adalet.az header logo
  • Bakı 18°C
10 Aprel 2019 15:24
29012
MƏDƏNİYYƏT
A- A+

Sözləri dəyişdirilən “Qarabağ şikəstəsi”ni uğursuz hesab edirəm - SORĞU

Xəbər verdiyimiz kimi tanınmış xanəndə, əməkdar artist, Akademik Opera və Balet Teatrının solisti Elnur Zeynalov bu günlərdə maraqlı bir yeniliyə imza atıb, "Qarabağ şikəstəsi”nin mətnində müəyyən dəyişiklik edərək ifa edib. Bu yenilik müəyyən söz-söhbətlərə gətirib çıxarıb. Bəzi sənət adamları mətni qiymətləndirsədə, bəziləri uğursuz hesab edib.

Adalet.az tanınmış mədəniyyət xadimlərindən, o cümlədən xanəndələrdən münasibət öyrənib. Cavabları təqdim edirik.



Xalq artisti, xanəndə Mənsum İbrahimov: "Elnur bizim əziz, gözəl xanəndəmizdir. Operanın ən gənc məcununlarındandır. İfasını bəyənirəm və dəstəkləyirəm. Bir Qarabağ xanəndəsi kimi onun ağrısını başa düşürəm. Qarabağ şikəstəsinə əlavələr edib, bu həqiqətdi. Dediyi sözlər Qarabağ məsələsini, ağrımızı, həqiqiətimizi göstərir. Torpaqlarımızın işğal olunmasını işıqlandırır. Bunun ikinci bir tərəfi var. Biz işğalla barışmırıq. Mən hesab edirəm ki, bunu təbliğ edib, yaymaq olmaz. Necə biz Lələ Təpəni azad etdik, yəni dediyim odur ki, təbliğatımızı bu yöndən qurmalıyıq. Bu ağrı xalqımızın içindədi. Bu torpağın mən də nümayəndəsiyəm. Və inanıram ki, o torpaqlara tezliklə gedəcəyik.




Şair Əbülfət Mədətoğlu: "Mən Elnur bəyin ifasını ümumiyyətlə bəyənirəm. Ancaq cavan oğlanın "Qarabağ şikəstəsi”nə əl gəzdirməsi heç ürəyimcə deyil. Çünki o "şikəstə”nin sözlərini dəyişməklə onun hardasa ağlaşmaya, ağıya, nohəyə çevirib. Əgər Elnur bəy bizim "şikəstə”mizin durumumuzla üst-üstə düşmədiyini mövcud zamanı göstərə bilmədyini bəyan etmək istəyirsə o bizi ağlaşma üstündə kökləməlidir. Cəngiyə, döyüşə çağıran mətn seçməlidir. Bax bu mənada istedalı bir ifaçımızın bu addımı təqdir etmirəm və uğursuz sayıram. Hətta təəssüf edirəm ki, o gözəl səs necə deyərlər, bizi bir az da ağlatmağa, bir da üzməyə sərf olunub.”













Şuşa Rayon Mədəniyyət vəTurizm Şöbəsinin müdiri Zahid Abbasov: "O mahnı bizim tarixi abidəmizdir. O elə belə mahnı deyil, buna heç kimin ixtiyarı yoxdur. Mən onu sizdən eşidirəm, əgər həqiqətən belə bir şey varsa çox ayıbdır.”