adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Aprel 2019 10:47
6767
GÜNDƏM
A- A+

Ukraynadakı Azərbaycan diasporu birləşdi

Ukraynada Azərbaycan diasporunun birləşməsi rəsmən təsdiqlənib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, bir çox təşkilatların təmsil olunduğu Ukrayna Azərbaycanlıları Radası (RAU) bu ölkənin Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib.

"Bir neçə gün sonra Kiyevdə RAU-nun təsis qurultayı olacaq. Qurultayda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edəcək".