adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Aprel 2019 10:35
14084
ELM VƏ TƏHSİL
A- A+

UNEC-in gənc müəllimi Nord Universitetində elmi tədqiqat aparır

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) gənc müəllimi Norveç krallığının Nord Universitetində elmi tədqiqat aparmaq üçün dəvət alıb.

UNEC-in SABAH mərkəzinin rəhbərinin müavini, "Beynəlxalq iqtisadiyyat” kafedrasının müəllimi Rövşən Camalov Nord Universitetinin Biznes Məktəbində 3 ay müddətində elmi tədqiqat aparacaq. UNEC-in gənc müəllimi resurs ölkələrinin, xüsusilə də neft və qaz resursları ilə zəngin ölkələrin iqtisadiyyatını araşdıracaq.