warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir kadın kuaförü apk indir iptv server hacklink satın al likit Adalet.az | Tanınmış yazıçı: Nəsimi Allahsızmı idi? Adalet.az | Tanınmış yazıçı: Nəsimi Allahsızmı idi? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Tanınmış yazıçı: Nəsimi Allahsızmı idi?

5632    |   2019-04-10 11:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adalet.az yazıçı Kənan Hacı ilə müsahibəni təqdim edir.


-Kənan, "Ədalət” qəzetində bir müddət işləmisən. Redaksiyada, nəşriyyatda nə kimi maraqlı hadisələr yaşamısan?

-Mən "Ədalət”ə gələnə qədər "İki sahil” qəzetində parlament müxbiri işləmişdim. Sonra bir müddət "Sənət qəzeti”ndə çalışdım. Amma qəzet məvacib verə bilmirdi. Xatırlayıram, dəyərli qələm sahibimiz, rəhmətlik (indinin özündə də ona rəhmətlik deməyə dilim gəlmir) Tofiq Abdinlə "Azərbaycan” nəşriyyatına gəlmişdik. Onda da indiki kimi işsiz idim. Aqil Abbasla görüşdük, Tofiq abi məni bir az təriflədi, dedi ki, bəlkə sizin qəzetdə bir iş olar. Aqil müəllim birbaşa dedi ki, səhər işə çıxsın. Beləcə, "Ədalət” qəzetində çalışmağa başladım. Aradan on beş il keçib. O illəri məmnunluq hissi ilə xatırlayıram. "Ədalət” qəzetində sərbəst mühit gördüm, Aqil müəllim heç vaxt bizə demirdi ki, bunu yazmaq olar, onu olmaz. Heç vaxt hansısa yazıma müdaxilə etdiyini xatırlamıram. Əksinə, bizi cəsarətli yazılar yazmağa sövq edirdi. Redaksiyada yaradıcı atmosfer vardı, bilirəm ki, indi də belədir. O vaxta qədər qələmlə yazırdıq, yazılarımızı qızlara diktə edirdik, onlar da kompyuterə köçürürdü, bir gün Aqil müəllim dedi ki, zəhmət çəkin, kompyuterdə yazmağı öyrənin, öz yazılarınızı özünüz yazın. Kompyuterdə yazmağı burda öyrəndim. "Ədalət”də "Köndələn” rubrikasında köşə yazıları yazırdım, eyni zamanda reportajlar, müsahibələr edirdim. Jurnalist olaraq "Ədalət” qəzetində çalışmaq bir şansdır, bu qəzetdə nüfuzlu qələm sahibləri çalışıb və əksər yazarlarımızın yolu bu qəzetdən keçib, burda püxtələşiblər, məktəb keçiblər. "Ədalət” müstəqil mediamızın brend qəzetlərindəndir.

-"Sonuncu dərviş” adlı yeni romanın çap olundu. Təqdimat da oldu. Səncə, bu əsərin uğur qazancaqmı?

-Bu romanı "gerçək roman” adlandırmışam. Bundan əvvəl "Fironun dəftəri” çap olundu, yaxşı da qarşılandı, müsbət reaksiyalar oldu. Bu yaxında İranda da çap edildi. "Sonuncu dərviş”isə çarpaz üslubda yazılıb – yarıbədii, yarısənədli. Bu əsərdə müstəqillik dövrü Azərbaycan yazıçısının hansı mərhələlərdən keçdiyi əksini tapıb. Bu kitab bizim nəslin taleyindən bəhs edir və düşünürəm ki, bu əsər mütləq yazılmalıydı. Tolstyodan ("Uşaqlıq”, "İlk gənclik”, "Gənclik”), Maksim Qorkidən ("Özgə qapılarında”, "Uşaqlıq”) müasir dövrümüzün tanınan yazıçılarından olan Etqar Keretə ("Yeddi bəhrəli il”) qədər bu janrda möhtəşəm əsərlər yazılıb. Jan Pol Sartrın "Sözlər” əsərini, yaxud Markesin "Anlatmaq üçün yaşamaq” avtofioqrafik romanını xatırlayın. Zatən, bu kitab rezonans məqsədiylə yazılmayıb, orda hərə öz profilinə uyğun nəsə tapacaq. Bu kitabın oxucuları olacaq. Mən bu uğuru gələcəkdən gözləyirəm, gələcəkdə bu əsər mütləq xatırlanacaq. Bizim dövrü araşdıran gələcək tədqiqatçılar bu əsərə də müraciət edəcəklər. Buna əminəm.


-Bir dəfə müsahibələrinin birində demişdin ki, yazıçı qalmaqalla məşhur olacaqsa, demək o, yazıçı deyil. Yazıçını əsəri tanıtmalıdır. Qalmaqal və ədəbiyyat bir-birindən yerlə göy qədər uzaq anlayışlardır. Axı bilirsən ki, yazıçı cəmiyyətin diqqətindən kənar adamdır. Yazıçı qalmaqal yaratmalıdır, məncə. Çünki onun da tanınmağa ehtiyacı var. Necə düşünrsən?

-İndi də belə düşünürəm. Mən xarakter etibarilə qalmaqal adamı deyiləm, bu öz yerində. Yenə də hesab edirəm ki, yazıçının siması, üzü onun əsəridir. Qalmaqalın arxasında heç nə yoxdursa, boş hay-küylə tanınmaq kimə lazımdır axı? Beş gün, üç gün səndən danışacaqlar və unudulub gedəcəksən. Amma əsər yazıçının vizit kartıdır, onu tanıdan ədəbi məhsulu olmalıdır. Sadəcə, bizdə kitab industriyası hələ formalaşmayıb, yazıçı ilə oxucu arasında dərin bir uçurum var. Kitabın bazarı zəifdir, reklamı yoxdur. Yüksək texnologiyalar çağını yaşayırıq və bəzən yazıçı bu tempdən geridə qalır. Bu və digər səbəblərdən yazıçı da gündəmə köklənməyə məcbur olur, süni skandallarla diqqət mərkəzinə gəlməyə çalışır. İnanın ki, bu çıxış yolu deyil. Gənclik maksimalizmi, nihilist yanaşma bəzən yanlış nəticələrə gətirib çıxarır. Məncə, bir az praqmatik olmaq lazımdır.

-Freydin fikridir, insanlar daim iki şey haqqında düşünürlər: seks və dahi olmaq istəyi. Sən daha çox nə haqda düşünürsən?

-Freydin özünün də beynini ən çox məşğul edən elə bu mövzular olub. Bu, ona psixoanalitik nəticələrə gəlmək üçün lazım idi. O, təhtəlşüuru şəxsi həyatın gizli sferası hesab edirdi. Vaxtilə Platon da yazırdı ki, hər bir insanda hansısa qorxunc və vəhşi bir arzu növü gizlənir. İnsan son dərəcə mürəkkəb varlıqdır və zahirən mədəni, tərbiyəli təsir bağışlayan insanın da içində anormal (bəlkə də normal hesab edilən) istək baş qaldıra bilər. "Ətriyyatçı”dakı Jan Batist Qrenuyu yaxud Tolstoyun Sergi atasını xatırlayın. İnsanın maddi və mənəvi başlanğıcı təhtəlşüurda gedən proseslərin nəticəsidir. İnsanlar seks haqqında düşünməsəydilər, əhalinin say artımı baş verməzdi. O ki, qaldı dahilik məsələsinə, tarixdə dahi olmaq istəyənlər çox olub və tarixi şərait onların bəzisini dahiyə çevirib. Bir də var fitrətən dahi olanlar. Dante kimi, Şekspir kimi, Mirzə Fətəli Axundzadə kimi, Cəfər Cabbarlı kimi, Üzeyir Hacıbəyli kimi. Onlar dahi kimi doğulublar. İnsan özünü ifadə etməyi bacarırsa, mənəvi rahatlığına qovuşacaq. Mən dahilik haqda düşünməmişəm, amma həmişə özümü ifadə edə bilməyin məmnunluğunu yaşamışam. Yazmağı bacarmaq xoşbəxtlikdir.

-XXI əsr – qloballaşma, internet əsridir. Sosial şəbəkələrin və internetin mövcudluğu, bu nəticəni çıxardı ki, gənclər az oxumalı oldular. Sən necə hesab edirsən, müasir oxucunu necə və ən əsası, nə ilə maraqlandırmaq mümkündür?

-Son 15-20 ildə dünyanın mənzərəsi sürətlə dəyişdi. Biz sürətli kommunikasiya dünyasında yaşayırıq. Bio və info texnologiyalar birləşərək bizi bəşəriyyətin indiyədək qarşılaşdığı ən böyük çağırışla üz-üzə qoyur. Alqoritmlər dünyanın gedişatına ciddi təsir göstərir. Belə bir dövrdə kitabla bağlı hansısa proqnoz vermək müşkül məsələdir. Oxucular daha uzun-uzadı mətnləri oxumurlar, minimalist romanlar yazılır, iPad kitabı əvəz edir. "Fast food” dünyasında yaşayırıq, çünki bu günün insanı üçün zaman son dərəcə qiymətlidir, vaxt itkisi onun gündəlik nizamını pozur. Bu günün insanı bütünlüklə texnologiyadan asılı vəziyətdədir. Belə demək mümkünsə, indi içində elmi-nəzəri konseptual tezislər olan texnoloji romanlar yazmaq lazımdır. Nə qədər qəribə görünsə də biz zamanın tələbindən asılıyıq. Kitab əmtəədir və tələb olunanı təqdim etmək lazımdır.


-Öz əsərlərindən hansı birinin ekranlaşdırılmasın istəyərdin?

-"Rəqqasə”nin. O əsərin baş qəhrəmanı Qarabağ savaşında döyüşən gənc bir qızdır. Bu romanda həm arxa cəbhə, həm də ön cəbhə var, eyni zamanda sevgi motivi var. Bir də aprel döyüşləriylə bağlı "İsgəndər şikəstəsi” adlı bir ssenari yazmışam. "Ədəbiyyat qəzeti”ndə də dərc olunub. Bir neçə rejissor dostuma verdim, oxudular. Dedilər maliyyə tapılsa, çəkmək olar. Bu ssenari ekranlaşdırılsa, məncə, gözəl bir film alınar. Müəllif olaraq heç bir təmənnam yoxdur, mənim bir qələm adamı olaraq vətəndaşlıq borcum bunu yazmaqdır. Yəqin ki, nə vaxtsa bu əsərə müraciət olunacaq, əminəm.


-Bu il Nəsimi ili elan olundu. Nəsiminin Azərbaycan ədəbiyyatında yeri nədir? Onu dünyada tanıtmaq üçün nələr etməliyik? Nəsimi ili ilə bağlı nə təkliflərin var?

-Nəsimini ustadı Fəzlullah Nəiminin hürufilik təlimi yetişdirdi. Nəimiyə qədər Nəsimi mükəmməl təhsil almışdı, dünya elmlərinə kifayət qədər vaqif idi. Nəimi onun dünyagörüşünə əsaslı şəkildə təsir göstərdi. Hürufilik ayrıca bir təlim, təriqət deyildi, islamdan müəyyən fərqləri olan ayrıca bir məzhəb idi. "Cavidannamə” Quran terminologiyasına əsaslanır və Quranın şərhindən ibarətdir. Professor Rəhim Əliyev bu kitabı monoteizmin dördüncü kitabı adlandırır. Nəsimini uzun illər Allahsız kimi təqdim ediblər. Nəsimi necə Allahsız ola bilərdi ki, onu "Cavidannamə” yetişdirmişdi?! Çox təəssüf ki, biz hələ də Nəsimini dünyaya lazımınca tanıda bilməmişik. Məncə, Nəsimini bu yöndən yenidən araşdırmaq lazımdır. Bunun üçün ilk növbədə "Cavidannamə” dilimizə tərcümə olunmalı və yüksək tirajla çap olunmalıdır. Türk dilində var, bizim dildə yoxdur. Nəsimişünaslıq üçün bu kitab ilkin mənbədir. Nəsimi Ədəbiyyat Mərkəzinin yaradılması çox gözəl bir iş olardı. Orda mütəmadi ədəbi polemikalar, klassik irslə bağlı tədbirlər keçirmək olar. Böyük yazıçımız İsa Muğanna "Məhşər” romanında Nəsiminin obrazını yazıb. Qabil "Nəsimi” mənzum romanını yazıb. Amma bu çox azdır. Özü də bu əsərlər sovet dövründə yazılıb. Ədəbiyyatımızda Nəsiminin obrazı yenidən işlənməlidir. Nəsimi dövründən bəhs edən tarixi serial çəkilsə, çox gözəl olar.


-Sonda sənət, həyat haqda nələr demək istəyərdin?

-Sənət dünya ilə, ətrafımızdakı insanlarla, toplumla əlaqə qurmaq üçün ən gözəl bir vasitədir, bütövlükdə estetik bir hadisədir. Həyatın bütün suallarına hər birimizin özünəməxsus cavablarımız olur. Cavabsız suallarla üzləşəndə onu sənətin dili ilə çözməyə çalışırıq. Sənət bizim alternativ dünyamızdır və biz o dünyada daha çox xoşbəxt oluruq. Çünki arzularımız, xəyallarımız orda reallığa çevrilir.


Söhbətləşdi: Oğuz Ayvaz



İmza:

“Ailələrin dağılmasının ən başlıca səbəbi virtual həyatın genişlənməsidir” - MÜSAHİBƏ

Anar: “Mənim heykəlimi qoysalar, 50 adam gələcək ki, onun niyə, bizim heykəlimizi qoyun”

Elinanın atası həkimləri günahlandırdı - VİDEO

Tanınmış yazıçı: Nəsimi Allahsızmı idi?

Ölkəmizdə yeganə universitetdir ki... - Rektor

Vüqar Səfərli: "Məqsədimiz qəzetləri sıxışdırmaq yox, inkişaf etdirməkdir"

“Onun nəsli ermənidir” də deyə bilərlər, amma... - Rejissor Elvin Mirzəyev - AÇIQLAMA

Şərif Ağayar: “Raquf Orucovdan yalan yaza bilməzdim” – Müsahibə

Baloğlan Əşrəfov: "Qurban Qurbanovun milli komandadan uzaqlaşdırılmağı səhv idi" - MÜSAHİBƏ

Canəli Əkbərov: "Muğam müsabiqəsinə baxmıram" - MÜSAHİBƏ

"Heç vaxt planlı iş görməmişəm"

"İstəyirəm ki, haqqımda film çəkilsin": Xalq artisti "Ədalət"ə danışdı - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2019-04-20
2019-04-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Elnur Zeynalovun Qarabağ şikəstəsini bəyəndizmi?

Hə (88.89%)
Yox (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Kərim Kərimli adını çəkmək istəmədiyimiz, eldən ayıbdır, bir dostuna zəng edir:


Xəbərin var,  Paris kilsəsi yanır?

– Harda? 

–Lökbatanda...

– Lökbatanda niyə Paris kilsəsi deyirlər bu mağmınlar?

– Nə bilim addı da... qoyublar... Əsas odur ki, indi yanır...

– Pajarnı gəlməyib görən?

– Niyə gəlməyib? O qədər gəlib ki...

– Lökbatanda kilsə hansı tərəfdəydi?

-- Ə, şəhərə gedən də yolun sağında

 

-- Ə, ora Sədərəkdi, indi adın dəyişib Paris kilsəsi qoyublar ki, fransızların xoşu gəlsin?!

 

- Sənin orda dükanın var? 


- Yox!


- Onda yanır cəhənnəmə yansın, heç mənim də yoxdur.







digər lətifələr
ARXİV
FACEBOOK