adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
10 Aprel 2019 17:55
12209
ƏDƏBİYYAT
A- A+

Nobel ödülü almağa layiq şair

"Bu gün Vaqif Bayatlını çox sevən, dəyərləndirən həddən artıq böyük bir gənclər ordusu var və onu dəstəkləyən bütün insanlara təşəkkür edirəm”


Bir neçə müddətdir ki, beynindən əməliyyat keçirən şair Vaqif Bayatlıdan xəbər var.

Bu haqda Moderator.az-a şairin həyat yoldaşı Tamam Bayatlı məlumat verib. T.Bayatlı bildirib ki, şair beynindən əməliyyat edildikdən sonra ikinci bir əməliyyatı da ürəyində aparılacaq. Bunun üçün isə həkimlər şairin sağalmasını gözləyirlər:

"Vaqif müəllim bildiyiniz kimi çoxdan xəstədi, beynindən əməlliyyat olunub. İndi də ürəyindən əməliyyat olunmalıdır. Türkiyəli həkimlər isə gözləyirlər ki, beyni sağalsın və ürəyini də əməliyyat etsinlər. Hələ ki, evdən heç yerə çıxa bilmir və özünü yaxşı hiss edəndə yaradıcılıqla da məşğul olur. O, cəmiyyət içinə çıxmır, televiziyalarda görünmür mən də ona qulluq etməklə məşğulam”.

T.Bayatlı Vaqif Bayatlının xalq şairi adı alması məsələsinə də münasibət bildirib və adları çəkilən hər üç şəxsin Azərbaycanın böyük şairləri olduğunu bildirib:

"Hesab edirəm ki, Ramiz Rövşən, Musa Yaqub və Vaqif Bayatlı Azərbaycanın böyük şairləridir. Bir oxucu kimi onların poeziyasıyla da tanışam və bunu çox yüksək qiymətləndirirəm. Amma Vaqif müəllimin həyat yoldaşı olduğum üçün poeziyasına daha dərindən bələd olan bir adam kimi düşünürəm ki, onun poeziyası dünya miqyasında düzgün təqdim olunarsa, o, Nobel ödülü almağa layiq şairdir. Hər bir millət belə bir poeziya nümayəndəsinin olmasıyla böyük qürur duyar və fəxr edərdi. Bu gün Vaqif Bayatlını çox sevən, dəyərləndirən həddən artıq böyük bir gənclər ordusu var və onu dəstəkləyən bütün insanlara təşəkkür edirəm”.