cəmiyyətdə faciələr qaçılmazdır. Din ilk öncə əxlaqdır, mədəniyyətdir, insansevərlikdir, mənəvi paklıqdır. İlahiyyat fənni – başqa sözlə sxolastika elmi, təməl dini biliklərin tədrisi baxımından mütləq şəkildə tədris olunması gərəkən fəndir. Ümid edirəm ki, aidiyyatı qurumlar bu məsələyə diqqət ayırar və cəmiyyəti belə bəlalardan xilas edərlər. Bəşəriyyəti ilk növbədə yalnız düzgün mənəviyyat və əxlaq paklaşdıra bilər. Mövzunun geniş və mübahisəli olduğunu bilir və hər bir vətən övladını düşünməyə dəvət edirəm.

Mehriban Cəfərova




İmza:

Ölkə ərazidində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

"Sənsizliyimin bu 8 ilində səni 8 saniyə də olsun unuda bilmədim" - İkinci ömür...

Balaxanı tullantı poliqonunda yaşıllaşdırma aksiyası keçirilib - FOTO

Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb

Tütündən istifadə edən sürücülər cərimələnəcək - YOL POLİSİNDƏN XƏBƏRDARLIQ

TANRI SƏNİ QORUSUN, QIZIM!

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı

İsmayıllıya qar yağıb - Foto

Pirallahıda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb

Bakı-Sumqayıt qatarının hərəkət qrafiki dəyişdirilir

Ermənilər işğal altındakı torpaqlarımızda altı kiçik su elektrik stansiyası tikirlər

UZAĞI ON BEŞ SUTKADIR DANA

SON XƏBƏRLƏR
2019-04-20
2019-04-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Elnur Zeynalovun Qarabağ şikəstəsini bəyəndizmi?

Hə (88.89%)
Yox (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Kərim Kərimli adını çəkmək istəmədiyimiz, eldən ayıbdır, bir dostuna zəng edir:


Xəbərin var,  Paris kilsəsi yanır?

– Harda? 

–Lökbatanda...

– Lökbatanda niyə Paris kilsəsi deyirlər bu mağmınlar?

– Nə bilim addı da... qoyublar... Əsas odur ki, indi yanır...

– Pajarnı gəlməyib görən?

– Niyə gəlməyib? O qədər gəlib ki...

– Lökbatanda kilsə hansı tərəfdəydi?

-- Ə, şəhərə gedən də yolun sağında

 

-- Ə, ora Sədərəkdi, indi adın dəyişib Paris kilsəsi qoyublar ki, fransızların xoşu gəlsin?!

 

- Sənin orda dükanın var? 


- Yox!


- Onda yanır cəhənnəmə yansın, heç mənim də yoxdur.







digər lətifələr
ARXİV
FACEBOOK