adalet.az header logo
  • Bakı 20°C
11 Aprel 2019 11:56
57503
HÜQUQ
A- A+

Anar Bağırov: "Vəkillər Kollegiyası ədalət mühakiməsinin təmin olunmasına..."

Azərbaycan dünyada az ölkələrdəndir ki, Vəkillər Kollegiyası Məhkəmə-Hüquq Şurasında təmsil olunur.

Adalet.az xəbər verir ki, bunu Trend-ə bir neçə gün öncə Məhkəmə-Hüquq Şurasına üzv seçilən, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, bu, ölkədə vəkillərə verilən dəyərdir: "Əslində bu gün vəkillər məhkəmə-hüquq sistemində çox mühüm rola malikdir. Çünki ədalət mühakiməsi güclü vəkilsiz mümkün deyil. Vəkillər Kollegiyasının nümayəndəsinin Məhkəmə-Hüquq Şurasında təmsil olunması ilk növbədə vəkillərin bu islahatlarda iştirakı deməkdir. Eyni zamanda bu, mövcud problemlərin aradan qaldırılmasına kömək edəcək. Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri çox genişdir. Vəkillər Kollegiyasının Məhkəmə-Hüquq Şurasında təmsil olunması həm vəkillərin nüfuzunu artırır, həm də məhkəmə hakimiyyətinin idarə edilməsi üçün də çox əhəmiyyətli və vacibdir".

A.Bağırov əlavə edib ki, Vəkillər Kollegiyası Məhkəmə Hüquq-Şurasında təmsil olunmaqla ədalət mühakiməsinin yüksək standartlarla təmin olunmasdına öz töhfəsini verəcək".