adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Aprel 2019 09:11
14538
DÜNYA
A- A+

PUTİN VƏ ƏRDOĞAN SON GÖRÜŞLƏRİ BARƏDƏ AÇIQLAMA VERDİLƏR

TASS-ın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Moskvada keçirdikləri görüşü işgüzar və konkret adlandırıb.
"Bu işgüzar görüş oldu"- deyə bildirən Vladimir Putin görüş sonrası mətbuat konfransından daha sonra əlavə edib ki, "biz metallurgiya sənayesi üzrə rüsumların təyin olunması məsələsində mübahisə etdik. Çətin olsa da istənilən halda məsələnin həlli üçün razılaşma əldə edəcəyik. Biz bunun yollarını tapmalıyıq. Ona görə ki, Türkiyə bazarı bizim üçün önəm daşımaqla yanaşı, türkiyəli həmkarlarımızla və dostlarımızla münasibətlərimizin möhkəmlənməsinə çalışmalıyıq. Əgər düşünürsünüzsə ki, görüş zamanı biz yalnız bir-birimizi tərifləmək və əldə etdiyimiz nailiyyətlər barədə danışmışıq, bu yanlış düşüncədi".
Rusiya prezidenti qeyd edib ki, əgər ticarət balansı bu gün Rusiyanın xeyrinədirsə, bu o demək deyil ki, bütün ticarət münasibətləri Rusiyanın xeyiri üzərində qurulur. "Ölkələrimiz arasında ikitərəfli münasibətlər kiminsə tərəfi üçün deyil, həm türk, həm də Rusiya xalqının xeyiri üçündü". Putin həmçinin qeyd edib ki, "Rusiya bu gün Türkiyəni stabil qazla təmin edən ölkə olaraq qalmaqdadı". Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada keçirilən görüşlə bağlı bildirib ki, "Ankara Suriyanın şimalında Türkiyənin milli təhlükəsizliyinə xələl gətirə biləcək hər hansı bir qurumun yaranmasına imkan verməyəcək". "Anadolu" agentliyinin məlumatına görə, prezident qeyd edib ki, "Kürdüstan İşçi Partiyası İŞİD kimi regiona təhlükə yaradan terror təşkilatıdı".
Türkiyə lideri Rusiya ilə münasibətlərə yüksək qiymət verərək bildirib ki, bu Suriyanın şimal-qərbində vəziyyətin stabilləşməsinə xidmət edir. "Moskva və Ankaranın səyi nəticəsində İdlib əyalətində humanitar fəlakətin qarşısı alınıb"- deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması məsələsinə toxunaraq əlavə edib ki, "bu müqavilə Türkiyənin milli təhlükəsizlik məsələsi ilə bağlıdı. Ona görə bu məsələ artıq bağlanıb və müzakirə oluna bilməz".

MEHRİBAN CƏFƏROVA