adalet.az header logo
  • Bakı 20°C
11 Aprel 2019 13:28
134308
AVTOMABİL
A- A+

YOL POLİSİNİN BU QƏRARI TƏQDİRƏLAYİQDİR

Son zamanlar şəhərdə arxa şüşələrinə dövlət gerbi vurulmuş avtomobillərə tez-tez rast gəlmək olur. Eləcə də arxa şüşələrinə və ya maşınlarının üstünə Azərbaycan bayrağının şəkillərini çəkdirənlər də az deyil.

Milli Məclisdə Bayraq və Gerb haqqında qanun qəbul olunub. Bu qanunda bayraq harda asıla bilər, necə asıla bilər və ya gerb hansı dövlət təşkilatlarının, belə demək mümkünsə, alnına vurula bilər. Yəni hər kəs bu müqəddəs rəmzlərlə istədiyi kimi davrana bilməz. Eləcə də bəzi özəl qəzetlər dövlət gerbini loqotiplərinə vururlar.

İndi Dövlət Yol Polisi reydlər keçirir və avtomobillərin şüşələrinə vurulmuş gerbi və bayraqları sökdürür. Baxıram ki, sosial şəbəkələrdə və müəyyən saytlarda buna etiraz edirlər. Mən bir vaxt bir köşə yazmışdım: «Dövlət bayrağı nənənin cehizlik xalçası deyil, istədiyin yerdə və istədiyin kimi asasan». Yenə bu fikrimdə israrlıyam.

Və Dövlət Yol Polisinin bu qərarını təqdir edirəm.