adalet.az header logo
  • Bakı 21°C
11 Aprel 2019 10:00
18130
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlu nəvəsindən yazdı: Atilla

Atilla Babəkoğlu, bu gün sənin 1 yaşın tamam olur.

Evimə, ailəmə gəlişinlə nəslimizin davamçısı missiyasını öz üzərinə götürdün, sevincimizə sevinc qatdın.

İnamımızı, ümidimizi artırdın. Ona görə də sözümü birbaşa özünə deyirəm:

- Özünə, adına, ailənə, millətinə layiq ol! Tanrı səni qorusun!

Sənin ad gününü bütün ailəmiz adından baban "Atilla" şeiri ilə təbrik edir.


Sən babanın varlığı,

Tanrıdan nəvə payım!

İşıq tək qaranlığı-

Yaran səsim, harayım -

Atilla!


Həyatımın mənası,

Ürəyimin təpəri...

Sevinci, həm səfası

Oldun düşmən çəpəri -

Atilla!


Qolumdakı güc də sən,

Sözümdəki kəsər də!

Nəvələrdən güclüsən

Tanrım yazan əsərdə -

Atilla!


Səsimi göydə tutub

Gülümsəyirsən mənə...

Ağrıları unudub

Ümidim! - dedim sənə -

Atilla!


Böyü, güvəncim, gücüm,

Böyü, doğrult adını,

Gerçəkləşdir sevincin,

Uğurların dadını -

Atilla!