adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
10 Aprel 2019 09:57
17205
İDMAN
A- A+

İKİ YIĞMANIN KAPİTANI

XX əsrin sonlarında Rusiyada yüzilliyin 10 ən yaxşı idmançısını müəyyənləşdirmək üçün çoxmərhələli sorğu keçirildi. Sorğuda iştirak edən idmançılar, alimlər və jurnalistlər arenalarda özünü göstərmiş 107 nəfərin adını çəkdilər. Nəticədə Rusiyaya şöhrət qa-zandıran 10 ən yaxşı idmançı sırasında birinci yeri ölkə azarkeşlərinin sevimlisi, mahir qapıçı Lev Yaşin, ikinci yeri xal hesabı ilə ondan azacıq geridə qalan peşəkar futbolçu və əla hokkeyçi Vsevolod Bobrov tutdu.
Vsevolod Mixayloviç Bobrov 1922-ci il dekabrın 1-də Leninqrad vilayətinin Sestroretsk rayonunda anadan olub. Futbol oynamağa 1934-cü ildə məktəb komandasında başlayıb, sonra Voskov adına zavodun idman klubunda çıxış edib. 1939-41-ci illərdə Leninqrad "Dinamo"sunun hokkeyçilərdən ibarət komandasının şərəfini qoruyub. 1942-43-cü illərdə Omsk şəhərində intendant məktəbinin, 1944-cü ildə isə Moskva Aviasiya Texnikası məktəbinin komandalarında futbol oynayıb. 1945-1949-cu illərdə SDKA-da, 1950-1952-ci illərdə VVS-də (Hərbi Hava Qüvvələri), 1953-cü ildə isə Moskva -"Spartak"ında çıxışlarını davam etdirib. Ümumilikdə, futbol üzrə SSRİ birinciliklərində 116 matçda iştirak edib və 97 qolun müəllifi olub. Üç dəfə SSRİ çempionu adını qazanıb, iki dəfə kuboka sahib çıxıb. 1945-ci ildə ölkə çempionatında rəqib qapılarından 24 top keçirərək bombardir adını qazanıb. 1947-ci ildə isə bu ada V. Nikolayevlə birlikdə layiq görülüb. SSRİ yığmasının heyətində 3 oyunda ıneydana çıxan Bobrov 5 qola imza atıb. O, 1946, 1947 və 1948-cı illərdə SSRİ çempionu olduqdan sonra əməkdar idman ustası adına layiq görülüb. Böyük istedad sahibi Vsevolod Bobrov rəqib müdafiəsini cəsarətlə yarıb keçərək qapıya güclü və dəqiq zərbə vurmaqla milyonların sevimlisinə çevrilib. O, futbolda ol-duğu kimi, hokkeydə də ölkə yığma komandasının ilk kapitanı seçilib.

Şöhrətin sınağından çıxdı

1952-ci ildə Helsinki Olimpiadasına hazırlığa başlayanda yığmaya namizədlərin siyahısında Bobrovun adı yox idi. O, həmişə olduğu kimi, zədələrini müalicə etdirirdi. Ümumiyyətlə, Çexoslovakiya hokkeyçilərinə qalib gələndən sonra çoxları bu fikirdə idi ki, gərək Bobrov özünü bütövlükdə şayba idmanına həsr etsin. Çünki o vaxt onun səviyyəsində oynayan hokkeyçi yox idi. Futbol yığmasının heyətində olimpiadaya yola düşəndə isə hamı ümidini Bobrova bağlayırdı. Otuz yaşlı futbolçu özündən nə asılı idisə, onu da etdi. Turnirin bütün matçlarında qol vurdu, yuqoslavların qapısından üç top keçirdi. Lakin komandanın çıxışı uğurla nəticələnmədi. Bununla əlaqədar SSRİ yığması iki il yarım beynəlxalq matçlardan məhrum edildi. Hökumətin qərarına əsasən, yığma ilə yanaşı, CDKA komandası da yarışlardan çıxarıldı. Çünki yığmanın heyətində ordu futbolçuları çoxluq təşkil edirdilər. Ölkədə futbola maraq azalsa da, Bobrov Moskva spartakçılarının heyətində yaşıl meydana çıxaraq, qol vurmaqda davam edirdi. Lakin Kiyevdə aldığı zədə onun futbolçu karyerasına son qoydu. Buna baxmayaraq, Bobrov hokkey üzrə SSRİ çempionatlarına qatılaraq yüksək dərəcədə ustalıq nümayiş etdirib. O, dəfələrlə hokkey üzrə SSRİ, Avropa və dünya birinciliklərinin qızıl medalını alıb. Nəhayət, Vsevolod Bobrov 1956-cı ildə İtaliyanın Kortina di Ampetso şəhərində keçirilən Qış Olimpiya Oyunlarında da çempion tituluna yiyələnib.

Dünyada tanınmış idmançı olub

Vsevolod Bobrov on beş ilə yaxın müddətdə təkcə Sovet İttifaqında deyil, bütün dünyada ən populyar idmançı kimi tanınıb. O, indi də yüksək dərəcəli idman ustası hesab olunur.
Onun futbol və hokkeydə qazandığı uğurlar hamını daim heyrətləndirib. İdmançının göstərdiyi rekordlar isə təkrarolunmazdır. Güclülər dəstəsində çıxış etdiyi ilk oyunda ordu futbolçusu İ.Şerbatenkonu əvəz edən Bobrov rəqib qapısından üç top keçirib. O vaxtdan ordu klubunun aparıcı futbolçusu olan Seva öz həmkarı Qriqori Fedotovla birlikdə SDKA-nın ümumittifaq arenada qələbələr qazanmasında böyük zəhmət çəkib. Onun həyatı, qeyri-adi iste-dadı, xasiyyəti və idman şücaəti barədə kitablar yazılıb, dövrü mətbuatda maraqlı oçerklər, məqalələr, şeirlər çap olunub, sənədli və bədii filmlər çəkilib. Şair Yevgeni Yevtuşenko Bobrova həsr etdiyi şeirdə onu rus futbolunun Şalyapini, hokkeyin isə Qaqaıini adlandırıb. Bobrovun adı hələ sağlığında əfsanəyə çevrilib.
Bobrovu idmanın cəngavəri
sayırdılar

Sovet idmanının bütöv bir dövrünü Bobrovsuz təsəvvür etmək mümkün deyil. Müharibədən sonrakı dövrdə "Dinamo" stadionuna gələn və gəlməyən bütün azarkeşlər, hansı komandanın tərəfində olurlarsa-olsunlar, ilk növbədə, istedadına görə Bobrovu çox sevirdilər. Deyirlər, istedadı zəhmət çəkib cilalamasan, o, heç vaxt parlamaz. Bobrov hər zaman məşqlərə çox ciddi yanaşır, hər bir fəndi böyük həvəslə yerinə yetirərdi. Hətta ayrılmış vaxt qurtardıqdan sonra da qalıb əlavə məşq edərdi. Ö, sözün əsl mənasında idmanın cəngavəri idi. Bu adı Bobrova Olimpiya Oyunlarında nümunəvi çıxışlarına görə vermişdilər.

İlk rəsmi görüşlər

XV Yay Olimpiya Oyunları təkcə SSRİ-nin futbol yığmasının ilk Olimpiadası idi. Qeyd edək ki, o vaxt möhtəşəm yarışlar ərəfəsində sovet futbolçuları Moskva yığma komandası və SDKA adı altında bir neçə xarici komanda ilə qeyri-rəsmi görüşlər keçirib. Macarıstan və Almani-yanın milli komandaları, Sofiya şəhəri klublarının yığması ilə qarşılaşıb. Bu oyunlar heç bir qeydiyyatdan keçməyib və futbol salnaməsinə daxil edilməyib. SSRİ-nin yığma futbol komandası ilk rəsmi beynəlxalq oyununu 1952-ci il iyulun 15-də Finlandiyanın Kotka şəhərində Bolqarısta-nın Olimpiya komandasına qarşı keçirib. Olduqca gərgin keçən matçda 90 dəqiqə ərzində hesab açılmayıb. Əlavə olunmuş vaxtın başlanğıcında bolqarların hücumçusu Kolev L. İvanovun qoruduğu qapıya bir qol vurub. Sovet komandasının kapitanı Bobrov növbəti hücumların birində hesabı bərabərləşdirib.
Matçın sonuncu saniyələrində sağ kənar hücumçusu V. Trofimov iti bucaq altında vurduğu zərbə ilə SSRİ komandasına qələbə qazandırıb. İlk görüşdə böyük qələbə əzmi nümayiş etdirən SSRİ yığması ikinci matçda daha güclü rəqiblə Yuqoslaviya futbolçuları ilə qüvvəsini sınamalı idi. Bu görüşü Vsevolod Bobrov özünün yazmış olduğu "Ən maraqlı oyun" adlı kitabında xatırlayır: "İdmançı karyeram dövründə gərgin futbol oyunlarım çox olub. Ancaq Yuqoslaviya Olimpiya komandası ilə keçirdiyim görüş öz kəskinliyi, ehtirasların coşğunluğu ilə heç bir oyunla müqayisə edilə bilməz".
Yığma komandanın həyatında baş verən bütün hadisələri incəliklərinə kimi bilən futbol tarixçiləri qeyd edirlər ki, həmin qarşıdurmanı həm oyunun gedişinə, həm də nəticəsinə görə nadir matç hesab etmək olar. Oyun 1952-ci il iyulun 21-də Tampere şə-hərində keçirilib. Yuqoslavların heyətində Mitiç, Zebets, Çaykovski, Vukas və digər təcrübəli dəri top ustaları beynəlxalq arenada çox yüksək reytinqə malik idilər. Birinci taymın sonunda yuqoslavlar 4:0 hesabı ilə irəlidə idilər. İkinci taymın əvvəlində Bobrovun vurduğu qoldan sonra rəqiblər dərhal hesabı 5:1-ə qaldırdılar.
Belə böyük hesabdan sonra uduzan tərəfə heç bir rəsmi oyunda bərabərlik yaratmaq müəssər olmayıb. V. Bobrov yazır: "Bəzən idmanda elə məqamlar olur ki, uğursuzluq və buraxılan səhvlərdən sonra uzun müddət özünə gələ bilmirsən. Belə hallarda oyunun gedişini dəyişmək üçün adamdan güclü iradə, tükənməyən enerji və səfərbəredicilik qabiliyyəti tələb olu-nur və özlüyündə fikirləşirsən ki, artıq hər şey aydındır.
Qələbə qazandıqlarına əmin olan Yuqoslaviya futbolçuları müdafiəyə çəkilmişdilər. Biz də məğlubiyyətlə barışaraq, oynunun sürətini azaltmışdıq. Yalnız döyüşə həmişə hazır olan, mübariz və son dəqiqəyədək var gücü ilə çarpışan Vasili Trofimov kəsərli hücumlarını davam etdirirdi. Fi-nal fitinə 20 dəqiqə qalmış o, kənar xəttdən məsafəni özünəməxsus tərzdə qısaldaraq, qapıya tərəf irəlilədi, iki müdafiəçini soyuqqanlıqla aldadaraq, güclü və dəqiq zərbə ilə topu qapının uzaq küncünə yönəltdi. Hesab 2:5 oldu.
Lakin matçın baş qəhrəmanı Bobrov təvazökarlıqdan xatirələrində oyunun gedişinin dəyişilməsində özünün həlledici rolundan danışmır.

İqor Nettonun onun haqqında dedikləri

Görüşün iştirakçısı olan İqor Netto isə bu oyun barədə belə deyir: "Aramızda heç bir danışıq aparmadan, gücümüzün tükənməsinə baxmayaraq, hamı bir nəfər kimi hücuma atıldı (başqalarıyla oyunda da belə etmişdik). Şübhəsiz ki, bu matçda da Bobrov yüksək səviyyəli oyun göstərdi. Zədələnməkdən qətiyyən ehtiyat etməyən Seva iki, hətta üç müdafiəçi ilə mübarizədən çəkinmirdi. Cərimə meydançasına ötürmələr zamanı o, ən təhlükəli mövqedə dururdu. Bobrovun iti bucaq altında güclü zərbə ilə vurduğu üçüncü top heç vaxt yadımdan çıxmaz. Bu qol ən yüksək ustalığın təzahürü idi. Dördüncü topun da müəllifi Bobrov oldu".

Möcüzəli sonluq

Netto sözünə davam edir: "Meydanda baş verən hadisələr tamaşaçılara möcüzə kimi görünürdü. Müxtəlif dillərdə qışqıranlar arasında finlər, isveçlər, ingilislər də az deyildi. Onlar SSRİ komandasına azarkeşlik edir və futbol möcüzəsinin şahidi olmalarına sevinirdilər. Çünki Olimpiada tarixində 1:5 hesabı ilə uduzan komandanın vəziyyətdən xilas olmasını hələ heç kəs görməmişdi".
Oyunun qurtarmasına iyirmi doqquz saniyə qalanda sonuncu dəfə küncdən zərbə vurulub. Vasili Trofimov topu cərimə meydançasına yaxın nöqtəyə qaldırıb. İrəliyə atılan yarımmüdafiəçi Aleksandr Petrov sərrast zərbə ilə beşinci topu qapıya vurub - 5:5. Əsl möcüzə baş verib. Əlavə edilmiş vaxtda SSRİ yığması üstünlüyü elə alsa da, qələbə qazana bilməyib. Təkrar matçda Sovet futbolçuları 1:3 hesabı ilə məğlub olublar. Bununla belə, idmançılarımızın Tamperedə keçirdiyi birinci matçında 1:5 hesabı ilə uduzaraq, ağlasığmaz əzmkarlıq göstərib, oyunda bərabərlik yaratmaları idman tarixinə parlaq qəhrəmanlıq nümunəsi kimi daxil olub. Həmin matçda Sovet idmanının gücünü aşağıdakı futbolçular nümayiş etdiriblər: L. İvanov, K. Krijevski, A. Başaşkin, Y. Nırkov, A. Petrov, İ Netto, V. Trofimov, V. Nikolayev, V. Bobrov, F. Maryutin, K. Beskov. Komandanın məşqçisi Boris Andreyeviç Arkadyev olub.

Bobrov güzəştə getməyi
bacarırdı

Vsevolod Mixayloviç Bobrov Yay və Qış Olimpiadalarında iştirak edən yeganə Sovet idmançısı olub. Dünyada ona bənzər idmançıların sayı çox az olub. Bobrov hər yerdə və hər zaman ölkənin şərəfini hər şeydən üstün tutan əsl vətəndaş, böyük şəxsiyyət, unikal və fenomen idmançı olub. Həmkarları və dostları onu sadəcə "bombardir" deyə çağırıblar. Bu adla onlar, ilk növbədə, Vsevolodun xasiyyətinin və iradəsinin möhkəmliyini səciyyələndiriblər. O həmişə bombardirə xas keyfiyyətlər nümayiş etdirib. Bobrov heç vaxt təhlükəsizliyinin qayğısına qalmayıb. İstər yaşıl meydanda, istərsə də buz üzərində bəzən müdafiəçilər ona qarşı amansız olublar. Elə bir mövsüm olmayıb ki, o, ağır zədə almasın. Hətta belə anlarda da "bombardir" güzəştə getməyi bacarıb. Bobrov başa düşürdü ki, istedadlı oyunçuların həyatı heç də həmişə asan olmur. Bununla belə, o daim qorxu bilmədən irəli atılıb, onu təqib edən müdafiəçilərin sayından asılı olmayaraq, rəqiblərinin öhdəsindən məharətlə gəlib. Bobrovun faydalı iş əmsalı hamıdan yüksək olub - 116 oyunda 97 qol vurub. Bunu kitabında özü də etiraf edib: "Əgər meydanda bacardığımı göstərə bilməsəm, özümə nifrət edərəm".
Onun istedadını Allah vergisi hesab ediblər. Rəqibləri Bobrovun gücünə yaxşı bələd olsalar da, onun qarşısını almaqda aciz idilər. SDKA-nın məşqçisi B. Arkadyev onu təkrarolunmaz driblinq ustası hesab edirdi. Qocaman məşqçinin fikrincə, Bobrovun fənd işlətməkdə nə özündən qabaq, nə də sonra tayı-bərabəri olmayıb.

O, dinamoçuların dostu idi

1945-ci ilin oktyabrında Böyük Britaniyanı futbol həyəcanı bürümüşdü. İngilislər səbirsizliklə Moskvanın "Dinamo" komandasının ölkəyə gəlişini gözləyirdilər. Həmin il dinamoçular SSRİ birinciliyində əla çıxış edərək çempion adını almışdılar.
London mətbuatı qarşıdakı oyunlar barədə geniş materiallar dərc etməklə bərabər, keçiriləcək matçları diplomatik qəbul zamanı da müzakirə obyektinə çevirirdilər. Britaniyanın peşəkar futbolçuları ilə görüşlərin ciddiliyini və böyük məsuliyyətini nəzərə alan baş məşqçi Mixail Yakuşin "Dinamo"nun heyətini leninqradlı E. Arxangelski və SDKA-dan V. Bobrovu dəvət etməklə gücləndirmişdi. Britaniya adalarında dörd oyun keçirən Moskva futbolçuları iki matçda qalib gəldilər: "Arsenal"la - 4:3, Uelsdə "Kardiff siti" ilə 10:1, iki oyunu da heç-heçə başa vurdular: "Çelsi" ilə - 3:3, "Qlazqo Reyncerlə" - 2:2. Ümumi hesab 19:9 oldu. Bobrov həmin səfərdə altı top vurdu. Bununla da o, "Dinamo"nun uğurlu nəticə ilə vətənə qayıtmasında böyük pay sahibi oldu. Bəziləri Bobrovu bəxti üzdə olan idmançı hesab edib. 1949-cu ildə hokkey yarışlarının birində onu "bort"a elə möhkəm çırpmışdılar ki, ürəyinin kardioqramı futbolçunun infarkt keçirdiyini göstərmişdi.

General Vasili Stalinin
dostu olub

Moskva hərbi dairəsinin hava qüvvələri komandanı general Vasili Stalin idmanı çox sevirdi.
HHQ-nin futbol və hokkey komandalarının himayədarı, hər iki komandanın çempion olmasını arzulayan V. Stalin güclü idmançıları, o cümlədən Bobrovu da HHQ klubuna dəvət etmişdi. Xatırladaq ki, o zaman həmin klubda Bakı futbolunun yetirməsi İsay Abramaşvili də çıxış edib.
Aviasiya komandanı Bobrova xüsusi rəğbət bəsləyir və həmişə yarışlarda onun oyununu diqqətlə izləyirdi. Onların dostluğunu əks etdirən bədii film də çəkilib. "İosifin oğlu general Vasili mənim dostumdur" adlı filmdə Bobrovun obrazını ekranda aktyor Boris Şerbakov canlandırıb.

O, məşqçi kimi də şöhrət
qazanıb

Məlum məsələdir, heç də həmişə məşhur idmançılar bacarıqlı məşqçi ola bilmirlər. Ancaq bunu Bobrova aid etmək olmaz.
1958-ci ildə idmançı karyerasını başa vurduqdan sonra Vsevolod Mixayloviç müdrik, uzaqgörən və yaradıcı məşqçi kimi də böyük uğurlar qazana bilib. O, 1958-60-cı illərdə SSKA-da ikinci məşqçi işləyib. 1963-cü ildə Odessada "Çernomoretsə" başçılıq edib. 1964-1967-ci illərdə "Spartak" hokkeyçilərini çalışdırıb. Sonra yenidən futbola qayıdıb. 1967-1969-cu illərdə SSKA-nın, 1970-ci ildə isə Silahlı Qüvvələrin baş məşqçisi işləyib. 1971-ci ildə SSRİ-nin yığma hokkey komandasına rəhbərlik edib. İstedadların üzə çıxarılmasında və onların peşəkar idmançı kimi yetişməsində Vsevolod Mi- xayloviçin böyük əməyi olub. İdmanın inkişafındakı xidmətlərə görə V. Bobrov Lenin ordeni ilə təltif olunub (1957-ci il) və SSRİ-nin əməkdar məşqçisi adını alıb (1967-ci il). Həmkarları onu mahir seleksiyaçı hesab edirdilər. Təcrübəli mütəxəssis oyunçunun nəyə qadir olduğunu ilk baxışdan müəyyən edirdi. Aleksandr Yakuşov, Vladimir Blinov, qapıçı Vladimir Zinger, Yuri Zimin və bir çox başqa məşhur hokkeyçilər onun yeriməsi olublar.

Təyyarəyə gecikməsi onu
ölümdən xilas edib

1950-ci ildə HHQ-nin hokkeyçilərdən ibarət komandası təyyarə qəzasına uğrayaraq, həlak olublar. Bobrov da həmin təyyarə ilə uçmalı imiş. Lakin o, reysə gecikdiyi üçün sağ qalıb. Bu dəfə də hamı onun bəxtinin gətirməsindən danışmağa başlayıb. Təyyarə ilə buna bənzər bir hadisə baş verib.
Bu, ölkə yığması hokkeyçilərinin Kanadanın peşəkarları ilə görüşə okeanın o tayına uçduğu zaman olub. Məşqçi Bobrov adəti üzrə təyyarəyə gecikib. Reysi ləngidiblər. Nəhayət, Bobrov gələndən sonra təyyarə havaya qalxıb. Bu zaman elə güclü külək qopub ki, uçuşu vaxtından əvvəl, Nyu-Yorkda başa çatdırmağa məcbur olublar.
Uzun illər Bobrovu yaxından tanıyanlar onun həyatını maraqlı bir romana bənzədirlər. Deyirlər ki, bu romanı yazıb, gələcək idmançı nəsli üçün saxlamaq vacibdir.
Bobrov Vsevolod Mixayloviç 1979-cu ildə Moskvada 57 yaşında vəfat edib.

Həsən TAĞIYEV