adalet.az header logo
  • Bakı 19°C
10 Aprel 2019 09:21
14593
DÜNYA
A- A+

NAZARBAYEVA PREZİDENT OLMAQ İSTƏMİR

Qazaxıstanda növbədənkənar prezident seçkilərinin vaxtı açıqlandı. Seçkilər 9 iyun 2019-cu ildə keçiriləcək. Bu barədə ölkənin hazırki prezidenti Qasım-Comard Tokayev xalqa müraciətində bildirib.
TASS-ın verdiyi məlumata görə, Tokayev xalqa müraciətində qeyd edib ki, "dövlət başçısının seçilməsi hazırda çox vacibdi". Bununla yanaşı, o, seçkilərin düzgün, açıq və ədalətli keçiriləcəyini bəyan edib.
Növbədənkənar seçkilərin keçirilməsi tarixi zərurətdi, ölkədə stabilliyin və ölkənin birinci prezidenti Nursultan Nazarbayevin siyasi kursunu davam etdirməyin təsdiqidi.
Tokayev bildirib ki, seçkilərin keçirilməsi Nazarbayev və Parlamentin hər iki palatasının rəhbərləri ilə razılaşdırıldıqdan sonra qərara alınıb.
Bununla bağlı fərman Qazaxıstan prezidentinin rəsmi saytında dərc edilib. MSK-ya seçkilərin keçirilməsinin təşkili, hökumətə isə maddi-texniki, maliyyə məsələlərinin həll olunması tapşırılıb.
Yerli Senatın yeni seçilmiş spikeri, eks-prezidentin qızı Dariqa Nazarbayeva 9 iyun 2019-cu ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırmır. Bununla bağlı Nazarbayevanın köməkçisi Saulə Mustafayevə "Tenqrinyus.kz" saytına açıqlamasında bildirib.
MEHRİBAN