adalet.az header logo
  • Bakı 18°C
10 Aprel 2019 12:03
6428
HADİSƏ
A- A+

Bakıda yataqxanada yanğın - 45 yaşlı kişi özünü binadan atdı - YENİLƏNİB

Bakıda məcbiri köçkünlərin məskunlaşdığı binada baş verən yanğın söndürülüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürən maşını cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində binanın damında meydana gələn yanğın söndürülüb.

***
Bakının Babək prospektində məcburi köçkünlərin yaşadığı yataqxanada baş verən yanğın zamanı 45 yaşlı kişi özünü yataqxana binasının 5-ci mərtəbəsindən atıb.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, hazırda onun vəziyyəti ağırdır. Yaralı Neyrocərrahiyyə Xəstəxanasına aparılıb.

* * *

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın başlayıb.

Hadisə paytaxtın Babək prospektində yerləşən yataqxana binasında baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürələri cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. (ONA)