adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Aprel 2019 18:29
13553
DÜNYA
A- A+

Daha bir prezident istefaya gedir

Sudan Prezidenti Ömər əl Bəşir ölkədəki kütləvi aksiyalar fonunda istefasını elan edə bilər.

Adalet.az xəbər verir ki, bu məlumatı "Kommersant” qəzeti yayıb.

Qeyd edək ki, bundan öncə Sudanda hərbi çevriliş olması barədə xəbər yayılıb. Lakin bu informasiyanı sonradan ölkə parlamentinin spikeri İbrahim Əhməd Ömər təkzib edib.

Sudanda etirazlar keçən ilin dekabrında başlayıb. Buna səbəb hökumətin çörək qiymətlərini 3 dəfə qaldırması və subsidiyaları azaltması olub. Etirazların kütləviləşməsindən sonra Ömər əl Bəşir hökuməti və bütün vilayətlərin rəhbərlərini istefaya göndərib. Bununla bərabər, ölkədə iqtisadi böhrandan çıxmaq üçün fövqəladə vəziyyət elan edilib.