adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Aprel 2019 09:24
17413
DÜNYA
A- A+

AĞ EV MİSİRİ DƏ HƏDƏFƏ ALIR

Ağ Ev Misirə Rusiyanın Su-35 hərbi təyyarələrini alacağı təqdirdə mümkün sanksiyalar tətbiq edəcəyi barədə xəbərdarlıq edib. Bu barədə ABŞ administrasiyasının nümayəndəsi brifinqdə jurnalistlərə bildirib.
Ağ Ev nümayəndəsi vurğulayıb ki, əgər Qahirə Vaşinqtonla münasibətləri davam etdirmək və genişləndirmək istəyirsə, bu qanuna daha diqqətlə yanaşmalıdır. "Yaxın Şərqdəki münaqişələri, təhlükəsizlik məsələlərini, iqtisadi islahatları və Misirdə insan haqlarını müzakirə etmək üçün çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp misirli həmkarı Abdel Fəttah əl Sisi ilə görüşəcək".
Onun sözlərinə görə, Vaşinqton artıq Çin, Hindistan və Türkiyə ilə bu cür vəziyyətlə qarşılaşıb.
TASS-ın verdiyi məlumata görə, artıq Hindistan Kabinetinin Təhlükəsizlik Komitəsi Rusiyadan 464 ədəd T-90MS tankının alınmasını təsdiqləyib. Rusiya tankları üçün ölkə hökuməti 1,93 milyard dollar ödəyəcək. Mənbələrə görə, bu, hərbi texnikaların alınması prosesində sonrakı addımdır. Bunu başa çatdırmaq üçün yalnız Hindistan Müdafiə Nazirliyi ilə "Rosoboronexport" arasında müqavilə imzalamaq qalır.
Hələ keçən ilin oktyabrından Hindistan Silahlı Qüvvələrinin Rusiyadan bu tanklardan başqa daha 1770 ədəd tank alacağı məlum idi.
SU-35-lərin Misirə satılmasına gəlincə isə, hələ martın sonunda "Rosoboronexport" şirkətinin rəhbəri Sergey Kornev bildirmişdi ki, Rusiya Misirlə Su-35 çoxfunksiyalı döyüş təyyarələrinin tədarükü üçün müqavilə imzalamayıb. Lakin eyni zamanda, o, Moskvanın Qahirəni silahla təmin etməyə hazır olduğunu da qeyd edib.
MEHRİBAN