warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir kadın kuaförü apk indir iptv server hacklink satın al likit Adalet.az | İ.Şıxlının "Dəli Kür" romanında ənənə və novatorluq Adalet.az | İ.Şıxlının "Dəli Kür" romanında ənənə və novatorluq Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / Layihə

İ.Şıxlının "Dəli Kür" romanında ənənə və novatorluq

1255    |   2019-04-11 15:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən sayımızda)

M.Şoloxov "Sakit Don" romanında isə Mitka kübar ailədən olan Lizanı balıq tutmaq adıyla aldadaraq onu qayığa mindirib Don çayının o biri sahilinə aparır... Onlar geri dönəndə bütün kənd bu hadisədən xəbər tutur... Ara sakitləşəndən sonra Mitka, Lizagilə gələrək onun atasına deyir: "Gəldim ki, ... bəlkə Lizanı mənə verəsiniz." Bu sözləri eşidən ata:" İtil burdan! İt oğlu, it!... Al-çaq!..." Mitka təmkinini pozmadan deyir: "İxtiyar sahibisiniz, Sergey Platonoviç, özünüz bilərsiniz... Belə bir qız indi kimə lazımdır? Mən dedim bədnam olmasın. Yoxsa, dişlənmiş tikə kimə lazımdır? Dişlənmiş tikəni it də yemir?..."

Yaxud, "Sakit Don" da Aksinya ərindən gizli Qriqori Melexovla görüşür. Bundan xəbər tutan əri öz arvadını möhkəm cəzalandırır. Ancaq Aksinya tutduğu əməldən əl çəkmir. İş o yerə gəlib çatır ki, o öz ərini atıb, Qriqori ilə qeyri-qanuni yaşayır. Qeyd etmək lazımdır ki, Aksinya həm gözəldir, cazibədardır, həm də cəsarətlidir, məğrurdur. O, hər cür çətinliyə qatlaşan fədakar bir qadındır. Buna görə də o öz xoşbəxtliyi və məhəbbəti uğrunda sona qədər mübarizə aparır. Nəhayət, əsərin sonunda öz sevgisinin qurbanı olur.

Amma Aksinyadan fərqli olaraq Mələk xanım passivdir, onun əlində heç bir ixtiyarı yoxdur. Öz hüquqlarını nəinki tələb etmir, əksinə düşdüyü şəraitlə barışır. O, Azərbaycan qadınlarına xas olan köhnə feodal-patrialxal adət-ənənələrinə boyun əyərək dörd divar arasında ömür-gün "çürüdür". Ərindən icazəsiz bir addım belə kənara ata bilmir. Bununla belə hər iki əsərdə ailə-məişət problemi geniş şəkildə öz bədii əksini tapmışdır.

Bu romanlardakı ideya- estetik meyilləri dəyərləndirən tənqitçi alim T.Salamoğlu T.Hüseynoğlunun fikirlərini əsas tutaraq yazır: "Sakit Don" romanında olduğu kimi, "Dəli Kür" də əks etdirilən məsələlər epoxal səciyyə daşıyır. Bu əsərdə xalq taleyinin bədii inikası və xalq xarakterinin canlandırılmasında milliliklə sinfiliyin əlaqə və tənasübü məsələsinə bədii-estetik baxışın təzəliyi diqqəti cəlb edir."

İndi isə biz İ.Şıxlının "Dəli Kür" romanında Cahandar ağa obrazı ilə L.Tolstoyun "Anna Karenina" romanında təsvir olunmuş gənc mülkədar Levin obrazlarının birlikdə müqayisəli təhlilini verməyə çalışacağıq. Lakin bu obrazların təhlilinə keçməzdən ilk öncə Cahandar ağa obrazı haqqında bir qədər müfəssəl məlumat verməyi lazımı bildik.

"Dəli Kür" romanında təsvir olunan Cahandar ağa özündən razı, mürəkkəb xarakterə malik bitkin bir obrazdır. O, feodal-patriarxal mühitində yaşayıb, fəaliyyət göstərən harın bir mülkədardır. Özünü kənddə hamıdan üstün tutan, heç kimin qabağında baş əyməyən təkəbbürlü bir bəydir. Kənddə çoxlu pay torpağlarına, çəmənliklərə, meşəliyə, qoruq sahəsinə malik bir ağadır. O, mənsub olduğu istirmarçı sinifdən, qəddarlıq, şöhrətpərəstlik, mənəm-mənəmlik kimi bir çox sifətləri mənimsəyə bilmişdir. Oğlu Şamxalın yoxsul Qocanın qızı ilə evləndiyini eşidəndə hirsindən cilov gəmirir, gözlərinə qan sığır: "Üç gün, üç gecə ağzı üstdə yatır", hirsindən ağlayır, "iri cod barmaqları ilə gəbənin ilgəklərini didib tökür", Qoca gəmiçi ilə qohumluğunu şəninə sığışdırmır. Mələk xanım bu işə qarışmasaydı, bəlkə də əli oğul qanına batmış olardı.

Cahandar ağa samanlığın üstündə oturub Əşrəflə söhbət edərkən oğlu ona deyir: "Gərək bizə kömək edəsən". "Bilirsən, ata, padşahın əmri var, kəndlərin çoxunda məktəb açılacaq, kəndçi uşaqları oxuyacaq." "Kənddə səndən varlı adam varmı?" "Olmaz öz torpağlarımızdan bir az kasıblara verək...?" Bu sözlər Cahandar ağanı özündən çıxarır. O, fikirləşir ki, "Uşağın başı xarab olub nədir...? Necə yəni kasıblara torpaq payla, məktəb tikdir, bunlar mənim nəyimə lazımdır?" Bəs Levin? Axı o da kənddə mülkədardır, onun da geniş torpaq sahələri var. Ancaq Cahandar ağadan fərqli olaraq o öz təsərrüfatını bacarıqla idarə edir. Hətta ot çalımı zamanı mujiklərə qoşulub onlarla birlikdə dəryazla ot çalır, onları ruhlandırır. Ancaq bunların hamsı gözdən pərdə asmaqdan başqa bir şey deyildir. Qardaşı Nikolay şəhərdən kəndə gələrkən kəndlilərin acınacaqlı vəziyyətdə yaşadığının şahidi olur. O, qardaşına məsləhət görür ki, kənddə tibb məntəqəsi, məktəb, aptek açsın. Levin isə bütün bunların hamısını cəfəngiyyat adlandırıb: "Məktəb mənim nəyimə lazımdır?" -deyir. Qardaşı Nikolayın "təhsilin xalq üçün xeyirli olduğunu qəbul edirsən, ya yox?" - sualına Levin belə cavab verir: "Mən hələ bunun yaxşı bir iş olduğunu təsdiq etmirəm."

O, belə düşünürdü ki, kəndlilər savadlansalar ağalara amansız divan tutar, onların var-yoxunu talan edərlər. Pay torpaqlarına gəldikdə isə bu torpaqların kəndlilərə verilməsinin qəti əleyhinədir. Ancaq o, üzdə özünü "mujiklərin" himayədarı kimi göstərir. Levinin belə mövqe tutmasını qardaşı Nikolay haqlı olaraq tənqid edir: "Sən bir şey qurmaq istəmirsən, sən sadəcə özünü bütün həyatın boyu olduğu kimi orijinal göstərmək istəyirsən. Özünü elə göstərirsən ki, guya mujikləri istismar etmirsən..."

Maraqlı burasındadır ki, feodal-patriarxal adətlərinə öyrəşmiş kəndə heç kim maarif işığı gətirmək istəmir. Hətta Levinin dostu Svijayiski ona məsləhət görüb deyəndə ki, "Xalqı maarifləndirmək üçün üç şey lazımdır: məktəb, məktəb və yenə də məktəb!..." Buna cavab olaraq Levin deyir: "Rus mujiki donuz kimi bir şeydir. O ancaq murdar şeyləri sevir..."

Göründüyü kimi hər iki yazıçı heç bir hüququ olmayan yoxsul kəndliləri müdafiə edirdi. Ölkənin bütün sərvətləri, torpaqları, meşələri, otlaq sahələri onlara məxsusdur. Kəndlilər üçün qanun ancaq mülkədarların şəxsi idarəsi idi. Mülkədarlar feodal-natriarxal mühitində yaşayan kəndlilərlə istədikləri kimi rəftar edirdilər. İ.Şıxlıdan fərqli olaraq Tolstoyun orijinallığı ondan ibarət idi ki, o köləliyi ümumbəşəri səviyyəyə qaldıra bilmişdir.

"Dəli Kür"ün ən böyük nailiyyətlərindən biri Azərbaycan xalq maarifinin inkişafında, müəllim kadrlarının yetişməsində Qori seminariyasının tarixi rolunu, misilsiz xidmətlərini önə çəkməsidir. Azərbaycanın bir çox ictimai xadimləri, qabaqcıl maarifçiləri Qori müəllimlər seminariyasının yetirmələri arasından çıxmışdır. Əlbəttə, bu işdə Aleksandr Osipoviç Çernyayevskinin xidmətləri danılmazdır. İ. Şıxlı ilk dəfə olaraq bu fədakar maarifçinin parlaq obrazını ədəbiyyatımıza gətirməklə onun əvəzsiz xidmətlərindən söhbət açır. O rus Əhmədin şagirdlərinin dəftərlərini görəndə ürəkdən sevinir. Heç bir xəbərdarlığa baxmayaraq, Molla Sadığın yanına gedir. İlk öncə çağırılmamış qonaqları fanatik kütə qarşılayır. Lakin Cahandar ağanın: "Qonağa əl qaldırmazlar" - deyərək işə qarışması coşmuş ehtirasları sakitləşdirir. Zəmanənin getikcə dəyişdiyini görən Cahandar ağa özünə bir söykənəcək, dayaq axtarmaq məqsədilə oğlu Əşrəfin Qori seminariyasında oxumağa getməsinə razılıq verir: "O fikirləşir ki, oxumağı yaxşıdır. Qoy lap böyüsün divan-dərə ilə yaxın olsun. Deyəsən, indiki zamanda bir yanını hökümətə söykəməsən iş keçməyəcək. Bəlkə elə Əşrəfin özünü pristavdan-zaddan qoydular. Onda həndəvərimə heç kim hərlənə bilməz."

Yazıçı Qori seminariyanın direktoru Semyanovu, Kirianini və Çernyayevskini bir müəllim kimi qəlbən sevir, onları müdafiə edir. Aleksandr Osinoviçin müsəlman tələbələri üçün yazdığı "Vətən dili" dərsliyini ürəkdən alqışlayır. İ. Şıxlı novator bir yazıçı kimi ədəbiyyatımızın ən yaxşı ənənələrini davam etdirərək müxtəlif millətlərdən olan sadə adamların bir-biri ilə qırılmaz tellərlə bağlı olan əbədi dostluğunu da bədii boyalarla təsvir etmişdir.

Böyük sənətkarımız M. İbrahimov "Pərvanə" romanında bir daha yenidən, bu mövzuya toxunaraq Qori seminariyasında təhsil alan müxtəlif millətlərin nümayəndələrindən olan tələbələrin bir araya gəlməsindən, vahid bir amal uğrunda mübarizə aparmasında ətrafı söhbət açır.

N. Nərimanov Qori seminariyasına oxumağa gələndə nəinki Aleksandr Osipovicin, eyni zamanda seminariyada çalışan bütün tərəqqipərvər pedaqoqların ən sevimli tələbələrindən biri idi. İti zehinə, möhkəm yaddaşa malik olan bu istedadlı tələbə öz mehribanlığı, alicənablığı , xeyirxahlığı və səmimiliyilə bütün tələbələrin sevimlisinə çevrilir.

(ardı növbəti sayımızda)

Vəliyulla Novruz




İmza:

ŞAHNİGAR XANIMIN YAŞAMAQ ÜMİDİ, YAXUD YAŞANMAMIŞ MƏHƏBBƏT

ŞAHNİGAR XANIMIN YAŞAMAQ ÜMİDİ, YAXUD YAŞANMAMIŞ MƏHƏBBƏT

ŞAHNİGAR XANIMIN YAŞAMAQ ÜMİDİ, YAXUD YAŞANMAMIŞ MƏHƏBBƏT

İ.Şıxlının "Dəli Kür" romanında ənənə və novatorluq

İ.Şıxlının "Dəli Kür" romanında ənənə və novatorluq

İ.Şıxlının "Dəli Kür" romanında ənənə və novatorluq

İ.Şıxlının "Dəli Kür" romanında ənənə və novatorluq

Türk sufi triadası - Şeyx Əhməd Yəsəvi, Yunis İmrə, İmadəddin Nəsimi

Türk sufi triadası - Şeyx Əhməd Yəsəvi, Yunis İmrə, İmadəddin Nəsimi

Türk sufi triadası - Şeyx Əhməd Yəsəvi, Yunis İmrə, İmadəddin Nəsimi

Türk sufi triadası - Şeyx Əhməd Yəsəvi, Yunis İmrə, İmadəddin Nəsimi

Ağac kötüklərində dərs keçən müəllim... - DƏRS OTAĞI

SON XƏBƏRLƏR
2019-04-20
2019-04-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Elnur Zeynalovun Qarabağ şikəstəsini bəyəndizmi?

Hə (88.89%)
Yox (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Kərim Kərimli adını çəkmək istəmədiyimiz, eldən ayıbdır, bir dostuna zəng edir:


Xəbərin var,  Paris kilsəsi yanır?

– Harda? 

–Lökbatanda...

– Lökbatanda niyə Paris kilsəsi deyirlər bu mağmınlar?

– Nə bilim addı da... qoyublar... Əsas odur ki, indi yanır...

– Pajarnı gəlməyib görən?

– Niyə gəlməyib? O qədər gəlib ki...

– Lökbatanda kilsə hansı tərəfdəydi?

-- Ə, şəhərə gedən də yolun sağında

 

-- Ə, ora Sədərəkdi, indi adın dəyişib Paris kilsəsi qoyublar ki, fransızların xoşu gəlsin?!

 

- Sənin orda dükanın var? 


- Yox!


- Onda yanır cəhənnəmə yansın, heç mənim də yoxdur.







digər lətifələr
ARXİV
FACEBOOK